Türkiyənin Çanaqqala vilayətində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Çanaqqaladan Xocalıya” mövzusunda xüsusi proqram təşkil edilib.
“Tehsil365” xəbər verir ki, bununla bağlı hazırlanan layihə çərçivəsində Türkiyənin müxtəlif bölgələrində təhsil alan türk ölkələrindən olan tələbələrin Çanaqqalaya səfəri təşkil edilib.
Layihə Azərbaycanın Türkiyədəki mədəniyyət elçisi, sənətçi Roza İbadova Kocamazın təşəbbüs və rəhbərliyi, Türkiyə Ülkü Ocaqlarının İzmir şəhər rəhbərliyi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, İzmir Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin dəstəyi ilə ərsəyə gəlib.
Çanaqqala Şəhidliyində keçirilən anım proqramında Xocalı soyqırımına həsr olunan “Mən Xocalıyam” teatr tamaşasından hissələr nümayiş etdirilib. Roza İbadova Kocamazın rejissorluğu ilə ərsəyə gələn tamaşada Xocalı həqiqətləri mədəniyyətin dili ilə tamaşaçıya təqdim olunur.
Proqram çərçivəsində tələbələr Türkiyə-Azərbaycan qardaşlığının rəmzi olan bu qəhrəmanları ehtiramla yad ediblər.

