Bu gün AzEdu.az fəaliyyətinin 8-ci ilini qeyd edir.
“Tehsil365" xəbər verir ki, 2018-ci ilin 1 mart tarixindən fəaliyyətə başlayan portal, ölkədə və dünyada baş verən ən vacib təhsil hadisələrini jurnalistikanın etik və şəffaflıq prinsiplərinə əsaslanaraq oxuculara çatdırıb.
Ötən illər ərzində AzEdu.az elm və təhsil sahəsindəki yenilikləri, problemləri və perspektivləri əks etdirən gündəlik materiallarla yanaşı, eksklüziv rubrikalar, müsahibələr, reportajlar və dərin araşdırmalar təqdim edib. Portalın verdiyi məlumatlar yalnız xəbər verməklə kifayətlənmir, həm də təhsil siyasəti və tədris keyfiyyətinə dair ictimai müzakirələrə töhfə verir.
AzEdu.az həmçinin “İlin gənc müəllimi”, “Brend tələbə”, “Örnək müəllim” kimi uğurlu layihələr vasitəsilə gənclərin və müəllimlərin motivasiyasını artırıb, onların nailiyyətlərini ön plana çıxarıb və cəmiyyətə tanıdıb. Bu təşəbbüslər, həm də gənc nəsilin uğurlu karyera və təhsil yolunu dəstəkləyir.
Bugün AzEdu.az təkcə Azərbaycanda deyil, həm də xaricdə yaşayan soydaşlarımız tərəfindən izlənilən etibarlı təhsil platformasına çevrilib.
8 illik fəaliyyəti boyunca portalın uğurunun sirri - dəqiq, operativ və obyektiv təhsil xəbərləri təqdim etməkdir.
Qeyd edək ki, Modern Media Qrupun tərkibində fəaliyyət göstərən AzEdu Təhsil Portalının təsisçisi Elşad Eyvazlıdır.

