Təhsil 365 - Logo Mobile

Süni intellektdən istifadəni dayandırmağı əmr etdi

7728.02.2026 - 15:17
Süni intellektdən istifadəni dayandırmağı əmr etdi

ABŞ Prezidenti Donald Tramp ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ilə süni intellekt şirkəti "Anthropic" arasında yaranan mübahisələrdən sonra bütün federal agentliklərə həmin şirkətin texnologiyasından istifadənin dərhal dayandırılması barədə göstəriş verib.

“Tehsil365“ Milli.az-a istinadən xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada "Anthropic" şirkətini sərt tənqid edib.

O, bildirib ki, ABŞ "radikal solçu və hiyləgər" adlandırdığı bir şirkətin orduya müharibələrdə necə qalib gəlməyi diktə etməsinə icazə verməyəcək.

Prezidentin sözlərinə görə, "Anthropic" Pentaqonu öz xidmət şərtlərinə riayət etməyə məcbur etməyə çalışmaqla dəhşətli səhv edib və bununla da Konstitusiyanın prinsiplərinə zidd addım atıb.

"Buna görə də ABŞ-dəki bütün federal agentliklərə "Anthropic" texnologiyasından istifadəni dərhal dayandırmağı tapşırıram. Bizə bu lazım deyil, biz bunu istəmirik", - deyə Tramp vurğulayıb.

Qeyd edək ki, "Anthropic" ilə ABŞ Müdafiə Nazirliyi arasında yaranan gərginlik Pentaqonun şirkətdən müqavilə şərtlərinə daha geniş və açıq ifadələr daxil etməsini tələb etməsi ilə başlayıb. Nazirlik "Anthropic"in "Claude" adlı süni intellekt modelinin "istənilən qanuni məqsəd" üçün istifadəsinə razılıq verilməsini istəyib. Şirkət isə bu formulun gələcəkdə texnologiyanın kütləvi daxili nəzarət sistemlərində və ya tam muxtar silah platformalarında tətbiqinə hüquqi əsas yarada biləcəyindən narahat olduğunu bildirib.

"Anthropic" rəhbərliyi qeyd edib ki, belə istifadə halları indiyədək Müdafiə Nazirliyi ilə bağlanmış müqavilələrdə yer almayıb və yeni şərtlər bu məhdudiyyətləri zəiflədə bilər. Şirkət xüsusilə süni intellektin fərdi məlumatların genişmiqyaslı və avtomatlaşdırılmış şəkildə toplanması yolu ilə "kütləvi nəzarət" alətinə çevrilməsi, eləcə də, insan müdaxiləsi olmadan qərar verən tam muxtar silah sistemlərinə inteqrasiyası risklərinə diqqət çəkib.

Müdafiə Nazirliyi isə bu cür tətbiqlərin artıq mövcud qanunvericilik və Pentaqon siyasəti ilə tənzimləndiyini bildirərək, əlavə məhdudlaşdırıcı dilə ehtiyac olmadığını vurğulayıb. Razılıq əldə olunmadığı təqdirdə "Anthropic"in təchizat zəncirindən çıxarıla biləcəyi və hətta Müdafiə İstehsalı Qanunu çərçivəsində tədbirlərin nəzərdən keçirilə biləcəyi barədə xəbərdarlıqlar da səsləndirilib. Məhz bu qarşılıqlı mövqe fərqi tərəflər arasında açıq mübahisəyə səbəb olub.

Mehriban İbadova

Xəbər Lenti

Hamının yediyi bu qidalar görün orqanizmə necə zərər vururmuş - Həkimdən xəbərdarlıq28.02.2026 - 16:16
Şəxsi uğurunuz ölkəmiz üçün çox ciddi dəyərdir - Nazir müavini28.02.2026 - 16:06
Azərbaycanda universitetlərdə dərs saatı azaldılır?28.02.2026 - 16:00
Bu gün "planetlərin paradı" müşahidə olunacaq28.02.2026 - 15:55
Tanınmış yazıçımız Təbrizdədir, xəbər yoxdur - son paylaşımı: "Şəhadət axtarıram" 28.02.2026 - 15:51
Sabah güclü qar yağacaq, yollar buz bağlayacaq28.02.2026 - 15:45
Dünyanın ən böyük vulkanı hansıdır?28.02.2026 - 15:39
KİV: ABŞ və İsrail İrana qarşı kütləvi kiberhücuma başladı28.02.2026 - 15:33
Abşeronda regional təhsil konfransı keçirilib28.02.2026 - 15:30
Sağlam qidalanmada dondurulmuş məhsullar nə qədər effektivdir? - Açıqlama28.02.2026 - 15:28
"İnstagram"da valideynlər üçün yeni funksiya28.02.2026 - 15:22
Kurikulumlara kibertəhlükəsizliklə bağlı mövzular daxil ediləcək28.02.2026 - 15:20
Yaşlanmaqdan və revmatizmdən qorxanların nəzərinə28.02.2026 - 15:11
Tənhalıq qorxusuna qarşı gözlənilməz həll28.02.2026 - 15:10
“Muhteşem Yüzyıl Kösem”in gənc aktyoru vəfat etdi28.02.2026 - 15:06
“Təhsil Menecerlərinin İnkişaf Akademiyası” proqramına qeydiyyat BAŞLAYIR28.02.2026 - 15:00
Onlar üçün nadir, bizə isə adidir...28.02.2026 - 14:50
Yorğunluq və yuxu hissindən necə qurtulmaq olar?28.02.2026 - 14:40
Kənan Kərimzadə: Azərbaycan təhsili yeni transformasiya mərhələsinə qədəm qoyub28.02.2026 - 14:30
İrandakı qızlar məktəbinə raket zərbəsindən sonra ölənlərin sayı 50-ni KEÇDİ28.02.2026 - 14:20
Məktəblərdə telefonlardan istifadə ilə bağlı qaydalar hazırlanacaq – SƏRƏNCAM28.02.2026 - 14:10
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub28.02.2026 - 14:00
"Mediada Azərbaycan dili" mövzusunda təlimlərin növbəti mərhələsi təşkil olunub28.02.2026 - 13:50
Övladı məktəbə gedənlərin NƏZƏRİNƏ28.02.2026 - 13:40
Martın ilk gününün havası28.02.2026 - 13:30
Dövlət Proqramı məzunları üçün karyera sərgisi - “Qlobal təhsildən milli inkişafa”28.02.2026 - 13:20
Rumıniya yarıkeçiricilər texnologiyasına investisiya edir28.02.2026 - 13:15
Fənn olimpiadalarının yarımfinalında Şəki-Zaqatala bölgəsi üzrə 638 şagird biliyini sınayıb28.02.2026 - 13:06
İranda qızlar məktəbinə hava zərbələri nəticəsində 24 şagird ölüb28.02.2026 - 12:55
Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb28.02.2026 - 12:49
Martda 17 gün iş olmayacaq 28.02.2026 - 12:41
İsrailin zərbələri nəticəsində 5 məktəbli ölüb28.02.2026 - 12:32
AZAL: Naxçıvan istiqaməti üzrə aviareyslər ştat rejimində həyata keçirilir28.02.2026 - 12:23
Məktəblilərə fövqəladə hallar zamanı davranış və təxliyə qaydaları öyrədilib28.02.2026 - 12:15
Nazir müavini: Müəllimlərin sertifikasiyadan keçə bilməmələri xüsusilə regionlarda çətinliklər yaradır28.02.2026 - 12:06
“112” qaynar telefon xəttinin yaradılmasının 20 illiyi münasibətilə mediatur təşkil olunub28.02.2026 - 12:00
FHN Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar silsilə tədbirlər keçirib28.02.2026 - 11:52
Səadət Yusifova: Azərbaycan Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığa xüsusi önəm verir28.02.2026 - 11:45
ASA-nın nəşr etdiyi “Təməldən təfərrüata” kitabının təqdimat mərasimi keçirilib28.02.2026 - 11:40
Məktəb psixoloqları üçün “Bullinqi dayandır, şagirdləri qoru” adlı təlim28.02.2026 - 11:33
Fənn olimpiadalarının yarımfinal mərhələsində Qarabağ regionundan 232 şagird iştirak edib28.02.2026 - 11:26
Hakimlərin Qiymətləndirilməsi Komitəsinə üzvlər seçilib28.02.2026 - 11:20
Dövlət Proqramının məzunları üçün 40-dan çox qurumun iştirakı ilə karyera sərgisi açılıb28.02.2026 - 11:12
Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub28.02.2026 - 11:05
Gənclər ekoloji risklərin idarə olunması və mülki müdafiə qaydalarını öyrəniblər28.02.2026 - 11:00
Güclü yağışlar və qar Gürcüstanda ciddi problemlər yaradıb28.02.2026 - 10:52
Braziliya mediasında Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına həsr olunmuş məqalə dərc edilib28.02.2026 - 10:45