Bu gün dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan Yahoo!-nun yaradıldığı gündür.
“Tehsil365”in məlumatına görə, şirkət 1994-cü il martın 2-də Jerry Yang və David Filo tərəfindən ABŞ-ın Stanford University universitetində təsis edilib. İlkin olaraq “Jerry and David's Guide to the World Wide Web” adı ilə fəaliyyətə başlayan layihə qısa müddətdə böyük maraq qazanıb və sonradan “Yahoo!” adlandırılıb.
1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərində “Yahoo!” internet axtarış sistemi, elektron poçt xidməti və xəbər portalı kimi qlobal miqyasda milyonlarla istifadəçiyə xidmət göstərib. Şirkət internet sənayesinin formalaşmasında mühüm rol oynayıb və texnologiya sektorunun inkişafına əhəmiyyətli töhfələr verib.

