Təhsil 365 - Logo Mobile

Xocalı soyqırımının 34-cü ildönümü İstanbulda keçirilən konfransda qeyd olunub

7201.03.2026 - 18:40
Xocalı soyqırımının 34-cü ildönümü İstanbulda keçirilən konfransda qeyd olunub

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar İstanbulda konfrans keçirilib.

“Tehsil365" xəbər verir ki, tədbir “KİAMP – Karabakh is Azerbaijan” Milli Platformasının Türkiyə Respublikası üzrə Baş Koordinatorluğu və onun nəzdində fəaliyyət göstərən “Qarabağ Azərbaycandır” Koordinasiya Dərnəyi tərəfindən Türk Ocaqları İstanbul şöbəsinin ev sahibliyi ilə təşkil olunub. Tədbirdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.

Türkiyədə təhsil alan İsa Quluzadə və Elnarə Məmmədrzayevanın aparıcılığı ilə baş tutan mərasimdə “Qarabağ Azərbaycandır” Koordinasiya Dərnəyinin hazırladığı xüsusi videoçarx nümayiş etdirilib. Videoçarxda 18 müxtəlif ölkədə yaşayan gənc Xocalı soyqırımı həqiqətlərini BMT-nin Təhlükəsizlik Şurasınin qətnamələri kontekstində beynəlxalq ictimaiyyətə çatdırıblar.

Konfransın rəsmi hissəsində çıxış edən “KİAMP – Karabakh is Azerbaijan” Milli Platformasının Türkiyə üzrə baş koordinatoru Elvin Abdurahmanlı Xocalıda baş verən faciənin unudulmamasının və beynəlxalq hüquq çərçivəsində ədalət mübarizəsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə Qazaxıstanın İstanbuldakı ilk Baş konsulu və TÜRKSOY-un İstanbul nümayəndəsi Yerjan Uasis, TOYŞAD Dərnəyinin sədri Gökalp Şentürk, eləcə də tədqiqatçı-jurnalist Cihan Fulser Türk dünyasının həmrəyliyinin əhəmiyyətindən və Xocalı həqiqətlərinin qlobal miqyasda tanıdılmasının zəruriliyindən danışıblar.

Tədbirin Caner Karakuşun moderatorluğu ilə keçirilən panel iclasında ehtiyatda olan briqada generalı, professor Esat Arslan və Elvin Abdurahmanlının Xocalı və Qarabağ məsələsinin hərbi, siyasi və hüquqi aspektlərdən təhlili dinlənilib.

Konfrans çərçivəsində “Qarabağ Azərbaycandır” Koordinasiya Dərnəyi ilə Türk Akademiklər Birliyi arasında qarşılıqlı strateji razılaşma və əməkdaşlıq memorandumu imzalanıb, iştirakçılara xüsusi plaketlər təqdim edilib.

Nərmin Mustafayeva

Xəbər Lenti

ABŞ İranın dövlət televiziyasına zərbə endirdi01.03.2026 - 19:51
İstehlak səbətinin miqdarına və tərkibinə dəyişiklik ola bilər01.03.2026 - 19:41
Oyun əsaslı tədrisin üstünlükləri nələrdir? – Ekspert açıqladı01.03.2026 - 19:32
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında 80 % başa çatacaq01.03.2026 - 19:23
Niyə dilimlənmiş çörək almamısınız? - Heç kimin demədiyi səbəblər01.03.2026 - 19:15
Sabah yollar buz bağlayacaq01.03.2026 - 19:08
NASA Ay proqramında böyük dəyişiklik etdi01.03.2026 - 18:56
Bir foto, bir klik və məhv edilən həyat: Süni intellektin görünməyən təhlükəsi01.03.2026 - 18:50
Qəzada ölən 10-cu sinif şagirdinin fotosu01.03.2026 - 18:48
Rumıniyalı tələbə: Azərbaycanda fərqli dinlərin, xalqların nümayəndələri arasında balanslı münasibət, gözəl harmoniya var01.03.2026 - 18:43
Misirli tələbə: Azərbaycanda dilindən, dinindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşılır01.03.2026 - 18:32
Azərbaycanda sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyəti tətbiq ediləcək01.03.2026 - 18:30
İranda məktəbə hücum nəticəsində ölənlərin sayı 165-a çatıb01.03.2026 - 18:23
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Fevral ayının reytinq cədvəli açıqlanıb01.03.2026 - 18:15
Qazaxıstana 26 reys ləğv edilib01.03.2026 - 18:05
Yollarda görünüş pisləşəcək01.03.2026 - 17:56
Şəkidə maarifləndirici tədbir: Milli-mənəvi dəyərlərimizdən gələcəyə baxış01.03.2026 - 17:46
Arxeoloq Qafar Cəbiyev: “Azərbaycanda tarixi abidələrin böyük hissəsi hələ də torpaq altındadır”01.03.2026 - 17:45
Uşaqlarda işlək yaddaş akademik nəticələrə təsir göstərir01.03.2026 - 17:42
“Martişor” – Balkan xalqlarında baharın rəmzi olan qədim ənənə01.03.2026 - 17:40
İranda məktəb hücumunda ölənlərin sayı artdı01.03.2026 - 17:32
Publika.az 14 yaşında01.03.2026 - 17:30
Yeniyetmə boksçular arasında Azərbaycan çempionatının qalibləri01.03.2026 - 17:24
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?01.03.2026 - 17:18
“İMZA” Birliyinin üzvləri üçün şəxsi imicin formalaşdırılması üzrə müasir yanaşmalar təqdim edilib01.03.2026 - 17:12
İlon Mask "X" platformasında tarixi aktivliyin qeydə alındığını bildirib01.03.2026 - 17:10
Sabahın hava proqnozu açıqlanıb01.03.2026 - 17:04
Sabah Bakıda 10 dərəcə isti olacaq, dağlıq ərazilərə qar yağacaq01.03.2026 - 17:00
Xocalı qurbanları Çanaqqala Şəhidliyində anılıblar01.03.2026 - 16:50
ABŞ mətbuatında Xocalı soyqırımı haqqında məqalə dərc olunub01.03.2026 - 16:40
İllinoys Universitetində Xocalı həqiqətlərindən danışılıb01.03.2026 - 16:30
“Üç faciə, bir ağrı” sənədli filmi Çexiyada nümayiş olunub01.03.2026 - 16:20
Mingəçevirli məktəblilər və tələbələr beynəlxalq standartlar əsasında biliklərini sınayırlar01.03.2026 - 16:10
Milli Dram Teatrı ilə Şəki Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb01.03.2026 - 16:00
Elnarə Akimova: “Bugünkü reallıq göstərir ki, Azərbaycanda media-dövlət əməkdaşlığı inkişaf mərhələsindədir”01.03.2026 - 12:43
Turan İrfan: “Din dövlətdən ayrı olsa da, mədəni və mənəvi tərəfləri məktəbdə öyrədilməlidir”01.03.2026 - 12:03
“Şəhidin səsi”nin növbəti buraxılışı şəhid polis əməkdaşı Seyfi Abdullayevə həsr olunub - FOTOLAR01.03.2026 - 11:10
Media.az xəbər portalının səkkiz yaşı tamam olur01.03.2026 - 10:59
MEDİA Yaxın Şərqdəki hərbi əməliyyatlarla bağlı jurnalistlərə müraciət edib01.03.2026 - 10:47
ADPU-nun Quba filialında “Qəlb cəbhəsi” kitabı maraqla qarşılanıb - FOTOLAR01.03.2026 - 10:35
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans işini panel iclasları ilə davam etdirib - FOTOLAR01.03.2026 - 10:22
AzEdu.az 8 yaşını qeyd edir01.03.2026 - 10:11
NASA Aya astronavt göndərilməsini bir il təxirə saldı01.03.2026 - 10:00
Səhər süfrəsində olan bu qidalar qaraciyərin düşmənidir01.03.2026 - 09:50
İranda məktəbdə ölənlərin sayı durmadan artır01.03.2026 - 09:39
Ramazan ayında susuzluq böyrək daşlarını artırır – Mütəxəssisdən xəbərdarlıq01.03.2026 - 09:22
Kollagenin müntəzəm istifadəsi sağlamlığa necə təsir edir?01.03.2026 - 09:10