Təhsil 365 - Logo Mobile

Azərbaycanda universitetlərdə dərs saatı azaldılır?

9628.02.2026 - 16:00
Azərbaycanda universitetlərdə dərs saatı azaldılır?

Universitet tələbələrinin bir qismi 90 dəqiqəlik akademik dərs saatının 60 dəqiqəyə endirilməsinin tərəfdarıdırlar. Tələbələrin bu istəyinə qoşulan müəllimlər də az deyil. Onların fikrincə, dərsin ilk yarım və ya bir saatından sonra tələbələrin diqqəti azalır və onlar müəllimi effektiv şəkildə dinləyə bilmirlər.

“Tehsil365“ Publika.az-a istinadən xəbər verir ki,nəticədə yorğunluq və diqqət dağınıqlığı, informasiya itkisi tədrisin keyfiyyətinə mənfi təsir göstərir. “Mühazirə dərsləri 80, seminar və praktika dərsləri isə 60 dəqiqə təşkil edilə bilər”, - kimi təkliflər səslənir.

Ancaq bu keçidə hələ hazır olmadığımızı, keçid üçün ciddi araşdırmalara və müzakirələrə ehtiyac olduğunu söyləyənlər də var.

“Tələsməməli və işin asanına qaçmamalıyıq”

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov hesab edir ki, bu cür qərarlar qəbul edərkən ciddi düşünmək lazımdır: “Çünki belə qərarların qəbulu bəzi problemlər də yarada bilir. Ona görə biz maksimal dərəcədə tələsməməli və işin asanına qaçmamalıyıq. Son vaxtlar tendensiya odur ki, hər şey asanlaşsın. Universitetlərə qəbul daha asanlaşdırılsın, dərs saatları daha da azaldılsın və s. Mən düşünürəm ki, bu, gələcəkdə bizə yaxşı heç nə vəd etmir. Özüm də universitetdə dərs deyirəm və 90 dəqiqəni çox hesab etmirəm”.

Tədris sistemində islahatlar haqqında düşünməliyik

“Məlumdur ki, insanlar hər hansı bir işə ortalama bir saatdan çox diqqətlə fokuslanmaqda çətinlik çəkirlər. Amma Azərbaycan ali məktəblərində mövcud olan 95 dəqiqə (45 dərs + 5 dəqiqə + 45 dərs) elə də pis deyil”, - deyə Kembric Universitetinin professoru Qərib Mürşüdov bildirir. Onun fikrincə, dərsin müddətini azaltmaq üçün tədris sistemində ciddi islahatlar lazımdır: “Məsələn, tədris və tədqiqat inteqrasiya ola bilər. Bu, həm keyfiyyətli dərslərin verilməsinə, həm də sənayedə lazım olan mütəxəssislərin hazırlanmasına kömək edər. Mövcud sistemi bir az dəyişdirərək ümumilikdə yaxşı nəticə almaq çətin olacaq”. Professor yaşadığı ölkənin təcrübəsindən danışaraq bildirir ki, İngiltərə universitetlərində bir və iki saatlıq mühazirələr olur: “İki saatlıq mühazirə olanda ortada tənəffüs var. Əslində dərslər 50 və ya 45+10+45 olur. Bu, dərsdən asılıdır və müddət dəyişə bilər. Qeyri-adi hallarda, qonaq mühazirəçi olsa, mühazirə tənəffüs ilə iki saatdan çox da ola bilər. Praktika və məşğələlərlə birlikdə dərsin üç saat da davam etməsi mümkündür. Əsas məqsəd dərslərin uzunluğu yox, tələbələrin öyrənməsidir. Daha yaxşı olardı ki, bizdə təhsilin təşkili və təhsil ilə sənaye arasında əlaqələr müzakirə olunsun”.

“Əsas məsələ dərsin deyilmə tərzidir”

Azərbaycan Tibb Universitetinin professoru, həkim-cərrah Adil Qeybullanın fikrincə, Türkiyə modeli bizim üçün ən optimal ola bilər: “Amma bir şeyi nəzərə almaq lazımdır ki, dərsin deyilmə metodikası var: istər 90 dəqiqə olsun, istər 60 dəqiqə. Əsas məsələ dərsin deyilmə tərzi - tələbələri maraqlandırmaqdır. Dərs elə deyilər ki, tələbə auditoriyada yuxulay bilər. Və ya dərs elə deyilər ki, tələbələrdə maraq oyatsın və vaxtın necə keçib getməsi unudulsun. Bundan da çox şey asılıdır”.

“Yeni nəslin bir şeyə diqqəti fokuslama dəqiqəsi azalıb”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Xalidə Həmidova bildirir ki, vaxtilə dərslər mühazirə, seminar, fərdi məşğələ kimi bölünüb, amma tədricən fərqli məzmun yaranır: “Tələbə saatlar və ya saatlara uyğun kreditlər toplamalıdır. Artıq biz beynəlxalq səviyyədə kreditlər toplamağın fərqli, alternativ yollarını görürük. Bizdə standart dərs modelləri olduğu və bütün universitet şəraitimiz bu şəkildə qurulduğu üçün hələ də prosesi ənənəvi modeldə davam etdirməyə məcbur oluruq”. X.Həmidova hesab edir ki, tədris prosesini təşkil etmək üçün mühit vacib rol oynayır:

“Bu mühitin tələbəyə təsiri, həmçinin müəllimin 90 və ya 60 dəqiqəni necə doldurması vacib amildir. Mühitin və dərs metodikasının düzgün qurulması, dərsin nə qədər çəkməsinin o qədər də əhəmiyyətli olmamasını təmin edə bilər”. X.Həmidovanın fikrincə, hazırkı tələbələrin psixoloji durumu baxımından da bu təkliflər araşdırılmalıdır: “Əlbəttə, yetişməkdə olan uşaqları təhlil edəndə görürük ki, yeni nəslin dərsdə oturma, bir şeyə diqqəti fokuslama dəqiqəsi azalıb. Lazım olan materialları toplaya biləcək fərqli obyektlər olduğu üçün həyatları rəngarəngdir. Bu baxımdan, onların 90 dəqiqə bir yerdə qalmaları problem yaradır. Məlumat obyektləri sürətlə dəyişir. Bu dəyişiklik auditorial saatın formal təhsil sistemindən qeyri-formal təhsil sisteminə sürətli keçidinə gətirib çıxaracaq”. X.Həmidovanın fikrincə, fənn və peşəyə uyğun da dərs dəqiqələri dəyişə bilər: “Fikrimcə, prosesdə saatın azaldılması və daha da aktivləşdirilməsi məqsədəuyğun olardı. Dərsin vaxt baxımından tənzimlənməsi, diqqət və idrak yükü, dərs saatlarının mənfi təsiri, beynəlxalq təcrübə nəzərə alınmalıdır. 60 dəqiqəlik dərs təklifinin üstünlükləri düşünülməli və ölkə üzrə optimal nəticənin necə olacağı araşdırılmalıdır”.

Mehriban İbadova

Xəbər Lenti

Qəzənfər Xalıqov – Azərbaycan peşəkar rəssamlığının öncüllərindən01.03.2026 - 05:18
Cahan Talışinskaya – muğam sənətinin görkəmli nümayəndəsi01.03.2026 - 05:06
Milad Beygi – Olimpiya mükafatçısı və beynəlxalq turnirlərin qalibi01.03.2026 - 04:54
Hamlet İsaxanlı – elm və ədəbiyyatı birləşdirən polimat01.03.2026 - 04:36
Voyager qızıl plastinkasına düşən azərbaycanlı musiqiçi – Kamil Cəlilov01.03.2026 - 04:18
Elmira Qafarova – Müstəqillik dövrünün ilk qadın parlament sədri01.03.2026 - 04:00
Uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyətlər bu vaxtdan olacaq28.02.2026 - 19:24
Qar Şəkini “əsir” aldı28.02.2026 - 19:16
“Müəllim-şagird münasibətində ən çox rast gəlinən problemlər hansılardır?” – Ekspert açıqladı28.02.2026 - 19:10
İranda qızlar məktəbinə hücum: Ölənlərin sayı 150-yə çatdı28.02.2026 - 18:56
Oruc tutanda bədənin su balansını qoruyun28.02.2026 - 18:48
“WhatsApp”da kart məlumatlarını istəyənlərə inanmayın! 28.02.2026 - 18:41
“Kainatın Sükutunu Yaradan Uşaqlar” tamaşası yenidən səhnədə28.02.2026 - 18:24
Süni intellekt hərbi sahədə: "OpenAI" Pentaqonla hansı şərtlərlə razılaşdı?28.02.2026 - 18:18
Dünyanın ən kiçik QR kodu yaradıldı28.02.2026 - 18:11
İranda universitetlər bağlandı28.02.2026 - 18:04
Gündəlik həyatda zərərli kimyəvi maddələrdən qorunmaq üçün 6 məsləhət28.02.2026 - 18:00
Yer birdən dayansa nə baş verər? - Elmi ssenari, qorxunc nəticələr28.02.2026 - 17:51
Bu qida kolon xərçəngi riskini azaldır - Bağırsaq mikroflorasını qoruyurmuş28.02.2026 - 17:50
Uzunömürlü olmaq üçün hansı qidanı az yeməliyik? - Mütəxəssisdən tövsiyə28.02.2026 - 17:43
Magistratura təhsilində mövcud vəziyyət və xaricdə oxumağın üstünlükləri28.02.2026 - 17:40
AZAL bu şəhərlərə uçuşları dayandırdı28.02.2026 - 17:36
Kiber şantajda yeni üsul: Məlumat sızdırma saytları28.02.2026 - 17:30
Əməkdar həkim Nəsibə Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş elmi simpozium keçirilib28.02.2026 - 17:27
Şəkidə şəhid mayor Aqşin Abdullayevin xatirəsi anılıb28.02.2026 - 17:20
Fənn olimpiadalarının yarımfinalında Şəki-Zaqatala bölgəsi üzrə 638 şagird biliyini sınayıb28.02.2026 - 17:16
Şəkidə şəhid mayor Aqşin Abdullayevin xatirəsi anılıb28.02.2026 - 17:09
“Dilin saflığında tənzimləyici qurumun rolu və onlayn mediada ədəbi tələffüz normalarının qorunması problemləri”28.02.2026 - 17:02
ADPU-nun tələbələri Milli İncəsənət Muzeyində28.02.2026 - 16:55
Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbiri qeyd edilib28.02.2026 - 16:46
İrana qarşı kütləvi kiberhücum başladı28.02.2026 - 16:38
Yeməkdən sonra şirniyyatın fəsadları - Elmlər doktorundan məsləhət28.02.2026 - 16:36
Hamının yediyi bu qidalar görün orqanizmə necə zərər vururmuş - Həkimdən xəbərdarlıq28.02.2026 - 16:16
Şəxsi uğurunuz ölkəmiz üçün çox ciddi dəyərdir - Nazir müavini28.02.2026 - 16:06
Bu gün "planetlərin paradı" müşahidə olunacaq28.02.2026 - 15:55
Tanınmış yazıçımız Təbrizdədir, xəbər yoxdur - son paylaşımı: "Şəhadət axtarıram" 28.02.2026 - 15:51
Sabah güclü qar yağacaq, yollar buz bağlayacaq28.02.2026 - 15:45
Dünyanın ən böyük vulkanı hansıdır?28.02.2026 - 15:39
KİV: ABŞ və İsrail İrana qarşı kütləvi kiberhücuma başladı28.02.2026 - 15:33
Abşeronda regional təhsil konfransı keçirilib28.02.2026 - 15:30
Sağlam qidalanmada dondurulmuş məhsullar nə qədər effektivdir? - Açıqlama28.02.2026 - 15:28
"İnstagram"da valideynlər üçün yeni funksiya28.02.2026 - 15:22
Kurikulumlara kibertəhlükəsizliklə bağlı mövzular daxil ediləcək28.02.2026 - 15:20
Süni intellektdən istifadəni dayandırmağı əmr etdi28.02.2026 - 15:17
Yaşlanmaqdan və revmatizmdən qorxanların nəzərinə28.02.2026 - 15:11
Tənhalıq qorxusuna qarşı gözlənilməz həll28.02.2026 - 15:10
“Muhteşem Yüzyıl Kösem”in gənc aktyoru vəfat etdi28.02.2026 - 15:06