Mən Misirdən gəlmişəm. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıram. Burada olmaqdan çox şadam. Azərbaycanda dostlar qazanmışam, eyni zamanda, müxtəlif mədəniyyətlərlə tanış olmuşam. XVII Beynəlxalq Multikulturalizm Qış Məktəbinində iştirak mənə çox faydalıdır. Azərbaycan multikulturalizmə çox önəm verən bir ölkədir. Multikulturalizm və tolerantlıq milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
“Tehsil365” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Azərbaycanın mədəniyyətlərarası kontekstində: Şəhər yaddaşı və memarlıq” mövzusunda XVII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçısı Mohamed Abdelati Elsaeed deyib. Misirli tələbə qeyd edib ki, Azərbaycanın multikulturalizm modelinin xüsusiyyətləri haqqında öyrənməkdən məmnundur.
“Biz fərqli dinlərə, mədəniyyətlərə aid insanların sevgi ilə bir yerdə yaşaya biləcəyini Azərbaycanda gördük. Burada dilindən, dinindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşılır. İştirak etdiyimiz Qış məktəbi bizim həyatımızda önəmli rol oynayacaq. Biz burada fərqli ölkələrdən olan iştirakçılarla öz fikirlərimizi bölüşürük, multikultural sahədəki problemləri müzakirə edirik. Gənclər arasında bu sahədə əlaqələrin qurulması gəlcəkdə çox faydalı olacaq”, - deyə Mohamed Abdelati Elsaeed bildirib.

