Uzunömürlülük üzrə mütəxəssis Den Bütner bildirib ki, ət istehlakı uzunömürlü olma şansını azalda bilər.
“Tehsil365” xəbər verir ki, onun sözlərini "El Confidencial" nəşri yayıb.
Onun sözlərinə görə, sağlam və uzun ömürlə bağlı aparılan tədqiqatlarda ən çox rast gəlinən tövsiyələrdən biri ət istehlakını azaltmaqdır. O qeyd edib ki, uzunömürlülərin çox yaşadığı “mavi zonalar”da insanlar əti rasiondan tam çıxarmırlar, lakin onu cəmi həftədə bir dəfə yeyirlər.
Mütəxəssis vurğulayıb ki, uzun yaşamaq üçün mütləq vegetarian olmaq lazım deyil. Lakin qidalanmada əsas üstünlük mərcimək və noxud kimi məhsullarda olan bitki mənşəli zülala verilməlidir. Bütner həmçinin sağlamlıq üçün faydalı digər məhsullar kimi qoz-fındıq, tərəvəzlər və tam taxılları da qeyd edib.

