Təhsil 365 - Logo Mobile

Ölçülən elm və real təsir: elmi inkişafın zənciri

9202.03.2026 - 15:30
Ölçülən elm və real təsir: elmi inkişafın zənciri

Müasir dövrdə elm yalnız bilik istehsalı prosesi deyil, həm də ölçülən fəaliyyətə çevrilib.

Statistik göstəricilər, indekslər, sitatlar və reytinqlər elmi həyatın yeni dilini formalaşdırır. “Web of Science” və “Scopus” kimi platformalar elmi araşdırmanın tanınma dairəsini genişləndirərək onu beynəlxalq dövriyyəyə daxil edir, universitetləri və tədqiqatçıları vahid qiymətləndirmə məkanına gətirir. Azərbaycan elmi də bu ölçülmə dövrünə daxil olub; nəşrlərin sayı artıb, beynəlxalq jurnallarda iştirak genişlənib, elmi fəaliyyət daha şəffaf və hesabatlı görünməyə başlayıb. Bu, şübhəsiz ki, institusional modernləşmənin vacib mərhələsidir. Bu kontekstdə Prezident İlham Əliyevin vurğuladığı kimi, elmin əsas dəyəri onun praktik nəticələrindədir: elmi fəaliyyət yalnız akademik mətnlərlə məhdudlaşmamalı, iqtisadiyyatın və cəmiyyətin inkişafına real töhfə verməlidir. Bu yanaşma elm, dövlət və iqtisadiyyat arasında yüksəksəviyyəli əlaqələndirmənin zəruriliyini önə çəkir.

“Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki ,bu fikirlər iqtisad elmləri doktoru, İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, professor Zahid Məmmədovun təqdim etdiyi “Ölçülən elm və real təsir: elmi inkişafın zənciri” sərlövhəli məqalədə yer alıb.

Həqiqətən də əgər elmi nəticə texnologiyaya, innovasiyaya, idarəetmə qərarlarına və sosial dəyişikliklərə çevrilmirsə, elm rəqəmlərdə böyüyə bilər, lakin reallıqda genişlənməz. Bu baxımdan elmi inkişafın əsas zənciri belə formalaşır: nəşr → bilik → texnologiya → siyasət → cəmiyyət

Bu zəncir elmin tam həyat dövrünü ifadə edir və nəşri son nəticə deyil, başlanğıc mərhələsi kimi anlamağı tələb edir.Nəşr. Elmi məqalə yeni ideyanın, metodun və ya nəticənin sənədləşdirilməsidir. Nəşr elmi nəticəni legitimləşdirir, onu qlobal dövriyyəyə daxil edir və digər tədqiqatlar üçün baza yaradır. Lakin nəşr hələ dəyişiklik deyil - bu, biliyin qeydiyyatıdır.

Bilik. Nəşr edilmiş nəticələr təkrarlandıqda, müqayisə edildikdə və nəzəri sistemə daxil olduqda bilik formalaşır. Bu mərhələdə elmi məktəblər yaranır, metodlar sabitləşir, problemlərin izah modelləri qurulur. Məlumat sistemləşmiş anlayışa çevrilir.

Texnologiya. Bilik praktik həll yaratdıqda texnologiya mərhələsi başlayır. Bu, məhsul, alqoritm, proqram, istehsal üsulu və ya idarəetmə modeli ola bilər. Patentlər, startaplar və prototiplər bu mərhələnin əsas nəticələridir. Elm ilk dəfə iqtisadi dəyər qazanır.

Siyasət. Bilik və texnologiya qərarverməyə daxil olduqda elm idarəetmə resursuna çevrilir. Dövlət proqramlarının yenilənməsi, normativ sənədlərin dəyişməsi, sektor strategiyalarının formalaşması və sübutəsaslı qərar mexanizmlərinin qurulması bu mərhələnin göstəriciləridir. Bu, sübutlara əsaslanan siyasət (“evidence-based policy”) mərhələsidir.

Cəmiyyət. Son mərhələ elmin insan həyatına real təsiridir. Xidmət keyfiyyətinin artması, rifahın yüksəlməsi, təhlükəsizliyin güclənməsi, iqtisadi məhsuldarlığın artması və mədəni dəyişikliklər bu təsirin görünən formalarıdır. Bu mərhələdə elm abstrakt fəaliyyət deyil, ictimai institut kimi fəaliyyət göstərir.

Bu zəncir elmin inkişaf modelini müəyyən edir. Müasir universitetlərin və akademiyaların əsas vəzifəsi məqalə sayını artırmaq deyil, bu zənciri qurmaqdır. Çünki nəşr elmin başlanğıcıdır, təsir isə onun məqsədidir”, - deyə professor Zahid Məmmədov vurğulayıb.

Mehriban İbadova

Xəbər Lenti

Nevroloq Röyanə Quluzadə: “Sinir sisteminin sağlamlığı gündəlik vərdişlərdən başlayır”02.03.2026 - 18:35
DİM TOEFL iBT imtahanı keçirəcək02.03.2026 - 18:30
Dünya çempionu Hacı Əliyev “Məktəbdə...” layihəsinin qonağı olub02.03.2026 - 18:21
İmmunitet zəifliyini necə bilmək olar? - Nazirliyin mütəxəssisi AÇIQLADI02.03.2026 - 18:20
Fevralda BŞTİ-yə minə yaxın müraciət daxil olub02.03.2026 - 18:15
Azərbaycan və Suriya peşə təhsilində əməkdaşlığı genişləndirir02.03.2026 - 18:08
Abituriyentlərin DİQQƏTİNƏ! - DİM imtahanla bağlı vacib qaydaları AÇIQLADI02.03.2026 - 18:05
Tibbi sığortaya dair qanunda dəyişikliyin MAHİYYƏTİ AÇIQLANDI02.03.2026 - 18:00
ADNSU əməkdaşlıq əlaqələrini gücləndirir02.03.2026 - 17:56
Politoloq Əziz Əzizbəyli: “Dezinformasiyanı ayırd etmək üçün mənbəyə və təqdimat formasına diqqət etmək lazımdır”02.03.2026 - 17:53
Ötən ay Elm və Təhsil Nazirliyinə 19 006 vətəndaş müraciəti olub02.03.2026 - 17:50
İranda məktəblər distant təhsilə keçirildi02.03.2026 - 17:50
FHN Humanitar Kollecdə təlim keçirib02.03.2026 - 17:40
Milli Qəhrəmana həsr olunan mahnı: “Hökumə – Səma ulduzu”02.03.2026 - 17:40
Rəsul Rzanın ev-muzeyində 5 mindən çox eksponat mühafizə olunur02.03.2026 - 17:33
“Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib – Nələr gözlənilir?02.03.2026 - 17:30
Azərbaycan Qırğızıstanda keçiriləcək beynəlxalq forumda təmsil olunacaq02.03.2026 - 17:28
Türk Mədəniyyəti və İrsi Fondunun maarifçilik yolunda daha bir uğurlu addımı02.03.2026 - 17:22
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınıb02.03.2026 - 17:20
Misirli jurnalistlər WUF13-ün işıqlandırılmasında yaxından iştiraka dəvət edilib02.03.2026 - 17:15
58 ildən sonra 83 yaşında magistr dərəcəsi aldı 02.03.2026 - 17:13
Ay Yerdən uzaqlaşır və günün uzunluğunu dəyişir02.03.2026 - 17:10
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb02.03.2026 - 17:10
Abşeron yarımadasında mühəndis-geoloji şəraitin seysmikliyə təsiri – elmi seminar02.03.2026 - 17:08
“Məktəbəqədər təhsilin əsas prioritetləri nələr olmalıdır?” – Ekspert açıqladı02.03.2026 - 17:05
Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" tamaşasının nümayişində iştirak edib02.03.2026 - 17:00
RFO-nun yarımfinalı yekunlaşdı: Hansı region daha aktivdir?02.03.2026 - 16:55
Hansı qidalar daha faydalıdır?02.03.2026 - 16:50
Bazarda ən yaxşı batareya ömrü olan smartfon: iPhone 17 Pro Max-ı məhv etdi02.03.2026 - 16:45
Sabah yağış yağacaq - PROQNOZ02.03.2026 - 16:40
Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" tamaşasının nümayişində iştirak edib02.03.2026 - 16:35
Bu dəfə də saxta yumurta istehsal edirlər: Orijinaldan ayırd etmək olmur02.03.2026 - 16:30
"Samsung" ötən ay Azərbaycanın mobil cihaz bazarındakı payının 16 %-ni itirib02.03.2026 - 16:25
Bu gün və sabah geomaqnit sahəsi aktiv olacaq02.03.2026 - 16:15
Yeniyetmə ayaqda ağrıdan şikayət edirsə... - Valideynlərə xəbərdarlıq02.03.2026 - 16:10
Neft və Sənaye Universiteti Said Biznes Məktəbi ilə əməkdaşlıq çərçivəsində müsabiqə elan edir02.03.2026 - 16:00
"Qanlı Ay" hadisəsi nə zaman baş verəcək? - Tarix açıqlandı02.03.2026 - 15:50
Bakcell müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir02.03.2026 - 15:40
Texas mətbuatı Xocalı soyqırımından yazdı02.03.2026 - 15:20
Nazir müavini: İstənilən mütəxəssis süni intellektlə işləməyi bacarmalıdır02.03.2026 - 15:11
Azərbaycan Mədəniyyəti Sosial Platforması Comelson İnnovasiya Forumunda uğurla iştirak etdi02.03.2026 - 15:00
BDU könüllüləri Birinci Türkoloji Qurultayın yubileyini simulyasiya konfransı ilə qeyd ediblər - FOTOLAR02.03.2026 - 14:55
“Yüksəliş” müsabiqəsinin qalibləri “Ədibin Evi”ndə: milli mətbuatın tarixinə nəzər. - FOTO02.03.2026 - 14:43
BDU tələbələrinə Con Hopkins Universitetinin PFA modeli tədris olunub - FOTO02.03.2026 - 14:32
“Dünya yaddaşı: Əlyazma irsi” – elmi seminar - FOTO02.03.2026 - 14:21
BDU-da Azərbaycanın orta əsr şəhərlərinin arxeoloji memarlığı tədqiq olunur - FOTO02.03.2026 - 14:10
BMU-nun magistrantları ikili diplom proqramı çərçivəsində təhsillərini Çində davam etdirəcəklər - FOTO02.03.2026 - 14:00