Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Manas Qırğız-Türk Universitetində olub, təşkilat tərəfindən nəşr edilən kitabları Universitetin kitabxanasına təqdim edib.
Fonddan “Tehsil365"ə bildirilib ki, səfər çərçivəsində Fondun prezidenti professor Aktotı Raimkulova, Universitetin rektoru professor Alpaslan Ceylan və rektorun müavini professor Almaz İbraev ilə görüş keçirib.
Görüş zamanı Türk dünyasının ortaq mədəni və elmi irsinin qorunması və təbliği istiqamətində ali təhsil müəssisələri ilə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, bu nəşrlər tələbə və tədqiqatçılar üçün mühüm elmi mənbə rolunu oynayacaq, Türk dünyası ilə bağlı araşdırmaların genişlənməsinə töhfə verəcək.
Sonda tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyini ifadə ediblər.

