Təhsil 365 - Logo Mobile

“Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib – Nələr gözlənilir?

7502.03.2026 - 17:30
“Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib – Nələr gözlənilir?

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 11 fevral 2026-cı ildə keçirilmiş müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul edilib.

Tehsil365” xəbər verir ki, dövlət başçısının Fərmanı ilə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritetlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın və rəqəmsal suverenliyin möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın yaradılması bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsini, həmçinin innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsini təmin edəcəkdir. Eyni zamanda, müşavirədə müəyyən edilmiş prioritetlərə uyğun olaraq “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Bu strateji sənəd yaxın üç il ərzində ölkənin texnoloji mənzərəsini dəyişdirəcək kompleks tədbirləri və strateji hədəfləri özündə birləşdirir. Eyni zamanda, dövlət idarəetməsinin optimallaşdırılması, beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yüksəldilməsi və iqtisadiyyatın rəqəmsal sektorunun ÜDM-də payının artırılması əsas hədəflər kimi müəyyən edilib.

İdarəetmə sahəsində effektivliyin artırılması və strateji hədəflərin icrası məqsədilə Fəaliyyət Planı çərçivəsində aydın institusional məsuliyyət mexanizmi formalaşdırılıb. Bu məqsədlə hər bir dövlət orqanında (qurumunda) rəhbər müavini səviyyəsində rəqəmsallaşma, innovasiya, süni intellekt və kibertəhlükəsizliyə birbaşa cavabdeh məsul şəxsin təyin edilməsi qərara alınıb. Həmçinin, dövlət orqanlarının (qurumlarının) rəqəmsal inkişaf xərclərinin vahid mərkəzdən razılaşdırılması mexanizminin qurulması ilə dövlət investisiyalarının effektivliyinin artırılması və rəqəmsal layihələrin vahid arxitekturaya tam uyğunluğunun təmin edilməsi hədəflənir.

Rəqəmsal inkişafın əsas yeniliklərindən biri dövlət xidmətlərinin təqdim edilməsində pərakəndəliyin aradan qaldırılması və vahid mərkəzləşdirilmiş sistemə keçiddir. Belə ki, bütün rəqəmsal dövlət xidmətləri, o cümlədən sənədlər yalnız “mygov” və “mygov Biznes” platformaları vasitəsilə vətəndaşlara və sahibkarlara təqdim olunacaq. Ayrı-ayrı qurumların fərdi portal və mobil tətbiqləri ləğv edilərək vahid ekosistemdə birləşdiriləcək ki, bu da xidmət keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Plan mövcud xidmətlərin rəqəmsallaşdırılması ilə yanaşı, proaktiv modelə keçidi də nəzərdə tutur. Bu yanaşmaya əsasən, bəzi xidmətlər vətəndaşın əlavə müraciəti olmadan, sistem inteqrasiyası və məlumat mübadiləsi əsasında avtomatik təqdim ediləcək. “Yalnız bir dəfə” prinsipinin tətbiqi isə təkrar sənəd tələbini minimallaşdırmaqla bürokratik maneələri aradan qaldıracaq. Eyni zamanda, “dövlət məlumat hövzəsi”nin yaradılması və müxtəlif informasiya resurslarının ora inteqrasiyası məlumatların dürüstlüyünü, tamlığını və dəqiqliyini təmin edəcək.

Digər mühüm istiqamət innovasiya ekosisteminin maliyyə dayanıqlığının gücləndirilməsi və İKT ixracının artırılmasıdır. Bu çərçivədə vençur maliyyələşdirilməsi, kraudfandinq və “mələk investorlar” institutunun hüquqi bazasının formalaşdırılması, həmçinin yerli və beynəlxalq vençur kapitalı fondlarının iştirakı ilə “Fondlar Fondu”nun yaradılması nəzərdə tutulur. Yerli innovativ məhsulların dövlət satınalmalarında dəstəklənməsi və açıq məlumatların API-lər vasitəsilə biznes və startaplar üçün əlçatan olması planlaşdırılır. Qlobal istedadların cəlbi üçün “rəqəmsal səyyah” və “rəqəmsal istedad” vizalarının tətbiqi, eləcə də frilanserlər üçün vergi güzəştləri Azərbaycanın regional texnologiya mərkəzi kimi mövqeyini gücləndirəcək.

Müasir texnologiyaların, xüsusilə süni intellektin dövlət və cəmiyyət həyatına inteqrasiyası da əsas prioritetlərdəndir. Bu istiqamətdə yüksəksəviyyəli hesablama infrastrukturunun qurulması və xidmətlərin süni intellekt əsaslı həllərlə təkmilləşdirilməsi nəzərdə tutulur. Vətəndaşlara 24/7 rejimində xidmət göstərəcək virtual köməkçilərin tətbiqi genişləndiriləcək, “Tənzimləyici Test Mühiti”ndə uğurla sınaqdan keçmiş süni intellekt həllərinin ölkə miqyasında tətbiqi üçün hüquqi baza formalaşdırılacaq və uğurlu modellərin dövlət xidmətlərinə tam inteqrasiyası təmin ediləcəkdir.

Rəqəmsal mühitdə kibertəhlükəsizliyin təmin edilməsi üçün milli kibertəhlükəsizlik ekosistemi də gücləndiriləcək. Kiberhücumlara qarşı dayanıqlı müdafiə, onların nəticələrinin təhqiqatı və aradan qaldırılması fəaliyyətinin koordinasiyası üçün Milli Təhlükəsizlik Əməliyyatları, Milli Kiberinsidentlərə qarşı Mübarizə və rəqəmsal sahədə təhqiqat fəaliyyəti üzrə ixtisaslaşmış mərkəzlərin yaradılması planlaşdırılır. Bütün dövlət xidmətlərinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası və dövlət informasiya ehtiyatlarının və sistemlərinin “Hökumət buludu”na keçidinin yekunlaşdırılması informasiya təhlükəsizliyini, o cümlədən kibertəhlükəsizliyi artıracaq. Bu yanaşma Azərbaycanın dövlət idarəçiliyi və iqtisadi modelində tam rəqəmsal transformasiyanın yeni mərhələsini əks etdirir.

Qeyd edək ki, Fəaliyyət Planı İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Strategiya, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılıb və bu sənədlərdə müəyyən edilmiş məqsədlərin icrasını təmin edən konkret tədbirləri birləşdirir. Beləliklə, strateji baxış, prioritetlər və icra mexanizmləri vahid idarəetmə modelində cəmlənir.

Fatimə Cəfərzadə

Xəbər Lenti

Naxçıvanda 17 yeni STEAM otağı yaradılıb rn 02.03.2026 - 19:56
Dünyanın ən qədim mağara rəsmləri tapıldı: 67.000 il yaşı var02.03.2026 - 19:50
"Grok" səsinizi kopiyalayacaq: "iOS" üçün yeni funksiya üzə çıxdı02.03.2026 - 19:44
İranda məktəblər distant təhsilə keçirildi02.03.2026 - 19:40
Alimlərdən xəbərdarlıq: Süni intellekt sürətlə inkişaf edir, amma risklər artır02.03.2026 - 19:35
Dubay aeroportu günün ilk reysini həyata keçirib02.03.2026 - 19:30
Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Pakistanda nəşr olunub02.03.2026 - 19:24
25 ölkədən 300-dən çox tədqiqatçı MDU-da keçirilən elmi platformada bir araya gəlib02.03.2026 - 19:18
Məşhur türk aktyoru Akademik Milli Dram Teatrının dəvəti ilə Bakıya gəlir02.03.2026 - 19:12
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib02.03.2026 - 19:05
Güclü geomaqnit qasırğası gəlir - Bu tarixlərdə02.03.2026 - 19:00
Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək02.03.2026 - 18:52
Sabah bəzi yerlərdə 15 dərəcə şaxta olacaq02.03.2026 - 18:46
Fənn Olimpiadalarının 7 fənn üzrə yarımfinal turu keçirilib02.03.2026 - 18:40
Nevroloq Röyanə Quluzadə: “Sinir sisteminin sağlamlığı gündəlik vərdişlərdən başlayır”02.03.2026 - 18:35
DİM TOEFL iBT imtahanı keçirəcək02.03.2026 - 18:30
Dünya çempionu Hacı Əliyev “Məktəbdə...” layihəsinin qonağı olub02.03.2026 - 18:21
İmmunitet zəifliyini necə bilmək olar? - Nazirliyin mütəxəssisi AÇIQLADI02.03.2026 - 18:20
Fevralda BŞTİ-yə minə yaxın müraciət daxil olub02.03.2026 - 18:15
Azərbaycan və Suriya peşə təhsilində əməkdaşlığı genişləndirir02.03.2026 - 18:08
Abituriyentlərin DİQQƏTİNƏ! - DİM imtahanla bağlı vacib qaydaları AÇIQLADI02.03.2026 - 18:05
Tibbi sığortaya dair qanunda dəyişikliyin MAHİYYƏTİ AÇIQLANDI02.03.2026 - 18:00
ADNSU əməkdaşlıq əlaqələrini gücləndirir02.03.2026 - 17:56
Politoloq Əziz Əzizbəyli: “Dezinformasiyanı ayırd etmək üçün mənbəyə və təqdimat formasına diqqət etmək lazımdır”02.03.2026 - 17:53
İranda məktəblər distant təhsilə keçirildi02.03.2026 - 17:50
Ötən ay Elm və Təhsil Nazirliyinə 19 006 vətəndaş müraciəti olub02.03.2026 - 17:50
FHN Humanitar Kollecdə təlim keçirib02.03.2026 - 17:40
Milli Qəhrəmana həsr olunan mahnı: “Hökumə – Səma ulduzu”02.03.2026 - 17:40
Rəsul Rzanın ev-muzeyində 5 mindən çox eksponat mühafizə olunur02.03.2026 - 17:33
Azərbaycan Qırğızıstanda keçiriləcək beynəlxalq forumda təmsil olunacaq02.03.2026 - 17:28
Türk Mədəniyyəti və İrsi Fondunun maarifçilik yolunda daha bir uğurlu addımı02.03.2026 - 17:22
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınıb02.03.2026 - 17:20
Misirli jurnalistlər WUF13-ün işıqlandırılmasında yaxından iştiraka dəvət edilib02.03.2026 - 17:15
58 ildən sonra 83 yaşında magistr dərəcəsi aldı 02.03.2026 - 17:13
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb02.03.2026 - 17:10
Ay Yerdən uzaqlaşır və günün uzunluğunu dəyişir02.03.2026 - 17:10
Abşeron yarımadasında mühəndis-geoloji şəraitin seysmikliyə təsiri – elmi seminar02.03.2026 - 17:08
“Məktəbəqədər təhsilin əsas prioritetləri nələr olmalıdır?” – Ekspert açıqladı02.03.2026 - 17:05
Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" tamaşasının nümayişində iştirak edib02.03.2026 - 17:00
RFO-nun yarımfinalı yekunlaşdı: Hansı region daha aktivdir?02.03.2026 - 16:55
Hansı qidalar daha faydalıdır?02.03.2026 - 16:50
Bazarda ən yaxşı batareya ömrü olan smartfon: iPhone 17 Pro Max-ı məhv etdi02.03.2026 - 16:45
Sabah yağış yağacaq - PROQNOZ02.03.2026 - 16:40
Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" tamaşasının nümayişində iştirak edib02.03.2026 - 16:35
Bu dəfə də saxta yumurta istehsal edirlər: Orijinaldan ayırd etmək olmur02.03.2026 - 16:30
"Samsung" ötən ay Azərbaycanın mobil cihaz bazarındakı payının 16 %-ni itirib02.03.2026 - 16:25
Bu gün və sabah geomaqnit sahəsi aktiv olacaq02.03.2026 - 16:15