Təhsil 365 - Logo Mobile

Misirli jurnalistlər WUF13-ün işıqlandırılmasında yaxından iştiraka dəvət edilib

7202.03.2026 - 17:15
Misirli jurnalistlər WUF13-ün işıqlandırılmasında yaxından iştiraka dəvət edilib

Misirli jurnalistlər mayın 17-dən 22-dək Bakıda “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” devizi altında keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun işıqlandırılmasında yaxından iştiraka dəvət edilib.

“Tehsil365" xəbər verir ki, bu, Ramazan ayı münasibətilə Azərbaycanın Qahirədəki səfirliyinin təşkil etdiyi iftar süfrəsi ətrafında Misirin aparıcı media nümayəndələri ilə keçirilən görüşdə səsləndirilib.

Səfir Elxan Poluxov Misir və Azərbaycan arasında tarixən mövcud mədəni bağlar və bu gün inkişaf edən siyasi əlaqələr barədə danışıb. Media təmsilçilərinin xalqların bir-birinə daha da yaxınlaşmasında, mədəni irsin təbliğində rolunu vurğulayıb. Regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində beynəlxalq səylərə toxunan diplomat Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq sülh təşəbbüslərinin gücləndirilməsi və reallaşdırılması çərçivəsində fəaliyyəti barədə danışıb.

Eyni zamanda, Misir mediasının Azərbaycanla bağlı fəaliyyətləri daim diqqətdə saxladığı bildirilib. Qeyd olunub ki, 1993-cü il fevralın 26-da erməni silahlıları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımının 34-cü ildönümü, eləcə də 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə yerli mediada silsilə yazılar dərc olunur.

Vurğulanıb ki, Azərbaycan dayanıqlı şəhərsalma və urbanizasiya sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir. Bu baxımdan Misirin Ümumdünya Şəhərsalma Forumunda fəal iştirakına ümid edilir.

Tədbirdə, həmçinin Azərbaycan və Misirdə Ramazan ənənələri barədə fikir mübadiləsi aparılıb. Bu mübarək ayın birlik, dözümlülük və xeyirxah dəyərləri təcəssüm etdirdiyi qeyd edilib. Misir xalqına bu mübarək ay münasibətilə sabitlik və rifah arzulanıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

Naxçıvanda 17 yeni STEAM otağı yaradılıb rn 02.03.2026 - 19:56
Dünyanın ən qədim mağara rəsmləri tapıldı: 67.000 il yaşı var02.03.2026 - 19:50
"Grok" səsinizi kopiyalayacaq: "iOS" üçün yeni funksiya üzə çıxdı02.03.2026 - 19:44
İranda məktəblər distant təhsilə keçirildi02.03.2026 - 19:40
Alimlərdən xəbərdarlıq: Süni intellekt sürətlə inkişaf edir, amma risklər artır02.03.2026 - 19:35
Dubay aeroportu günün ilk reysini həyata keçirib02.03.2026 - 19:30
Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Pakistanda nəşr olunub02.03.2026 - 19:24
25 ölkədən 300-dən çox tədqiqatçı MDU-da keçirilən elmi platformada bir araya gəlib02.03.2026 - 19:18
Məşhur türk aktyoru Akademik Milli Dram Teatrının dəvəti ilə Bakıya gəlir02.03.2026 - 19:12
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib02.03.2026 - 19:05
Güclü geomaqnit qasırğası gəlir - Bu tarixlərdə02.03.2026 - 19:00
Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək02.03.2026 - 18:52
Sabah bəzi yerlərdə 15 dərəcə şaxta olacaq02.03.2026 - 18:46
Fənn Olimpiadalarının 7 fənn üzrə yarımfinal turu keçirilib02.03.2026 - 18:40
Nevroloq Röyanə Quluzadə: “Sinir sisteminin sağlamlığı gündəlik vərdişlərdən başlayır”02.03.2026 - 18:35
DİM TOEFL iBT imtahanı keçirəcək02.03.2026 - 18:30
Dünya çempionu Hacı Əliyev “Məktəbdə...” layihəsinin qonağı olub02.03.2026 - 18:21
İmmunitet zəifliyini necə bilmək olar? - Nazirliyin mütəxəssisi AÇIQLADI02.03.2026 - 18:20
Fevralda BŞTİ-yə minə yaxın müraciət daxil olub02.03.2026 - 18:15
Azərbaycan və Suriya peşə təhsilində əməkdaşlığı genişləndirir02.03.2026 - 18:08
Abituriyentlərin DİQQƏTİNƏ! - DİM imtahanla bağlı vacib qaydaları AÇIQLADI02.03.2026 - 18:05
Tibbi sığortaya dair qanunda dəyişikliyin MAHİYYƏTİ AÇIQLANDI02.03.2026 - 18:00
ADNSU əməkdaşlıq əlaqələrini gücləndirir02.03.2026 - 17:56
Politoloq Əziz Əzizbəyli: “Dezinformasiyanı ayırd etmək üçün mənbəyə və təqdimat formasına diqqət etmək lazımdır”02.03.2026 - 17:53
Ötən ay Elm və Təhsil Nazirliyinə 19 006 vətəndaş müraciəti olub02.03.2026 - 17:50
İranda məktəblər distant təhsilə keçirildi02.03.2026 - 17:50
Milli Qəhrəmana həsr olunan mahnı: “Hökumə – Səma ulduzu”02.03.2026 - 17:40
FHN Humanitar Kollecdə təlim keçirib02.03.2026 - 17:40
Rəsul Rzanın ev-muzeyində 5 mindən çox eksponat mühafizə olunur02.03.2026 - 17:33
“Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib – Nələr gözlənilir?02.03.2026 - 17:30
Azərbaycan Qırğızıstanda keçiriləcək beynəlxalq forumda təmsil olunacaq02.03.2026 - 17:28
Türk Mədəniyyəti və İrsi Fondunun maarifçilik yolunda daha bir uğurlu addımı02.03.2026 - 17:22
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınıb02.03.2026 - 17:20
58 ildən sonra 83 yaşında magistr dərəcəsi aldı 02.03.2026 - 17:13
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb02.03.2026 - 17:10
Ay Yerdən uzaqlaşır və günün uzunluğunu dəyişir02.03.2026 - 17:10
Abşeron yarımadasında mühəndis-geoloji şəraitin seysmikliyə təsiri – elmi seminar02.03.2026 - 17:08
“Məktəbəqədər təhsilin əsas prioritetləri nələr olmalıdır?” – Ekspert açıqladı02.03.2026 - 17:05
Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" tamaşasının nümayişində iştirak edib02.03.2026 - 17:00
RFO-nun yarımfinalı yekunlaşdı: Hansı region daha aktivdir?02.03.2026 - 16:55
Hansı qidalar daha faydalıdır?02.03.2026 - 16:50
Bazarda ən yaxşı batareya ömrü olan smartfon: iPhone 17 Pro Max-ı məhv etdi02.03.2026 - 16:45
Sabah yağış yağacaq - PROQNOZ02.03.2026 - 16:40
Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" tamaşasının nümayişində iştirak edib02.03.2026 - 16:35
Bu dəfə də saxta yumurta istehsal edirlər: Orijinaldan ayırd etmək olmur02.03.2026 - 16:30
"Samsung" ötən ay Azərbaycanın mobil cihaz bazarındakı payının 16 %-ni itirib02.03.2026 - 16:25
Bu gün və sabah geomaqnit sahəsi aktiv olacaq02.03.2026 - 16:15