Təhsil 365 - Logo Mobile

AZƏRTAC-ın yaranmasından 106 il ötür

9301.03.2026 - 07:31
AZƏRTAC-ın yaranmasından 106 il ötür

Bu gün Azərbaycanın ilk milli xəbər agentliyinin - AZƏRTAC-ın yaranmasından 106 il ötür.

“Tehsil365" xatırladır ki, AZƏRTAC 1920-ci ildən başlayaraq respublikamızın salnaməsini yazıb, keçdiyimiz yola informasiya işığı tutub. Bu gün isə qalib ölkənin əsas xəbər qaynağı olaraq inkişafının yeni dövrünü yaşayır, fəaliyyətini durmadan təkmilləşdirməyə davam edir.

Tarixə nəzər salsaq görərik ki, bir əsrdən çox yaşı olan AZƏRTAC çətin, mürəkkəb və şərəfli bir yol keçib, zaman-zaman bir çox sınaqlarla üzləşib. 1920-ci il martın 1-də fəaliyyətə başlayan agentlik müstəqil xəbər mənbəyi kimi cəmi 58 gün yaşaya bildi. Sovet hakimiyyəti dövründə isə SİTA-nın filialına çevrilərək xəbər yayımında ciddi məhdudiyyətlərlə üzləşdi. Buna baxmayaraq, öz missiyasını çətinliklə olsa da, axıradək yerinə yetirdi.

AZƏRTAC-ın fəaliyyətini tarixi baxımdan bir neçə mərhələyə bölmək olar. Agentliyin həyatında əsaslı dönüş mərhələsi 1969-cu ildə Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra başladı. Agentlik müasir texniki avadanlıqla təchiz olundu, xəbər yayımının keyfiyyətində və operativliyində mühüm irəliləyiş əldə edildi. Yalnız onu demək kifayətdir ki, həmin dövrdə AZƏRTAC müttəfiq respublikaların informasiya agentlikləri arasında kompüterlərlə təchiz edilmə baxımından birincilər sırasında idi.

Dövlət müstəqilliyinin bərpasından sonrakı ilk illər milli informasiya agentliyi üçün daha bir sınaq oldu. Bu çətin sınaqdan da layiqincə çıxan AZƏRTAC çox keçmədən Azərbaycanın dünyaya açılan informasiya pəncərəsi rolunu oynamağa başladı.

AZƏRTAC-ın kollektivi ulu öndər Heydər Əliyevin tövsiyələrini rəhbər tutaraq milli jurnalistikamızın nəcib vətənpərvərlik ənənələrini ləyaqətlə davam etdirməklə yanaşı, dünya informasiya məkanında layiqli yer tutmaq üçün əzmlə çalışmaqdadır. Son illərdə 50-yə yaxın xarici xəbər agentliyi ilə əməkdaşlıq müqaviləsi imzalanıb, beş qitədə fəaliyyət göstərən agentliklərlə informasiya mübadiləsi aparılır. Həmçinin beynəlxalq və regional media təşkilatları çərçivəsində "Associated Press", "Reuters", "Press Association", DPA, "Sinxua" və bir sıra digər nüfuzlu xəbər yayımçıları ilə əməkdaşlıq edilir.

AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresi Şurasının, Avropa Xəbər Agentlikləri Alyansının (EANA), Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) fəal üzvlərindən biridir. 2016-cı ildən 2019-cu ilədək Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya eyni vaxtda sədrlik etməklə adını dünya media tarixinə yazdırıb. Ötən il isə AZƏRTAC İstanbulda Türk Xəbər Agentlikləri Birliyinin (ATNA) təsis Baş Assambleyasında ATNA-nın baş katibi seçilib.

AZƏRTAC-ın xəbərləri azertag.az saytı, xəbər bülletenləri, həm də sosial şəbəkə hesabları (agentliyin müxtəlif dillərdə və fərqli profilli ümumilikdə 30 sosial şəbəkə səhifəsi var) vasitəsilə yayımlanır. AZƏRTAC-ın üzv olduğu beynəlxalq və regional media qurumlarının, tərəfdaşlıq etdiyi milli informasiya agentliklərinin saytlarında hər il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və digər sahələrdə qazandığı uğurlara dair minlərlə xəbəri, videosu və fotosu yayılır.

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi mərhələ AZƏRTAC üçün də əlamətdar bir dövr olmaqla, xəbər yayımının keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi ilə səciyyəvidir. Göstərilən daimi diqqət və qayğı sayəsində rəqabətədavamlılığı getdikcə artan, ən müasir texnologiyalarla təchiz edilən agentlik iki ildən çoxdur ki, hər cür şəraitə malik yeni binada fəaliyyət göstərir. Bu da informasiyanın keyfiyyətini və operativliyini durmadan yüksəltməyə, dünya informasiya məkanında daha inamla addımlamağa imkan yaradır.

AZƏRTAC hazırda səkkiz dildə - Azərbaycan, ingilis, rus, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər, eləcə də regionda ilk dəfə olaraq beş dildə videoxəbərlər yayır. Agentlik Azərbaycan həqiqətlərini planetimizin, demək olar, bütün guşələrinə çatdırır, dünya səviyyəsində mötəbər, dürüst və qərəzsiz xəbər mənbəyi kimi qəbul olunur.

Azərbaycan hazırda öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Vətən müharibəsində şanlı Zəfər, eləcə də uğurlu lokal antiterror tədbirləri nəticəsində ölkənin dövlət suverenliyinin tam bərpası, Prezident İlham Əliyevin 7 fevral seçkisində inamlı qələbəsi ilə Azərbaycan yeni mərhələyə qədəm qoyub. Bununla ölkə mediasının qarşısında da geniş üfüqlər açılıb. Mətbuatın modernləşdirilməsi, dünya standartları səviyyəsinə yüksəldilməsi istiqamətində əsaslı islahatlar həyata keçirilir.

AZƏRTAC da zamanın çağırışları və müasir tələblərlə ayaqlaşmaq üçün ardıcıl addımlar atır. Son vaxtlar agentlikdə aparılan struktur islahatları, kollektivin peşəkar kadrlarla komplektləşdirilməsi, xarici ölkələrdəki müxbir şəbəkəsinin təkmilləşdirilməsi, kreativ idarəçilik öz müsbət nəticələrini verməkdədir. Bu, xəbər arxitekturasını daim yeniləməyə, informasiya yayımını beynəlxalq standartlar səviyyəsinə çatdırmağa imkan yaradır. Ötən bir ildə agentliyin loqosu və internet saytı yenilənib, işin keyfiyyətinin yaxşılaşdırılması üçün digər mühüm addımlar atılıb. Bütün bu işlər AZƏRTAC-ın fəaliyyətində özünü göstərib.

Əsası 106 il əvvəl qoyulan yol bu gün əzmlə davam etdirilir. AZƏRTAC dinamik inkişaf edən, qalib ölkəyə, dünyada nüfuz sahibinə çevrilən Azərbaycanın müasir tarixinin bitkin və real salnaməsini yaradır.

Zeynəb Quluyeva

Xəbər Lenti

Turan İrfan: “Din dövlətdən ayrı olsa da, mədəni və mənəvi tərəfləri məktəbdə öyrədilməlidir”01.03.2026 - 12:03
“Şəhidin səsi”nin növbəti buraxılışı şəhid polis əməkdaşı Seyfi Abdullayevə həsr olunub - FOTOLAR01.03.2026 - 11:10
Media.az xəbər portalının səkkiz yaşı tamam olur01.03.2026 - 10:59
MEDİA Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı jurnalistlərə müraciət edib01.03.2026 - 10:47
ADPU-nun Quba filialında “Qəlb cəbhəsi” kitabı maraqla qarşılanıb - FOTOLAR01.03.2026 - 10:35
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans işini panel iclasları ilə davam etdirib - FOTOLAR01.03.2026 - 10:22
AzEdu.az 8 yaşını qeyd edir01.03.2026 - 10:11
NASA Aya astronavt göndərilməsini bir il təxirə saldı01.03.2026 - 10:00
Səhər süfrəsində olan bu qidalar qaraciyərin düşmənidir01.03.2026 - 09:50
İranda məktəbdə ölənlərin sayı durmadan artır01.03.2026 - 09:39
Ramazan ayında susuzluq böyrək daşlarını artırır – Mütəxəssisdən xəbərdarlıq01.03.2026 - 09:22
Kollagenin müntəzəm istifadəsi sağlamlığa necə təsir edir?01.03.2026 - 09:10
Qışda sağlam qalmaq üçün beş vacib məqam01.03.2026 - 08:55
Oruc tutanda bədənin su balansını qoruyun01.03.2026 - 08:40
Alyona Əliyeva moda sərgisindən paylaşım edib - FOTOLAR01.03.2026 - 08:25
Füzulidə ağır qəza - 10-cu sinif şagirdi öldü01.03.2026 - 08:12
Günəşdə aktivlik azalır: Yeni proqnoz açıqlandı01.03.2026 - 07:58
Bu gün hava necə olacaq?01.03.2026 - 07:45
İranda 148 məktəbli qız həlak oldu01.03.2026 - 07:15
Azərbaycan ATƏT-ə üzv qəbul edilib01.03.2026 - 07:00
2012-ci ildə Qubada baş verən iğtişaşlar01.03.2026 - 06:36
Hicran Hüseynov – Azərbaycan efir məkanının unudulmaz səsi01.03.2026 - 06:18
Lütviyyə Səfərova – Azərbaycan səhnəsinin tanınmış siması01.03.2026 - 06:00
Kamil Əliyev – Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi01.03.2026 - 05:42
Qəzənfər Xalıqov – Azərbaycan peşəkar rəssamlığının öncüllərindən01.03.2026 - 05:18
Cahan Talışinskaya – muğam sənətinin görkəmli nümayəndəsi01.03.2026 - 05:06
Milad Beygi – Olimpiya mükafatçısı və beynəlxalq turnirlərin qalibi01.03.2026 - 04:54
Hamlet İsaxanlı – elm və ədəbiyyatı birləşdirən polimat01.03.2026 - 04:36
Voyager qızıl plastinkasına düşən azərbaycanlı musiqiçi – Kamil Cəlilov01.03.2026 - 04:18
Elmira Qafarova – Müstəqillik dövrünün ilk qadın parlament sədri01.03.2026 - 04:00
Uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyətlər bu vaxtdan olacaq28.02.2026 - 19:24
Qar Şəkini “əsir” aldı28.02.2026 - 19:16
“Müəllim-şagird münasibətində ən çox rast gəlinən problemlər hansılardır?” – Ekspert açıqladı28.02.2026 - 19:10
İranda qızlar məktəbinə hücum: Ölənlərin sayı 150-yə çatdı28.02.2026 - 18:56
Oruc tutanda bədənin su balansını qoruyun28.02.2026 - 18:48
“WhatsApp”da kart məlumatlarını istəyənlərə inanmayın! 28.02.2026 - 18:41
“Kainatın Sükutunu Yaradan Uşaqlar” tamaşası yenidən səhnədə28.02.2026 - 18:24
Süni intellekt hərbi sahədə: "OpenAI" Pentaqonla hansı şərtlərlə razılaşdı?28.02.2026 - 18:18
Dünyanın ən kiçik QR kodu yaradıldı28.02.2026 - 18:11
İranda universitetlər bağlandı28.02.2026 - 18:04
Gündəlik həyatda zərərli kimyəvi maddələrdən qorunmaq üçün 6 məsləhət28.02.2026 - 18:00
Yer birdən dayansa nə baş verər? - Elmi ssenari, qorxunc nəticələr28.02.2026 - 17:51
Bu qida kolon xərçəngi riskini azaldır - Bağırsaq mikroflorasını qoruyurmuş28.02.2026 - 17:50
Uzunömürlü olmaq üçün hansı qidanı az yeməliyik? - Mütəxəssisdən tövsiyə28.02.2026 - 17:43
Magistratura təhsilində mövcud vəziyyət və xaricdə oxumağın üstünlükləri28.02.2026 - 17:40
AZAL bu şəhərlərə uçuşları dayandırdı28.02.2026 - 17:36
Kiber şantajda yeni üsul: Məlumat sızdırma saytları28.02.2026 - 17:30