Pakistan Mühəndislik və Tətbiqi Elmlər İnstitutu 2026–2027-ci akademik ili üzrə xarici qadın tələbələr üçün təqaüd proqramı elan edir.
Elm və Təhsil üzrə Dövlət Agentliyindən “Tehsil365"ə bildirilib ki, proqram çərçivəsində namizədlərə magistratura və doktorantura səviyyələri üzrə nüvə mühəndisliyi, tibb, fizika, nüvə təbabəti, radiasiya elmləri, tibbi onkologiya və radiasiya fizikası ixtisaslarında təhsil almaq imkanı yaradılır. Təqaüd qeyd olunan sahələr üzrə ixtisaslaşmaq və beynəlxalq akademik mühitdə elmi fəaliyyət göstərmək istəyən qadın tədqiqatçılar üçün nəzərdə tutulub.
Proqrama aprelin 30-dək müraciət etmək olar. 2026-cı il müəyyən edilib. Təqaüd proqramının şərtləri, qəbul tələbləri və sənədləşmə prosesi barədə ətraflı məlumatla rəsmi elan vasitəsilə tanış olmaq mümkündür.

