Təhsil 365 - Logo Mobile

Patent müvəkkili olmaq istəyənlərin nəzərinə

9002.03.2026 - 11:10
Patent müvəkkili olmaq istəyənlərin nəzərinə

Patent müvəkkili statusu almaq istəyən şəxslərin sənəd qəbulu martın 11-dək davam edəcək.

Müraciət etmək üçün ərizə nümunəsi Əqli Mülkiyyət Agentliyinin copat.gov.az saytının “Patent müvəkkilləri” bölməsində yerləşdirilib. Ərizə Azərbaycan dilində doldurulmalı və tələb edilən sənədlər əlavə olunmaqla PDF fayl formasında Agentliyin [email protected] e-poçt ünvanına göndərilməlidir.

Agentlikdən “Tehsil365"ə bildirilib ki, attestasiyadan keçmək istəyənlər ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surətini, Azərbaycanda daimi yaşayış yeri haqqında arayışı, sənaye mülkiyyətinin mühafizəsi sahəsində xüsusi kursu bitirməyə dair sənədi (olduğu halda), sənaye mülkiyyətinin mühafizəsi sahəsində azı iki il stajın, yaxud hüququn tətbiqi və tədrisi sahəsində azı iki il stajın olması barədə arayışı və ya əmək kitabçasının surətini, şəxsiyyət vəsiqəsinin surətini, həmçinin attestasiya olunması üçün Nazirlər Kabinetinin 2019-cu il 27 may tarixli Qərarı ilə müəyyən edilmiş 20 manat məbləğində haqqın ödənilməsini təsdiqləyən sənədi və 4x6 ölçüdə 4 ədəd rəngli fotoşəkil təqdim etməlidirlər.

Attestasiya iki mərhələdən ibarətdir. Birinci mərhələdə namizədin sənaye mülkiyyəti obyektləri (ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici) və müəlliflik hüququ (kəsişmə hallarında) ilə bağlı Azərbaycanın normativ-hüquqi aktları, habelə qoşulduğu beynəlxalq sazişlər (müqavilələr) üzrə və sənaye mülkiyyəti obyektlərinə hüquqların mühafizəsinin Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələri üzrə tənzimlənməsinə dair biliklərinin yoxlanılması test üsulu ilə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq.

İkinci mərhələ Attestasiya Komissiyası tərəfindən müsahibə formasında keçiriləcək.

Bu barədə məlumatlar Agentliyin copat.gov.az saytının “Patent müvəkkilləri” bölməsində yerləşdirilmiş elanda göstərilib. “Yaddaş kitabçası”nın elektron versiyasını da “Patent müvəkkilləri” bölməsindən əldə etmək olar.

Patent müvəkkilliyinə namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalı, Azərbaycanda daimi yaşamalı və Azərbaycan dilini bilməlidir.

Əlavə məlumat almaq istəyənlər 960 - “Çağrı Mərkəzi”nə müraciət edə bilərlər.

Aydan Ələkbərova

Xəbər Lenti

Bu dəfə də saxta yumurta istehsal edirlər: Orijinaldan ayırd etmək olmur02.03.2026 - 16:30
"Samsung" ötən ay Azərbaycanın mobil cihaz bazarındakı payının 16 %-ni itirib02.03.2026 - 16:25
Bu gün və sabah geomaqnit sahəsi aktiv olacaq02.03.2026 - 16:15
Yeniyetmə ayaqda ağrıdan şikayət edirsə... - Valideynlərə xəbərdarlıq02.03.2026 - 16:10
Neft və Sənaye Universiteti Said Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində müsabiqə elan edir02.03.2026 - 16:00
"Qanlı Ay" hadisəsi nə zaman baş verəcək? - Tarix açıqlandı02.03.2026 - 15:50
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir02.03.2026 - 15:40
Ölçülən elm və real təsir: elmi inkişafın zənciri02.03.2026 - 15:30
Texas mətbuatı Xocalı soyqırımından yazdı02.03.2026 - 15:20
Nazir müavini: İstənilən mütəxəssis süni intellektlə işləməyi bacarmalıdır02.03.2026 - 15:11
Azərbaycan Mədəniyyəti Sosial Platforması Comelson İnnovasiya Forumunda uğurla iştirak etdi02.03.2026 - 15:00
BDU könüllüləri Birinci Türkoloji Qurultayın yubileyini simulyasiya konfransı ilə qeyd ediblər - FOTOLAR02.03.2026 - 14:55
“Yüksəliş” müsabiqəsinin qalibləri “Ədibin Evi”ndə: milli mətbuatın tarixinə nəzər. - FOTO02.03.2026 - 14:43
BDU tələbələrinə Con Hopkins Universitetinin PFA modeli tədris olunub - FOTO02.03.2026 - 14:32
“Dünya yaddaşı: Əlyazma irsi” – elmi seminar - FOTO02.03.2026 - 14:21
BDU-da Azərbaycanın orta əsr şəhərlərinin arxeoloji memarlığı tədqiq olunur - FOTO02.03.2026 - 14:10
BMU-nun magistrantları ikili diplom proqramı çərçivəsində təhsillərini Çində davam etdirəcəklər - FOTO02.03.2026 - 14:00
Professor Ahmet Taşağıl: Türk tarixini və mədəniyyətini gələcək nəsillərə ötürməliyik02.03.2026 - 13:48
Rəsədxana: Geomaqnit sahəsi aktiv olacaq - FOTO02.03.2026 - 13:37
Hülya Kasapoğlu-Çengel: 100 il əvvəl keçirilmiş Türkolojin Qurultayın əhəmiyyətini yenidən dərk edirik02.03.2026 - 13:28
BDU ilə Meksika universitetlərinin əməkdaşlığı genişləndirilir - FOTO02.03.2026 - 13:20
Azərbaycanda Məhtimqulu Fəraqi irsi yüksək səviyyədə araşdırılır02.03.2026 - 13:09
4SİM və AzTU rəqəmsal iqtisadiyyatın inkişafı üçün əməkdaşlığı genişləndirir - FOTO02.03.2026 - 12:59
Mərmərə Universitetinin dosenti: Türk dünyasının dil və ədəbiyyat sahəsində birlik təməli Türkoloji Qurultayla başladı02.03.2026 - 12:49
Ortaq türk əlifbasının yaradılması Birinci Türkoloji Qurultayın ideyalarının reallaşmasının göstəricisidir02.03.2026 - 12:37
“Azərbaycanda bərpaolunan enerji müəssisələrinin inkişafının stimullaşdırılması” monoqrafiyası çapdan çıxıb02.03.2026 - 12:30
BDU-da “planetlərin paradı”nın astronomik müşahidəsi təşkil ediləcək02.03.2026 - 12:19
Dillər Universitetində Çinin Bahar bayramları qeyd olunub02.03.2026 - 12:10
“Sahaya” - Birinci Türkoloji Qurultayın 100 illiyinə layiqli töhfə02.03.2026 - 12:00
BDU ilə Pekin Kimya Texnologiyaları Universiteti əməkdaşlıq edəcək02.03.2026 - 11:53
Folklor İnstitutunda tələbələrin elmi-tədqiqat təcrübəsi başlayıb - FOTO02.03.2026 - 11:40
Sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyi üzrə tədqiqatlar aparılıb - FOTO02.03.2026 - 11:31
Tarixi qoruqlarda elmi tədqiqatlara başlanılır02.03.2026 - 11:20
Pakistan Mühəndislik və Tətbiqi Elmlər İnstitutunda təqaüdlə təhsil imkanı02.03.2026 - 10:56
Elm və təhsil naziri Şuşada vətəndaşları qəbul edəcək02.03.2026 - 10:49
Yaxın müddətdə növbəti vakansiya seçiminə başlanacaq - Nurlan İsmayılbəyli02.03.2026 - 10:41
AzMİU və Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlıq edəcək02.03.2026 - 10:35
BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir02.03.2026 - 10:28
Bu məktəbin şagirdi vəfat etdi02.03.2026 - 10:20
Paytaxt məktəblərində Ümumdünya Mülki Müdafiə Günü02.03.2026 - 10:11
"İmtahan stressi: əsas risk amili"02.03.2026 - 10:00
“Rəsm mənə hisslərimi ifadə etməyə kömək edir” - Yusif Quliyev 02.03.2026 - 09:55
Damarlar üçün faydalı olan məhsullar02.03.2026 - 09:48
MDU-da regionda ilk dəfə irihəcmli ingilis dili olimpiadası keçirilir02.03.2026 - 09:41
Ürək sağlamlığı üçün ən faydalı tərəvəz02.03.2026 - 09:30
Saat 19:00-dan sonra yemək ürəyə ciddi ziyan vurur02.03.2026 - 09:20
Gənc mütəxəssisləri süni intellektlə əvəzləməyə çalışan şirkətlərə böhran xəbərdarlığı02.03.2026 - 09:10