Təhsil 365 - Logo Mobile

BDU könüllüləri Birinci Türkoloji Qurultayın yubileyini simulyasiya konfransı ilə qeyd ediblər - FOTOLAR

7002.03.2026 - 14:55
BDU könüllüləri Birinci Türkoloji Qurultayın yubileyini simulyasiya konfransı ilə qeyd ediblər - FOTOLAR

Bakı Dövlət Universitetinin (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş simulyasiya konfransı keçirilib.

Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib.

Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev Birinci Türkoloji Qurultayın keçirilməsinin Türk dünyasının elmi və mədəni inteqrasiyası baxımından mühüm hadisə olduğunu qeyd edib. Bu təşəbbüsün türk dili, ədəbiyyatı, ortaq mədəni dəyərlərinin qorunması və təbliği istiqamətində xüsusi rol oynadığını deyib: “Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bu il Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin ölkə miqyasında keçirilməsi və gənclərin bu prosesdə fəal iştirakı çox vacibdir. Çünki 100 il əvvəl həmin qurultayda qarşıya qoyulan məqsədlər bu gün də aktualdır. Onların müasir tələblərə uyğunlaşdırılması, Türk dünyasının birliyi üçün icrasının təmini gənclərin əlindədir. İnanıram ki, simulyasiya konfransının təşəbbüskarı olan gənclər öz araşdırmaları ilə Türk dünyasının birliyinə töhfə verəcəklər”.

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov I Türkoloji Qurultayda iştirak edən ictimai xadimlər, qurultayın çağırılması, müzakirə olunan məsələlər, ortaq əlifba məsələsi, ərəb və latın qrafikalarının müqayisəsindən danışıb. Bildirib ki, yüz il əvvəlki məsələlər müasir şəraitdə uğurla gerçəkləşdirilir.

“BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov simulyasiya konfransının qaydalarını iştirakçıların diqqətinə çatdırıb və tələbələrin suallarını cavablandırıb.

Simulyasiyanın ilk sessiyasında iştirakçılara çıxış üçün müəyyən vaxt verilib. Hər bir çıxışçı öz mövqeyini ifadə edib. Konfransın davamında moderatorsuz sessiya keçirilib, ardınca ortaq sənəd qəbul edilib.

Konfransın sonunda fərqlənən gənclər təşəkkürnamə ilə təltif olunublar.

Simulyasiya konfransında 20-yə yaxın könüllü təşkilatının üzvü, 10-dan çox universitetdən tələbələr iştirak ediblər.

Aydan Ələkbərova

Xəbər Lenti

"Samsung" ötən ay Azərbaycanın mobil cihaz bazarındakı payının 16 %-ni itirib02.03.2026 - 16:25
Bu gün və sabah geomaqnit sahəsi aktiv olacaq02.03.2026 - 16:15
Yeniyetmə ayaqda ağrıdan şikayət edirsə... - Valideynlərə xəbərdarlıq02.03.2026 - 16:10
Neft və Sənaye Universiteti Said Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində müsabiqə elan edir02.03.2026 - 16:00
"Qanlı Ay" hadisəsi nə zaman baş verəcək? - Tarix açıqlandı02.03.2026 - 15:50
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir02.03.2026 - 15:40
Ölçülən elm və real təsir: elmi inkişafın zənciri02.03.2026 - 15:30
Texas mətbuatı Xocalı soyqırımından yazdı02.03.2026 - 15:20
Nazir müavini: İstənilən mütəxəssis süni intellektlə işləməyi bacarmalıdır02.03.2026 - 15:11
Azərbaycan Mədəniyyəti Sosial Platforması Comelson İnnovasiya Forumunda uğurla iştirak etdi02.03.2026 - 15:00
“Yüksəliş” müsabiqəsinin qalibləri “Ədibin Evi”ndə: milli mətbuatın tarixinə nəzər. - FOTO02.03.2026 - 14:43
BDU tələbələrinə Con Hopkins Universitetinin PFA modeli tədris olunub - FOTO02.03.2026 - 14:32
“Dünya yaddaşı: Əlyazma irsi” – elmi seminar - FOTO02.03.2026 - 14:21
BDU-da Azərbaycanın orta əsr şəhərlərinin arxeoloji memarlığı tədqiq olunur - FOTO02.03.2026 - 14:10
BMU-nun magistrantları ikili diplom proqramı çərçivəsində təhsillərini Çində davam etdirəcəklər - FOTO02.03.2026 - 14:00
Professor Ahmet Taşağıl: Türk tarixini və mədəniyyətini gələcək nəsillərə ötürməliyik02.03.2026 - 13:48
Rəsədxana: Geomaqnit sahəsi aktiv olacaq - FOTO02.03.2026 - 13:37
Hülya Kasapoğlu-Çengel: 100 il əvvəl keçirilmiş Türkolojin Qurultayın əhəmiyyətini yenidən dərk edirik02.03.2026 - 13:28
BDU ilə Meksika universitetlərinin əməkdaşlığı genişləndirilir - FOTO02.03.2026 - 13:20
Azərbaycanda Məhtimqulu Fəraqi irsi yüksək səviyyədə araşdırılır02.03.2026 - 13:09
4SİM və AzTU rəqəmsal iqtisadiyyatın inkişafı üçün əməkdaşlığı genişləndirir - FOTO02.03.2026 - 12:59
Mərmərə Universitetinin dosenti: Türk dünyasının dil və ədəbiyyat sahəsində birlik təməli Türkoloji Qurultayla başladı02.03.2026 - 12:49
Ortaq türk əlifbasının yaradılması Birinci Türkoloji Qurultayın ideyalarının reallaşmasının göstəricisidir02.03.2026 - 12:37
“Azərbaycanda bərpaolunan enerji müəssisələrinin inkişafının stimullaşdırılması” monoqrafiyası çapdan çıxıb02.03.2026 - 12:30
BDU-da “planetlərin paradı”nın astronomik müşahidəsi təşkil ediləcək02.03.2026 - 12:19
Dillər Universitetində Çinin Bahar bayramları qeyd olunub02.03.2026 - 12:10
“Sahaya” - Birinci Türkoloji Qurultayın 100 illiyinə layiqli töhfə02.03.2026 - 12:00
BDU ilə Pekin Kimya Texnologiyaları Universiteti əməkdaşlıq edəcək02.03.2026 - 11:53
Folklor İnstitutunda tələbələrin elmi-tədqiqat təcrübəsi başlayıb - FOTO02.03.2026 - 11:40
Sahibkarlığa yönəldilmiş dövlət investisiyalarının səmərəliliyi üzrə tədqiqatlar aparılıb - FOTO02.03.2026 - 11:31
Tarixi qoruqlarda elmi tədqiqatlara başlanılır02.03.2026 - 11:20
Patent müvəkkili olmaq istəyənlərin nəzərinə02.03.2026 - 11:10
Pakistan Mühəndislik və Tətbiqi Elmlər İnstitutunda təqaüdlə təhsil imkanı02.03.2026 - 10:56
Elm və təhsil naziri Şuşada vətəndaşları qəbul edəcək02.03.2026 - 10:49
Yaxın müddətdə növbəti vakansiya seçiminə başlanacaq - Nurlan İsmayılbəyli02.03.2026 - 10:41
AzMİU və Neft-Kimya Prosesləri İnstitutu əməkdaşlıq edəcək02.03.2026 - 10:35
BDU tələbələrinin nalayiq formada paylaşılması davam edir02.03.2026 - 10:28
Bu məktəbin şagirdi vəfat etdi02.03.2026 - 10:20
Paytaxt məktəblərində Ümumdünya Mülki Müdafiə Günü02.03.2026 - 10:11
"İmtahan stressi: əsas risk amili"02.03.2026 - 10:00
“Rəsm mənə hisslərimi ifadə etməyə kömək edir” - Yusif Quliyev 02.03.2026 - 09:55
Damarlar üçün faydalı olan məhsullar02.03.2026 - 09:48
MDU-da regionda ilk dəfə irihəcmli ingilis dili olimpiadası keçirilir02.03.2026 - 09:41
Ürək sağlamlığı üçün ən faydalı tərəvəz02.03.2026 - 09:30
Saat 19:00-dan sonra yemək ürəyə ciddi ziyan vurur02.03.2026 - 09:20
Gənc mütəxəssisləri süni intellektlə əvəzləməyə çalışan şirkətlərə böhran xəbərdarlığı02.03.2026 - 09:10
Mədə xərçəngi riskini artıran amillər nələrdir?02.03.2026 - 09:00