Azərbaycan Respublikasının Çexiyadakı səfirliyi və “Natəvan” cəmiyyətinin təşkilatçılığı ilə Praqadakı Azərbaycan Mədəniyyət Evində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə CBC jurnalistləri tərəfindən hazırlanmış “Üç faciə, bir ağrı” sənədli filmi nümayiş olunub. Filmin ideya müəllifi Gülzar Mustafayeva, rejissoru isə Məzahir Həşimovdur.
Həmin gün Azərbaycan Respublikasının Çexiyadakı səfirliyi və “Natəvan” cəmiyyəti Xocalı soyqırımı ilə bağlı çap materiallarının paylanması aksiyasında da iştirak edib. Aksiya Praqanın Vatslav meydanında Land of Fire təşkilatı tərəfindən keçirilib.

