Təhsil 365 - Logo Mobile

Arxeoloq Qafar Cəbiyev: “Azərbaycanda tarixi abidələrin böyük hissəsi hələ də torpaq altındadır”

10801.03.2026 - 17:45
Arxeoloq Qafar Cəbiyev: “Azərbaycanda tarixi abidələrin böyük hissəsi hələ də torpaq altındadır”

Azərbaycanda çoxsaylı tarixi abidələr mövcud olsa da, onların böyük bir hissəsi hələ də tədqiq olunmamış qalır. Mütəxəssislərin fikrincə, həm yerin altında gizlənən abidələr, həm də artıq məlum olan tarixi yerlər arxeoloji araşdırmalarını gözləyir. Bu isə ölkənin tarixi irsinin hələ tam öyrənilmədiyini göstərir.

Arxeoloq Qafar Cəbiyev “Tehsil365”ə açıqlamasında bildirib ki, Azərbaycan ərazisində yerin altında mövcud olan abidələrin sayı yerüstü abidələrdən dəfələrlə çoxdur və onların dəqiq yerləri hələ məlum deyil.

Onun sözlərinə görə, torpaq altında gizlənən abidələr olduqca çoxdur:

“Yer üzərində nə qədər tarixi abidə varsa, bəlkə də ondan on dəfələrlə, hətta yüz qat artıq abidə torpağın altında mövcuddur. Biz onların yerini tam bilmirik, amma məlumdur ki, hər tərəfdə müxtəlif təyinatlı abidələr var.”

Arxeoloq qeyd edib ki, hətta artıq məlum olan abidələrin böyük hissəsi belə tam tədqiq edilməyib:

“Yer üzərində bizə bəlli olan abidələrin belə heç 10 faizi yetərincə tədqiq olunmayıb. Yəni abidələrin təxminən 90 faizi hələ də araşdırılmasını gözləyir.”

Qafar Cəbiyev nümunə kimi Qəbələ ərazisində yerləşən qədim şəhər yerini göstərib. O bildirib ki, bu ərazi uzun illərdir araşdırılsa da, hələ tam öyrənilməyib:

“Qədim Qəbələ şəhər yeri təxminən 100 ildir arxeoloji cəhətdən tədqiq olunur. Buna baxmayaraq, həmin abidənin heç 50-də biri də tam öyrənilməyib.”

Arxeoloq vurğulayıb ki, tarixi abidələrin tədqiqi tələskənliklə deyil, sistemli şəkildə aparılmalıdır. Onun fikrincə, qədim şəhərlər, dini abidələr, məzarlıqlar, müdafiə tikililəri, körpülər və qədim ticarət yolları gələcək tədqiqatların əsas istiqamətlərindən biridir.

Mütəxəssis hesab edir ki, Azərbaycanın tarixi irsinin tam öyrənilməsi üçün uzunmüddətli və ardıcıl arxeoloji araşdırmalara ehtiyac var.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək16.04.2026 - 18:36
Azərbaycanda 2 universitet 56 vəzifəyə işçi axtarır - SİYAHI16.04.2026 - 18:30
Ailə başçısını itirənlərin ödənişində yeni QAYDA16.04.2026 - 18:28
Azərbaycanlı gəncdən beynəlxalq uğur16.04.2026 - 18:24
Türkiyədə məktəb hücumunda ölənlərin sayı artdı16.04.2026 - 18:20
Kamran Əsədovun məhkəməsində şahidlər dindirilib16.04.2026 - 18:16
May ayının qeyri-iş günləri AÇIQLANDI16.04.2026 - 18:10
Daşkəsən məktəbliləri şəhidlərin xatirəsini voleybol yarışı ilə yad ediblər16.04.2026 - 18:08
Femida Könüllülərinin həmtəsisçisi Azərbaycanı BMT-də təmsil edəcək16.04.2026 - 18:02
Elektrik enerjisi olmadan işləyən kompüter hazırlandı16.04.2026 - 18:00
Mətanət Əliyeva: “Bulinq uşağın psixoloji sağlamlığında dərin izlər buraxır”16.04.2026 - 17:55
Azərbaycan ilk dəfə BMT Gənclər Nümayəndələri proqramında təmsil olunur16.04.2026 - 17:52
Onlar risk altındadır, qızılca peyvəndinin vaxtı önə çəkilməlidir - Həkimdən təklif16.04.2026 - 17:50
"Problem maraqsızlıqda yox, tarixin təqdimatındadır” - Əli Ələkbərov16.04.2026 - 17:49
Nizami Kino Mərkəzində "At gücü" sənədli filmi təqdim olunub16.04.2026 - 17:45
Gömrük əməkdaşları təlimdə16.04.2026 - 17:44
“Hamı xoşbəxtdir, mən deyiləm” – Yaz depressiyasından necə xilas olaq?16.04.2026 - 17:40
Folklor İnstitutunda elmi məsələlərə baxılıb16.04.2026 - 17:36
Peşə tanınması imtahanında iştirak edənlərin yalnız 12%-i uğur qazanıb16.04.2026 - 17:35
Xaricdə təhsil alan 10 nəfərin diplomunun saxta olduğu aşkar edilib16.04.2026 - 17:30
Professor Məmmədəli Qıpçağın türkoloji fəaliyyətinə həsr olunmuş elmi seminar16.04.2026 - 17:26
İqtisadiyyat və Humanitar Kollecində yeni geosiyasi reallıqlar müzakirə olunub16.04.2026 - 17:25
“Trend olan hər məsləhət dəri üçün təhlükəsiz deyil” – Dermatoloq Sevinc Kərimova16.04.2026 - 17:20
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin ilk görüşü16.04.2026 - 17:18
İranda bütün təhsil müəssisələri distant təhsilə keçir16.04.2026 - 17:15
“Uzunömürlülük: bioloji və texnoloji determinantlar” – elmi seminar16.04.2026 - 17:12
“Bəkir Çobanzadə: Budapeşt illəri” - ADPU-da kitab təqdimatı16.04.2026 - 17:06
Naxçıvan Musiqi Kollecinin tələbəsinin fərdi sərgisi keçirilib16.04.2026 - 17:05
Elmi işlərin qiymətləndirmə qaydaları dəyişdirildi - Son 6 ildəki fəaliyyət nəzərə alınacaq16.04.2026 - 17:00
Ali məktəblərin prorektorları üçün təlimlərə başlanılıb16.04.2026 - 16:55
ATU-da qanvermə aksiyası keçirilib16.04.2026 - 16:45
Xaricdə təhsil alan 1050 nəfərin diplomu tanınıb16.04.2026 - 16:35
Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub16.04.2026 - 16:25
Azərbaycanın təhsil sistemi gözləntilərimi doğruldub – BMU-nun Somalidən olan tələbəsi16.04.2026 - 16:15
Danimarka məktəblərində telefondan istifadəyə qadağa qoyulub16.04.2026 - 16:05
Bu il xaricdə alınan diplomların neçəsi saxta olub?16.04.2026 - 16:00
“Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş keçirilib16.04.2026 - 15:50
STEAM layihəsi xüsusi təhsil müəssisələrində də tətbiq ediləcək16.04.2026 - 15:40
Doktorantura ixtisaslarının təsnifatında dəyişiklik edilib16.04.2026 - 15:30
BSU-da inklüziv təhsilə dair beynəlxalq konfrans keçirilib16.04.2026 - 15:20
STK tələbələri elmi ədəbiyyatdan düzgün istifadə ilə bağlı məlumatlandırılıblar16.04.2026 - 15:10
Gəncə Teatrında “Gülüstan” tamaşasının məşqlərinə başlanılıb16.04.2026 - 15:00
Azərbaycan ilə Qırğızıstan arasında mədəni əməkdaşlıq genişlənir16.04.2026 - 15:00
Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli - 110” adlı kitab sərgisi açılıb16.04.2026 - 14:40
“İRS” jurnalının ərəb dilində növbəti buraxılışı nəşr olunub16.04.2026 - 14:29
Azərbaycan muğamı Almaniyanı fəth edir16.04.2026 - 14:18
Səhv etməklə öyrənməyə psixoloji yanaşma - Mirsadiq Muxtarov16.04.2026 - 14:07
Xaçmazda tədris prosesi izlənilib16.04.2026 - 13:54