"Tibbi sığorta haqqında" Qanuna dəyişiklik Azərbaycan Prezidenti tərəfindən təsdiqlənib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “ Tehsil365” Oxu.Az-a istinadla xəbər verir ki, dəyişikliyə əsasən, sığortaolunanların ilkin tibbi-sanitariya yardımına (poliklinika, Ailə Sağlamlıq Mərkəzi, tibb və həkim məntəqələri) müraciət etmədən birbaşa ixtisaslaşdırılmış həkim müayinəsinə getdikdə ödəməli olduqları müştərək maliyyələşmə məbləğinin tətbiqi 2027-ci il yanvarın 1-dək uzadılıb.

