Bu gün Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olunmasından 34 il ötür.
“Tehsil365”in məlumatına görə, Azərbaycan Respublikası 2 mart 1992-ci il tarixində BMT Baş Assambleyasının qərarı ilə təşkilata üzv qəbul edilib. Bununla da ölkəmiz beynəlxalq hüququn tamhüquqlu subyekti kimi dünya birliyində rəsmi şəkildə təmsil olunmağa başlayıb.
Qeyd edək ki, Azərbaycan BMT ilə əməkdaşlıq çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyin qorunması, dayanıqlı inkişaf, humanitar məsələlər və insan hüquqlarının müdafiəsi istiqamətində fəal iştirak edir. Ölkəmiz müxtəlif dövrlərdə BMT-nin qurumlarında təmsil olunub və qlobal təşəbbüslərlə çıxış edib.

