Təhsil 365 - Logo Mobile

Şiş yaranmamışdan əvvəl təhlükə: Xərçəng immun sistemini necə aldadır?

8302.03.2026 - 07:45
Şiş yaranmamışdan əvvəl təhlükə: Xərçəng immun sistemini necə aldadır?

Qüdsdəki Yəhudi Universitetinin alimləri müəyyən ediblər ki, mədəaltı vəzi xərçəngi invaziv şiş yaranmazdan xeyli əvvəl immun sistemdən gizlənə bilir.

“Tehsil365" xəbər verir ki, tədqiqatın nəticələri "Gastroenterology" jurnalında dərc olunub.

Tədqiqatçılar toxuma nümunələrini araşdıraraq təkhüceyrəli RNT sekvenslənməsini məkan transkriptomikası ilə birləşdiriblər. Bu metod hər bir hüceyrədə hansı genlərin aktiv olduğunu və onların toxumada dəqiq harada yerləşdiyini müəyyən etməyə imkan verir. Nəticədə xərçəngöncəsi dəyişikliklərin ətraflı "xəritəsi" hazırlanıb.

Məlum olub ki, dəyişilmiş hüceyrələr təsadüfi şəkildə yayılmır. Onlar mədəaltı vəzi toxumasında kiçik qruplar - bir növ mikrozonalar - şəklində toplanır. Bu zonalarda oxşar xüsusiyyətlərə malik hüceyrələr bir-birinə yaxın yerləşir və immun sistem hüceyrələri ilə aktiv qarşılıqlı əlaqəyə girir.

Xüsusilə xərçəngöncəsi ocaqların yaxınlığında neytrofillər və makrofaqlar tez-tez müşahidə olunub. Normalda bu immun hüceyrələri orqanizmi infeksiyalardan qoruyur və zədələnmiş hüceyrələri məhv edir. Lakin bu halda onların fəaliyyəti immun cavabın zəifləməsi ilə müşahidə edilib - yəni müdafiə sistemi potensial təhlükəli hüceyrələri daha zəif tanıyıb və onlara kifayət qədər effektiv hücum etməyib.

Təhlil göstərib ki, belə mikrozonlarda immun reaksiyanı zəiflədə bilən genlər aktivləşir. Bu isə o deməkdir ki, gələcək şiş özünə "qoruyucu mühit"i görünən və sürətlə böyüyən mərhələyə keçməzdən illər əvvəl formalaşdıra bilər.

Alimlər oxşar xüsusiyyətləri insan toxumalarında da aşkar ediblər ki, bu da nəticələrin əhəmiyyətini təsdiqləyir. Müəlliflərin fikrincə, bu erkən proseslərin dərindən anlaşılması yüksəkriskli sahələrin müəyyənləşdirilməsinə və xərçəngin aqressiv formasının inkişafından əvvəl müdaxilə üsullarının hazırlanmasına kömək edə bilər.

Zeynəb Quluyeva

Xəbər Lenti

Saat 19:00-dan sonra yemək ürəyə ciddi ziyan vurur02.03.2026 - 09:20
Gənc mütəxəssisləri süni intellektlə əvəzləməyə çalışan şirkətlərə böhran xəbərdarlığı02.03.2026 - 09:10
Mədə xərçəngi riskini artıran amillər nələrdir?02.03.2026 - 09:00
Məktəbli uşaqlar necə qidalanmalıdır? - Mütəxəssislər açıqlayır02.03.2026 - 08:50
Hər gün qəbul edilməli qidalar açıqlandı02.03.2026 - 08:42
Qadınlar üçün xaricdə təhsil şansı - müraciət başladı02.03.2026 - 08:32
Azərbaycanda universitet tələbəsi dünyasını dəyişdi 02.03.2026 - 08:25
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib02.03.2026 - 08:18
“ResearchEx” platforması Azərbaycan Universitetinin rəhbərliyinə təqdim olunub02.03.2026 - 08:12
İsraildə təhsil müəssisələrinin bağlanma müddəti uzadıla bilər02.03.2026 - 08:06
Uzun və sağlam ömür üçün ideal səhər rejimi02.03.2026 - 08:00
Uzunömürlülükdə genetika təxminən 25% rol oynayırmış02.03.2026 - 07:52
Martın 3-də ilin ilk Ay tutulması olacaq02.03.2026 - 07:38
Yer sakinləri martda bir neçə maraqlı astronomik hadisəni müşahidə edə biləcəklər 02.03.2026 - 07:33
Alimlərdən xəbərdarlıq: Süni intellekt sürətlə inkişaf edir, amma risklər artır02.03.2026 - 07:26
Bu günün hava proqnozu 02.03.2026 - 07:20
İtaliyada məhkəmə süni intellektin tövsiyəsi əsasında işdən çıxarmanı qanuni sayıb02.03.2026 - 07:11
Uşaqlarda yorğunluğun əsas səbəbləri bunlardır02.03.2026 - 07:00
"Şəhidin səsi" proqramı şəhid Səbuhi Əsədovun əziz xatirəsinə həsr olunur - VİDOE02.03.2026 - 04:45
Alimlərdən texnoloji sıçrayış: Çatlara qarşı davamlı material hazırlandı02.03.2026 - 04:34
"Grok" səsinizi kopyalayacaq: "iOS" üçün yeni funksiya üzə çıxdı02.03.2026 - 04:23
I Nikolayın vəfat etdiyi gündür02.03.2026 - 04:12
Azərbaycanın görkəmli siyasi xadimi Əkbər ağa Şeyxülislamov vəfat edib02.03.2026 - 03:58
Futbolçu Kevin Kurányinin doğum günüdür02.03.2026 - 03:45
Rus modelyeri Vyaçeslav Zaytsevin doğum günüdür02.03.2026 - 03:35
Con Bon Covinin doğum günüdür02.03.2026 - 03:23
Rus şairi Yevgeni Baratınskinin doğum günüdür02.03.2026 - 03:10
Milli Qəhrəman Məzahir Rüstəmovun doğum günüdür02.03.2026 - 02:59
Böyük Britaniyada ilk CD diskləri nümayiş olundu02.03.2026 - 02:47
Bu gün “Yahoo!” şirkətinin yaradıldığı gündür02.03.2026 - 02:39
Azərbaycan BMT-yə üzv qəbul olunduğu gündən 34 il ötür02.03.2026 - 02:30
ABŞ İranın dövlət televiziyasına zərbə endirdi01.03.2026 - 19:51
İstehlak səbətinin miqdarına və tərkibinə dəyişiklik ola bilər01.03.2026 - 19:41
Oyun əsaslı tədrisin üstünlükləri nələrdir? – Ekspert açıqladı01.03.2026 - 19:32
Azərbaycanda "kağızsız hökumət"ə keçid 2028-ci ilin iyul ayında 80 % başa çatacaq01.03.2026 - 19:23
Niyə dilimlənmiş çörək almamısınız? - Heç kimin demədiyi səbəblər01.03.2026 - 19:15
Sabah yollar buz bağlayacaq01.03.2026 - 19:08
NASA Ay proqramında böyük dəyişiklik etdi01.03.2026 - 18:56
Bir foto, bir klik və məhv edilən həyat: Süni intellektin görünməyən təhlükəsi01.03.2026 - 18:50
Qəzada ölən 10-cu sinif şagirdinin fotosu01.03.2026 - 18:48
Rumıniyalı tələbə: Azərbaycanda fərqli dinlərin, xalqların nümayəndələri arasında balanslı münasibət, gözəl harmoniya var01.03.2026 - 18:43
Xocalı soyqırımının 34-cü ildönümü İstanbulda keçirilən konfransda qeyd olunub01.03.2026 - 18:40
Misirli tələbə: Azərbaycanda dilindən, dinindən asılı olmayaraq hər kəsə hörmətlə yanaşılır01.03.2026 - 18:32
Azərbaycanda sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyəti tətbiq ediləcək01.03.2026 - 18:30
İranda məktəbə hücum nəticəsində ölənlərin sayı 165-a çatıb01.03.2026 - 18:23
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Fevral ayının reytinq cədvəli açıqlanıb01.03.2026 - 18:15
Qazaxıstana 26 reys ləğv edilib01.03.2026 - 18:05