Təhsil 365 - Logo Mobile

Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal

10303.03.2026 - 09:55
Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal

“Tarix fənni dəqiq elmlər deyil, humanitar sahəyə aid olduğu üçün zamanla dəyişə bilir.”

Bu sözləri “Tehsil365”ə açıqlamasında təhsil məsələləri üzrə mütəxəssis Səbuhi Kamal bildirib.

Ekspert qeyd edib ki, elm və texnologiya inkişaf etdikcə, yeni araşdırmalar aparıldıqca tarixi mənbələrdə dəyişikliklərin olması təbiidir. Onun sözlərinə görə, bu proses həm Azərbaycan tarixinə, həm də ümumi dünya tarixinə aiddir və davamlı xarakter daşıyır.

“Bu hallar orta məktəb dərsliklərində də edilir. Şagirdlər, müəllimlər, hətta abituriyentlər belə etiraz edirlər ki, məsələn bu il bir məlumatı öyrəndik, bir neçə il sonra başqa cür təqdim olundu. Bu, bizim də başımıza gələn hadisələrdəndir,” — deyə o bildirib.

Mütəxəssis şəxsi təcrübəsini də misal gətirib: “Mən abituriyent vaxtı Azərbaycan tarixində Albaniya kilsə məclisinin 498-ci ildə keçirildiyini öyrənmişdim. Uzun illər belə keçilmişdi. Amma son illərdə bunun 488-ci ilə aid olduğu ortaya çıxdı. Eyni ilə Alban hökmdarı Arşak nümayəndəsi Urnayrın hakimiyyət illəri əvvəl 343–371 kimi göstərilirdi, sonradan 313–371 olaraq dəyişdirildi.”

Ekspert vurğulayıb ki, bu dəyişikliklər dünya kitabxanalarına müraciət, yeni tərcümələr, arxiv və muzey materiallarına çıxış imkanlarının genişlənməsi və ciddi elmi araşdırmalar nəticəsində baş verir.

Onun sözlərinə görə, tarixi hadisələrin dəyişməsi müəyyən problemlər də yaradır:

“Xüsusilə orta yaşdan yuxarı müəllimlər hər yeniliyi dərhal qəbul edə bilmirlər. Gənc yaşlarda beynin yeni məlumatları qəbul etməsi daha sürətli olur, lakin müəyyən yaşdan sonra bu proses çətinləşir.”

Ekspert əlavə edib ki, bu dəyişikliklər maddi çətinliklərə də səbəb olur.

“Özəl nəşriyyat evləri kitab çap edir, müəlliflər minlərlə vəsait hazırlayır. Amma bazara tam çıxmamış yeni dərsliklərdə tarixi faktların dəyişdiyi elan olunur və müəlliflər məcbur qalırlar ki, materialı yenidən redaktə etsinlər. Bu da maddi problemlər yaradır,” — deyə o qeyd edib.

Mütəxəssis bildirib ki, tarix bəzən qaliblər tərəfindən yazılır və bu da müəyyən hallarda faktların təhrif olunmasına səbəb ola bilər.

“Heç zaman məğlublar tarixi geniş şəkildə təqdim etmirlər. Qalib tərəf hadisələri öz baxış bucağından qeyd edir. Bu isə müəyyən saxtalaşdırmalara və ya əlavələrə gətirib çıxara bilər,” — deyə o vurğulayıb.

Sonda ekspert qeyd edib ki, tarixi hadisələrin dəyişməsi qlobal problem kimi qiymətləndirilməməlidir.

“Əsas səbəb elm və texnologiyanın inkişafı, arxivlərə və muzeylərə çıxış imkanlarının artması, yeni tərcümələrin əldə olunmasıdır. Bütün bunlar tarixi hadisələrin yenidən qiymətləndirilməsinə və müəyyən dəyişikliklərə səbəb olur,” — deyə mütəxəssis fikrini yekunlaşdırıb.

Zeynəb Quluyeva

Xəbər Lenti

Azərbaycan Dillər Universitetində ərzaq təhlükəsizliyi mövzusunda dəyirmi masa keçirilib - FOTO03.03.2026 - 12:50
Milli Kitabxanada “Xalq şairi Hökümə Billuri -100” adlı kitab sərgisi açılıb03.03.2026 - 12:39
BDU komandası respublika üzrə proqramlaşdırma müsabiqəsində III yeri tutub03.03.2026 - 12:28
Türkoloji Araşdırmalar İnstitutunun müəllimi: Türk dünyasının birliyi elmi və siyasi əsaslara söykənir03.03.2026 - 12:19
WUF13 şəhərsalma ilə bağlı aktual məsələləri müzakirə etmək üçün qlobal platformadır - FOTO03.03.2026 - 12:09
Direktorlar üçün növbəti təlim-seminarlar keçirilib03.03.2026 - 11:51
Rəqəmsal bacarıqlar üzrə diaqnostik qiymətləndirilmə keçirilib 03.03.2026 - 11:40
BSU Polşa Respublikasının iki universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb - FOTOLAR03.03.2026 - 11:29
NDU-da “Nanomateriallar və nanotexnologiyalar energetikada” monoqrafiyasının təqdimatı keçirilib - FOTO03.03.2026 - 11:18
“Sabahın alimləri” müsabiqəsinin milli final mərhələsi başlayıb - FOTOLAR03.03.2026 - 11:07
“Sabahın alimləri” müsabiqəsində mina təhlükəsinə qarşı yeni layihə təqdim olundu03.03.2026 - 10:55
Nazir şagirdlərin layihələrini izlədi - FOTO03.03.2026 - 10:44
Sabah hava necə olacaq? 03.03.2026 - 10:37
Bəşarət Məmmədovun anası dünyasını dəyişdi 03.03.2026 - 10:31
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb03.03.2026 - 10:23
“Məktəbli avtobusları”nın genişləndirilməsi və tariflərin tənzimlənməsi təklif olunur03.03.2026 - 10:11
100-dən çox ölkə arasında Azərbaycan layihələri uğurla təmsil olunur03.03.2026 - 10:03
Magistraturaya qəbulun ikinci cəhdin tarixi açıqlandı03.03.2026 - 09:51
Bu dərs vəsaitləri də dövlət hesabına verilə bilər03.03.2026 - 09:40
“Kompozisiyanın əsasları” adlı təlim proqramı elan edilib03.03.2026 - 09:30
İlin ilk Ay tutulması başlayıb03.03.2026 - 09:20
BDU-da “Danışır təcrübə” layihəsinin ilk görüşü - FOTO03.03.2026 - 09:09
“Sabahın alimləri” müsabiqəsi 760 layihə ilə davam edir03.03.2026 - 08:59
Firudin Qurbanov: "Bu gün məzun iş axtarmamalıdır" 03.03.2026 - 08:47
İranda 168 şagirdin dəfn mərasimi keçirilir03.03.2026 - 08:35
Vokal sənəti ixtisasına qəbul şərtləri yeniləndi03.03.2026 - 08:29
Həmkarlar İttifaqı üzvləri həftəsonu istirahətə qatılıblar03.03.2026 - 08:21
“Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib03.03.2026 - 08:11
Bu qədər şagird buraxılış imtahanı üçün qeydiyyatdan keçib03.03.2026 - 08:00
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi - VİDEO03.03.2026 - 07:49
DİM bu şəxslərə müraciət etdi03.03.2026 - 07:38
Bu gün hava necə olacaq? 03.03.2026 - 07:30
Bu gün Od çərşənbəsidir03.03.2026 - 07:21
BSU-da “Dil-dialoq məkanı kimi: Azərbaycan - Polşa münasibətləri” mövzusunda konfrans keçirilib03.03.2026 - 07:10
1992-ci il: Qarabağ müharibəsində Mi-26 helikopteri vuruldu03.03.2026 - 07:00
2010-cu il: Şəmkirdə Su-25 təyyarə qəzası03.03.2026 - 06:36
Əliheydər Ələkbərov haqqında xəbər03.03.2026 - 06:18
Əşrəf bəy Tağıyev haqqında xəbər03.03.2026 - 06:00
İlham Zəkiyev haqqında xəbər03.03.2026 - 05:42
Novruz Əliyev haqqında xəbər03.03.2026 - 05:18
Fərman Kərimzadə haqqında xəbər03.03.2026 - 05:06
Fəzilə Səmədova haqqında xəbər03.03.2026 - 04:54
Həkimə Billuri haqqında xəbər03.03.2026 - 04:36
Manaf Süleymanov haqqında xəbər03.03.2026 - 04:18
Abbas Rzayev haqqında xəbər03.03.2026 - 04:00
Naxçıvanda 17 yeni STEAM otağı yaradılıb rn 02.03.2026 - 19:56
Dünyanın ən qədim mağara rəsmləri tapıldı: 67.000 il yaşı var02.03.2026 - 19:50