Görkəmli dövlət xadimi Elmira Qafarova Azərbaycan siyasi tarixində mühüm iz qoymuş şəxsiyyətlərdən biri kimi xatırlanır.
“Tehsil365” xəbər verir ki, 1 mart 1934-cü ildə Bakıda anadan olan Elmira Mikayıl qızı Qafarova uzun illər həm sovet, həm də müstəqillik dövründə yüksək vəzifələrdə çalışıb.
O, 1980–1983-cü illərdə Azərbaycan SSR xalq maarifi naziri, 1983–1987-ci illərdə isə Azərbaycan SSR xarici işlər naziri vəzifəsində fəaliyyət göstərib. 1987–1989-cu illərdə Nazirlər Soveti sədrinin müavini kimi çalışdıqdan sonra, 1989–1990-cı illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olub.
1990–1991-ci illərdə Azərbaycan SSR Ali Sovetinə rəhbərlik edən Elmira Qafarova, 1991–1992-ci illərdə isə artıq müstəqil Azərbaycanın parlamenti olan Azərbaycan Respublikası Ali Sovetinin ilk sədri seçilib. O, ölkənin müstəqilliyə keçid dövründə dövlət idarəçiliyində mühüm rol oynayıb.
Elmira Qafarova 1 avqust 1993-cü ildə Bakıda vəfat edib. Onun fəaliyyəti Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun güclənməsinə və dövlətçilik ənənələrinin formalaşmasına mühüm töhfə kimi qiymətləndirilir.

