Şəkidə bir neçə gündür davam edən soyuq və küləkli havanın ardınca qar yağmağa başlayıb. Hazırda əksər ərazilərdə qarın hündürlüyü 20 sm-dən çoxdur.
“Tehsil365" xəbər verir ki, qar səbəbindən səhər saatlarından Kiş, Yuxarı baş, Qala ətrafı istiqamətində hərəkət edən marşrutların işində çətinliklər yaranıb:
Hazırda aidiyyəti qurumlar gücləndirilmiş iş rejiminə keçib, yaranmış çətinliklər aradan qaldırılır və nəqliyyatın hərəkətinin bərpası istiqamətində işlər görülür.
Qeyd edək ki, qarın yağması hazırda da davam edir.

