Bu gün amerikalı rok musiqiçisi, bəstəkar və aktyor Jon Bon Jovinin doğum günüdür.
“Tehsil365”in məlumatına görə, Con Bon Cobi 2 mart 1962-ci ildə ABŞ-da anadan olub. O, “Bon Jovi” rok qrupunun yaradıcısı və solisti kimi dünya şöhrəti qazanıb, həmçinin solo fəaliyyəti ilə də tanınıb.
1995-ci ildə Moonlight and Valentino filmi ilə kino aktyorluq karyerasına başlayan sənətçi 13 bədii filmdə rol alıb, Sex and the City və Ally McBeal seriallarında qonaq aktyor kimi çıxış edib. O, həmçinin Jon Bon Jovi Soul Foundation vəqfinin qurucusudur və müxtəlif xeyriyyə layihələrində fəal iştirak edir.
2010-cu ildə Forbes jurnalı tərəfindən ilin ən çox qazanan ikinci musiqiçisi elan edilib, 2009-cu ildə isə Songwriters Hall of Fame tərəfindən şərəfləndirilib. 2009-cu ildə İngiltərədə keçirilən “Rock Allahı” sorğusunda Freddie Mercury və Elvis Presleydən sonra üçüncü yeri tutub.
Con Bon Cobi musiqi fəaliyyəti ilə yanaşı, ictimai və xeyriyyə təşəbbüsləri ilə də diqqət çəkən sənətçilərdən biri hesab olunur.

