Təhsil 365 - Logo Mobile

Abşeronda regional təhsil konfransı keçirilib

9228.02.2026 - 15:30
Abşeronda regional təhsil konfransı keçirilib

Fevralın 28-də Sumqayıt şəhərində “Təhsildə yeni çağırışlar: keyfiyyətə baxış” regional təhsil konfransı keçirilib.

“Tehsil365” xəbər verir ki, fevralın 28-də Sumqayıt şəhərində “Təhsildə yeni çağırışlar: keyfiyyətə baxış” mövzusunda regional təhsil konfransı keçirilib. “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan tədbirdə “Təşkilati mədəniyyət” və “Məktəb mühitinin pedaqoji dizaynı” mövzuları müzakirə olunub.

Konfrans Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, T–Network və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tərəfdaşlığı ilə baş tutub. Tədbirdə 300-dən çox təhsil işçisi iştirak edib.

Çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə son 20 ildə 3600-dən çox məktəbin tikildiyini və ya əsaslı təmir olunduğunu bildirib. Onun sözlərinə görə, bu, məktəb fondunun təxminən 90 faizini əhatə edir və 1,3 milyon şagirdin təhsil şəraiti yaxşılaşdırılıb. 2020-ci ildə 900-ə yaxın şəraitsiz məktəb olduğu halda, hazırda bu say 400-ə enib.

Nazir müavini işğaldan azad olunmuş ərazilərdə 20-dən çox məktəbin fəaliyyət göstərdiyini və 4000-ə yaxın şagirdin təhsil aldığını vurğulayıb. O həmçinin qeyd edib ki, məktəblərin 80 faizi yüksək sürətli fiber-optik internetlə təmin olunub, kompüter təminatı isə 36 şagirdə 1 kompüterdən 7 şagirdə 1 kompüter səviyyəsinə yüksəlib. STEAM layihələri 300 minə yaxın, “Rəqəmsal bacarıqlar” platforması isə 500 mindən çox şagirdi əhatə edir.

OECD-nin Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Schleicher videomüraciətində davamlı inkişaf məqsədlərinə nail olunmasında müəllimlərin rolunu xüsusi vurğulayıb.

Milli Məclisin deputatı Mehriban Vəliyeva isə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əhəmiyyətindən danışıb, milli-mənəvi dəyərlər və müasir çağırışlar kontekstində təhsilin rolunu qeyd edib.

Konfransın əsas məqsədi qabaqcıl müəllim və təhsil idarəedicilərinin təcrübəsinin paylaşılması, regional əməkdaşlığın gücləndirilməsi və müzakirə platformasının yaradılması olub.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyətlər bu vaxtdan olacaq28.02.2026 - 19:24
Qar Şəkini “əsir” aldı28.02.2026 - 19:16
“Müəllim-şagird münasibətində ən çox rast gəlinən problemlər hansılardır?” – Ekspert açıqladı28.02.2026 - 19:10
İranda qızlar məktəbinə hücum: Ölənlərin sayı 150-yə çatdı28.02.2026 - 18:56
Oruc tutanda bədənin su balansını qoruyun28.02.2026 - 18:48
“WhatsApp”da kart məlumatlarını istəyənlərə inanmayın! 28.02.2026 - 18:41
“Kainatın Sükutunu Yaradan Uşaqlar” tamaşası yenidən səhnədə28.02.2026 - 18:24
Süni intellekt hərbi sahədə: "OpenAI" Pentaqonla hansı şərtlərlə razılaşdı?28.02.2026 - 18:18
Dünyanın ən kiçik QR kodu yaradıldı28.02.2026 - 18:11
İranda universitetlər bağlandı28.02.2026 - 18:04
Gündəlik həyatda zərərli kimyəvi maddələrdən qorunmaq üçün 6 məsləhət28.02.2026 - 18:00
Yer birdən dayansa nə baş verər? - Elmi ssenari, qorxunc nəticələr28.02.2026 - 17:51
Bu qida kolon xərçəngi riskini azaldır - Bağırsaq mikroflorasını qoruyurmuş28.02.2026 - 17:50
Uzunömürlü olmaq üçün hansı qidanı az yeməliyik? - Mütəxəssisdən tövsiyə28.02.2026 - 17:43
Magistratura təhsilində mövcud vəziyyət və xaricdə oxumağın üstünlükləri28.02.2026 - 17:40
AZAL bu şəhərlərə uçuşları dayandırdı28.02.2026 - 17:36
Kiber şantajda yeni üsul: Məlumat sızdırma saytları28.02.2026 - 17:30
Əməkdar həkim Nəsibə Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş elmi simpozium keçirilib28.02.2026 - 17:27
Şəkidə şəhid mayor Aqşin Abdullayevin xatirəsi anılıb28.02.2026 - 17:20
Fənn olimpiadalarının yarımfinalında Şəki-Zaqatala bölgəsi üzrə 638 şagird biliyini sınayıb28.02.2026 - 17:16
Şəkidə şəhid mayor Aqşin Abdullayevin xatirəsi anılıb28.02.2026 - 17:09
“Dilin saflığında tənzimləyici qurumun rolu və onlayn mediada ədəbi tələffüz normalarının qorunması problemləri”28.02.2026 - 17:02
ADPU-nun tələbələri Milli İncəsənət Muzeyində28.02.2026 - 16:55
Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbiri qeyd edilib28.02.2026 - 16:46
İrana qarşı kütləvi kiberhücum başladı28.02.2026 - 16:38
Yeməkdən sonra şirniyyatın fəsadları - Elmlər doktorundan məsləhət28.02.2026 - 16:36
Hamının yediyi bu qidalar görün orqanizmə necə zərər vururmuş - Həkimdən xəbərdarlıq28.02.2026 - 16:16
Şəxsi uğurunuz ölkəmiz üçün çox ciddi dəyərdir - Nazir müavini28.02.2026 - 16:06
Azərbaycanda universitetlərdə dərs saatı azaldılır?28.02.2026 - 16:00
Bu gün "planetlərin paradı" müşahidə olunacaq28.02.2026 - 15:55
Tanınmış yazıçımız Təbrizdədir, xəbər yoxdur - son paylaşımı: "Şəhadət axtarıram" 28.02.2026 - 15:51
Sabah güclü qar yağacaq, yollar buz bağlayacaq28.02.2026 - 15:45
Dünyanın ən böyük vulkanı hansıdır?28.02.2026 - 15:39
KİV: ABŞ və İsrail İrana qarşı kütləvi kiberhücuma başladı28.02.2026 - 15:33
Sağlam qidalanmada dondurulmuş məhsullar nə qədər effektivdir? - Açıqlama28.02.2026 - 15:28
"İnstagram"da valideynlər üçün yeni funksiya28.02.2026 - 15:22
Kurikulumlara kibertəhlükəsizliklə bağlı mövzular daxil ediləcək28.02.2026 - 15:20
Süni intellektdən istifadəni dayandırmağı əmr etdi28.02.2026 - 15:17
Yaşlanmaqdan və revmatizmdən qorxanların nəzərinə28.02.2026 - 15:11
Tənhalıq qorxusuna qarşı gözlənilməz həll28.02.2026 - 15:10
“Muhteşem Yüzyıl Kösem”in gənc aktyoru vəfat etdi28.02.2026 - 15:06
“Təhsil Menecerlərinin İnkişaf Akademiyası” proqramına qeydiyyat BAŞLAYIR28.02.2026 - 15:00
Onlar üçün nadir, bizə isə adidir...28.02.2026 - 14:50
Yorğunluq və yuxu hissindən necə qurtulmaq olar?28.02.2026 - 14:40
Kənan Kərimzadə: Azərbaycan təhsili yeni transformasiya mərhələsinə qədəm qoyub28.02.2026 - 14:30
İrandakı qızlar məktəbinə raket zərbəsindən sonra ölənlərin sayı 50-ni KEÇDİ28.02.2026 - 14:20
Məktəblərdə telefonlardan istifadə ilə bağlı qaydalar hazırlanacaq – SƏRƏNCAM28.02.2026 - 14:10