Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək.
Bu barədə ""Tehsil365"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, nazir Adil Kərimli Hacıqabuldakı Heydər Əliyev Mərkəzində Hacıqabul, Şirvan, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək. Vətəndaşlar 2026-cı il martın 10-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

