Amerikalı sahibkar İlon Mask fevralın 28-də "X" platformasında rekord səviyyədə aktivliyin olduğunu bildirib.
“Tehsil365” xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Maskın sözlərinə görə, fevralın 28-i sosial şəbəkənin tarixində ən aktiv gün olub. Bununla belə, sahibkar təfərrüat və rəqəmləri açıqlamayıb.
Xatırladaq ki, fevralın 28-də İsrail və ABŞ İrana genişmiqyaslı zərbə endirməyə başlayıblar.

