Təhsil 365 - Logo Mobile

Əməkdar həkim Nəsibə Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş elmi simpozium keçirilib

7428.02.2026 - 17:27
Əməkdar həkim Nəsibə Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş elmi simpozium keçirilib

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə pediatriya sahəsində görkəmli alimlərin yubileyinə həsr olunmuş “Pediatriyada elmi irs və innovasiyalar: Hibrid dünyada uşaq olmaq” mövzusunda Beynəlxalq konqres öz işini Mərkəzi Gömrük Hospitalında davam etdirib.

Mərkəzi Gömrük Hospitalından “Tehsil365"ə bildirilib ki, konqres çərçivəsində təşkil olunan elmi simpozium Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, əməkdar həkim, tibb elmləri doktoru, professor Nəsibə Hüseynovanın anadan olmasının 100 illik yubileyinə həsr olunub.

Simpoziumda çıxış edən Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim, tibb elmləri doktoru Bəxtiyar Musayev professor Nəsibə Hüseynovanın Azərbaycan pediatriyasının inkişafındakı müstəsna rolundan danışıb. O qeyd edib ki, alimin formalaşdırdığı elmi məktəb və yetişdirdiyi kadrlar bu gün də ölkəmizdə pediatriya sahəsinin inkişafına mühüm töhfələr verir.

Sonra tədbirin rəsmi açılış hissəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev və Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Rauf Bəylərov çıxış edərək professor Nəsibə Hüseynovanın zəngin elmi irsinin pediatriyada klinik düşüncə tərzinin, elmi yanaşmanın və müasir müalicə prinsiplərinin formalaşmasında, eləcə də gənc həkimlərin və rezidentlərin hazırlanmasında mühüm rol oynaması barədə ətraflı danışıblar.

Daha sonra professor Nəsibə Hüseynovanın 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda görkəmli alimin zəngin və çoxşaxəli elmi-pedaqoji fəaliyyəti, Azərbaycan pediatriyasının inkişafına verdiyi mühüm töhfələr, formalaşdırdığı elmi məktəb və yetişdirdiyi çoxsaylı həkim kadrlar barədə ətraflı məlumat təqdim olunub.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi rəisinin müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyevin və Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Rauf Bəylərovun moderatorluğu ilə keçirilən “Seliakiya və qida allergenlərinə yeni yanaşma: rəqəmsal pəhriz nəzarəti və sensor texnologiyaları” mövzusunda interaktiv paneldə ATU-nun Uşaq xəstəlikləri kafedrasının dosenti Sabirə Hüseynova və BTK-nın uzman diyetoloqu Lala Mahmudova “Seliakiya və qida allergenlərinə yeni yanaşma: rəqəmsal pəhriz nəzarəti və sensor texnologiyaları” mövzusunda, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının dosenti Təranə Tağızadə “Uşaq qastroenterologiyasında klinik və bioetik çağırışlar”, ATU-nun I Uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Bayramova “Rəqəmsal bağırsaq sağlamlığı – Mikrobiota – Davranış – Ətraf mühit”, Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, pediatr-neonatoloq-reanimatoloq Telman Aytayev “Uşaqlarda qaraciyər genetik və metabolik xəstəliklərinə ümumi yanaşma” mövzusunda çıxış ediblər.

Tibb üzrə fəlsəfə doktoru Gülnarə Nəsrullayeva, tibb üzrə fəlsəfə doktoru Nüşabə Mollayeva və Bəyaz Namazovanın moderatorluğu ilə keçirilən ikinci sessiyada Respublika Pediatriya Mərkəzinin həkimi Azər Əhmədov “Kəskin və xronik ishalın tele-tibdə idarə edilməsi; Dehidratasiya riskinin Sİ analizləri”, Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, uşaq cərrahı Vüsal Cəfərov “Uşaqlarda öd daşı xəstəliyinə müasir yanaşma”, Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova “Autizm spektr pozulması olan uşaqlarda vitamin və mikronutrient dəstəyi”, “Baku Medical Plaza” klinikasında Pediatriya və Neonatologiya, Yenidoğulmuşların reanimasiyası şöbəsinin müdiri Erkin Rəhimov və “Medera” klinikasının həkimi Əli Quliyev “Mini-debat: Uşaqlarda xroniki qəbzliyə multidisiplinar yanaşma” mövzusunda, Mərkəzi Gömrük Hospitalının həkimi Aygün Sadıxova “Uşaqlarda laktoz çatışmazlığı” mövzularında çıxış ediblər.

Professor Aytən Məmmədbəylinin, dosent Nigar Bayramovanın və tibb elmləri üzrə fəlsəfə doktoru Əli Quliyevin moderatorluğu ilə keçirilən “İnteraktiv sessiya: beynin inkişaf yolu və inkişaf geriliklərində qırmızı bayraq” panelində ATU-nun II Uşaq xəstəlikləri kafedrasının həkimi Dr.Nərgiz Məmmədova “Prematüre və yüksək riskli yenidoğulmuşların erkən nevroloji qiymətləndirilməsi və inkişaf monitorinqi”, Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri fakültəsinin dekan müavini, Qarabağ Universiteti Klinikasının baş həkimi İkram Rüstəmov “Hibrid dünyada inkişaf geriliyi, autizm və davranış problemləri: kim, nə zaman və haraya yönləndirilməlidir?”, Nitq və inkişaf pozulmaları üzrə uzman Nigar Həsənova “Peyk simpozium. Autizmli uşaqların elmi sübuta əsaslanan təlimi” mövzularında çıxış ediblər.

Simpoziumun sonunda qeyd olunub ki, belə genişmiqyaslı və elmi baxımdan zəngin proqram pediatriya sahəsində aktual problemlərin müzakirəsi, innovativ yanaşmaların tətbiqi və multidisiplinar əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Çıxış edənlər vurğulayıblar ki, professor Nəsibə Hüseynovanın zəngin elmi irsinin işığında keçirilən bu simpozium həm milli pediatriya elminin inkişafına yeni impuls verir, həm də gənc mütəxəssislər üçün dəyərli təcrübə platforması rolunu oynayır.

Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunaraq 10 DTT balı ilə qiymətləndirilib.

Nərmin Mustafayeva

Xəbər Lenti

Qəzənfər Xalıqov – Azərbaycan peşəkar rəssamlığının öncüllərindən01.03.2026 - 05:18
Cahan Talışinskaya – muğam sənətinin görkəmli nümayəndəsi01.03.2026 - 05:06
Milad Beygi – Olimpiya mükafatçısı və beynəlxalq turnirlərin qalibi01.03.2026 - 04:54
Hamlet İsaxanlı – elm və ədəbiyyatı birləşdirən polimat01.03.2026 - 04:36
Voyager qızıl plastinkasına düşən azərbaycanlı musiqiçi – Kamil Cəlilov01.03.2026 - 04:18
Elmira Qafarova – Müstəqillik dövrünün ilk qadın parlament sədri01.03.2026 - 04:00
Uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyətlər bu vaxtdan olacaq28.02.2026 - 19:24
Qar Şəkini “əsir” aldı28.02.2026 - 19:16
“Müəllim-şagird münasibətində ən çox rast gəlinən problemlər hansılardır?” – Ekspert açıqladı28.02.2026 - 19:10
İranda qızlar məktəbinə hücum: Ölənlərin sayı 150-yə çatdı28.02.2026 - 18:56
Oruc tutanda bədənin su balansını qoruyun28.02.2026 - 18:48
“WhatsApp”da kart məlumatlarını istəyənlərə inanmayın! 28.02.2026 - 18:41
“Kainatın Sükutunu Yaradan Uşaqlar” tamaşası yenidən səhnədə28.02.2026 - 18:24
Süni intellekt hərbi sahədə: "OpenAI" Pentaqonla hansı şərtlərlə razılaşdı?28.02.2026 - 18:18
Dünyanın ən kiçik QR kodu yaradıldı28.02.2026 - 18:11
İranda universitetlər bağlandı28.02.2026 - 18:04
Gündəlik həyatda zərərli kimyəvi maddələrdən qorunmaq üçün 6 məsləhət28.02.2026 - 18:00
Yer birdən dayansa nə baş verər? - Elmi ssenari, qorxunc nəticələr28.02.2026 - 17:51
Bu qida kolon xərçəngi riskini azaldır - Bağırsaq mikroflorasını qoruyurmuş28.02.2026 - 17:50
Uzunömürlü olmaq üçün hansı qidanı az yeməliyik? - Mütəxəssisdən tövsiyə28.02.2026 - 17:43
Magistratura təhsilində mövcud vəziyyət və xaricdə oxumağın üstünlükləri28.02.2026 - 17:40
AZAL bu şəhərlərə uçuşları dayandırdı28.02.2026 - 17:36
Kiber şantajda yeni üsul: Məlumat sızdırma saytları28.02.2026 - 17:30
Şəkidə şəhid mayor Aqşin Abdullayevin xatirəsi anılıb28.02.2026 - 17:20
Fənn olimpiadalarının yarımfinalında Şəki-Zaqatala bölgəsi üzrə 638 şagird biliyini sınayıb28.02.2026 - 17:16
Şəkidə şəhid mayor Aqşin Abdullayevin xatirəsi anılıb28.02.2026 - 17:09
“Dilin saflığında tənzimləyici qurumun rolu və onlayn mediada ədəbi tələffüz normalarının qorunması problemləri”28.02.2026 - 17:02
ADPU-nun tələbələri Milli İncəsənət Muzeyində28.02.2026 - 16:55
Xalq artisti Bəhram Mansurovun anadan olmasının 115 illiyinə həsr olunmuş tədbiri qeyd edilib28.02.2026 - 16:46
İrana qarşı kütləvi kiberhücum başladı28.02.2026 - 16:38
Yeməkdən sonra şirniyyatın fəsadları - Elmlər doktorundan məsləhət28.02.2026 - 16:36
Hamının yediyi bu qidalar görün orqanizmə necə zərər vururmuş - Həkimdən xəbərdarlıq28.02.2026 - 16:16
Şəxsi uğurunuz ölkəmiz üçün çox ciddi dəyərdir - Nazir müavini28.02.2026 - 16:06
Azərbaycanda universitetlərdə dərs saatı azaldılır?28.02.2026 - 16:00
Bu gün "planetlərin paradı" müşahidə olunacaq28.02.2026 - 15:55
Tanınmış yazıçımız Təbrizdədir, xəbər yoxdur - son paylaşımı: "Şəhadət axtarıram" 28.02.2026 - 15:51
Sabah güclü qar yağacaq, yollar buz bağlayacaq28.02.2026 - 15:45
Dünyanın ən böyük vulkanı hansıdır?28.02.2026 - 15:39
KİV: ABŞ və İsrail İrana qarşı kütləvi kiberhücuma başladı28.02.2026 - 15:33
Abşeronda regional təhsil konfransı keçirilib28.02.2026 - 15:30
Sağlam qidalanmada dondurulmuş məhsullar nə qədər effektivdir? - Açıqlama28.02.2026 - 15:28
"İnstagram"da valideynlər üçün yeni funksiya28.02.2026 - 15:22
Kurikulumlara kibertəhlükəsizliklə bağlı mövzular daxil ediləcək28.02.2026 - 15:20
Süni intellektdən istifadəni dayandırmağı əmr etdi28.02.2026 - 15:17
Yaşlanmaqdan və revmatizmdən qorxanların nəzərinə28.02.2026 - 15:11
Tənhalıq qorxusuna qarşı gözlənilməz həll28.02.2026 - 15:10
“Muhteşem Yüzyıl Kösem”in gənc aktyoru vəfat etdi28.02.2026 - 15:06