Təhsil 365 - Logo Mobile

25 ölkədən 300-dən çox tədqiqatçı MDU-da keçirilən elmi platformada bir araya gəlib

7302.03.2026 - 19:18
25 ölkədən 300-dən çox tədqiqatçı MDU-da keçirilən elmi platformada bir araya gəlib

Martın 2-dən 4-dək Mingəçevir Dövlət Universiteti və Türkiyə Cümhuriyyətinin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə Riyaziyyat, Mühəndislik, Təbiət və Tibb Elmləri üzrə 21-ci Beynəlxalq Avropa Konfransı (MAS) keçirilir.

“Tehsil365" AZƏRTAC istinadən xəbər verir ki, AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, universitetdə təşkil olunan konfransda MDU-nun akademik-inzibati heyəti, tələbə və magistrantları, İKSAD İnstitutunun nümayəndə heyəti, həmçinin müxtəlif ölkələri təmsil edən ali təhsil müəssisələri və tədqiqat mərkəzlərinin nümayəndələri əyani və onlayn formatda iştirak edirlər.

Konfrans Ümummilli Lider Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, həmçinin Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycanın Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşı səsləndirilib.

Açılış mərasimində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxış edərək konfransın əhəmiyyətindən söz açıb. Rektor bildirib ki, riyaziyyat, mühəndislik, təbiət və tibb elmləri üzrə aparılan müasir elmi tədqiqatlar innovativ iqtisadiyyatın formalaşması, texnoloji transformasiya və insan kapitalının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. O, MDU-nun 2026–2030-cu illəri əhatə edən İnkişaf Strategiyasında beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, multidisiplinar tədqiqat mühitinin təşviqi və universitetin qlobal akademik şəbəkələrdə mövqeyinin möhkəmləndirilməsinin prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Anar Eminov qeyd edib ki, MAS konfransının Mingəçevir Dövlət Universitetində keçirilməsi universitetin beynəlxalq elmi inteqrasiyasına, bilik və texnologiya transferinə, eləcə də dayanıqlı və innovativ inkişaf məqsədlərinə uyğun elmi platformanın formalaşmasına mühüm töhfə verir.

İKSAD İnstitutunun prezidenti Mustafa Latif Emek çıxışında MAS konfransının artıq beynəlxalq elmi platforma kimi formalaşdığını vurğulayıb. Bu cür tədbirlərin ortaq tədqiqatların təşviqi, elmi bilik mübadiləsi və gənc alimlərin beynəlxalq akademik mühitə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.

Plenar iclasda MDU-nun Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun direktoru Aida Mustafayeva “Rəqəmsal arxitektura və rəqəmsal əkiz: Müasir mühəndisliyin qlobal transformasiyası və əsas çağırışları”, Riyaziyyat kafedrasının dosenti Mehman Rəsulov “Zənciri kəsirlərin Ford dairələri ilə təsiri” mövzularında təqdimatlarla çıxışlar ediblər.

Konfrans hibrid formatda təşkil olunan bölmə iclasları ilə davam edib. 11 bölmədə riyaziyyat, süni intellekt, rəqəmsal transformasiya, yaşıl enerji, ekoloji təhlükəsizlik, tibbi tədqiqatlar və digər aktual istiqamətlər üzrə ümumilikdə, 300-dən çox məqalə və tezis təqdim olunub. Məruzələr 25 ölkədən 300-dən çox tədqiqatçı və doktorant tərəfindən irəli sürülüb. Təqdim edilən məqalə və tezislərin 85-dən çoxu MDU-nun payına düşür.

Tədbirdə Azərbaycan, Türkiyə, Nigeriya, Böyük Britaniya, ABŞ, Mərakeş, Əlcəzair, İran, Monteneqro, Şimali Makedoniya, Rumıniya və digər ölkələri təmsil edən universitet və elmi-tədqiqat mərkəzinin nümayəndələri iştirak ediblər.

Konfrans işini sabah davam etdirəcək.

Nərmin Mustafayeva

Xəbər Lenti

Naxçıvanda 17 yeni STEAM otağı yaradılıb rn 02.03.2026 - 19:56
Dünyanın ən qədim mağara rəsmləri tapıldı: 67.000 il yaşı var02.03.2026 - 19:50
"Grok" səsinizi kopiyalayacaq: "iOS" üçün yeni funksiya üzə çıxdı02.03.2026 - 19:44
İranda məktəblər distant təhsilə keçirildi02.03.2026 - 19:40
Alimlərdən xəbərdarlıq: Süni intellekt sürətlə inkişaf edir, amma risklər artır02.03.2026 - 19:35
Dubay aeroportu günün ilk reysini həyata keçirib02.03.2026 - 19:30
Kamal Abdullanın “Sehrbazlar dərəsi” romanı Pakistanda nəşr olunub02.03.2026 - 19:24
Məşhur türk aktyoru Akademik Milli Dram Teatrının dəvəti ilə Bakıya gəlir02.03.2026 - 19:12
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib02.03.2026 - 19:05
Güclü geomaqnit qasırğası gəlir - Bu tarixlərdə02.03.2026 - 19:00
Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək02.03.2026 - 18:52
Sabah bəzi yerlərdə 15 dərəcə şaxta olacaq02.03.2026 - 18:46
Fənn Olimpiadalarının 7 fənn üzrə yarımfinal turu keçirilib02.03.2026 - 18:40
Nevroloq Röyanə Quluzadə: “Sinir sisteminin sağlamlığı gündəlik vərdişlərdən başlayır”02.03.2026 - 18:35
DİM TOEFL iBT imtahanı keçirəcək02.03.2026 - 18:30
Dünya çempionu Hacı Əliyev “Məktəbdə...” layihəsinin qonağı olub02.03.2026 - 18:21
İmmunitet zəifliyini necə bilmək olar? - Nazirliyin mütəxəssisi AÇIQLADI02.03.2026 - 18:20
Fevralda BŞTİ-yə minə yaxın müraciət daxil olub02.03.2026 - 18:15
Azərbaycan və Suriya peşə təhsilində əməkdaşlığı genişləndirir02.03.2026 - 18:08
Abituriyentlərin DİQQƏTİNƏ! - DİM imtahanla bağlı vacib qaydaları AÇIQLADI02.03.2026 - 18:05
Tibbi sığortaya dair qanunda dəyişikliyin MAHİYYƏTİ AÇIQLANDI02.03.2026 - 18:00
ADNSU əməkdaşlıq əlaqələrini gücləndirir02.03.2026 - 17:56
Politoloq Əziz Əzizbəyli: “Dezinformasiyanı ayırd etmək üçün mənbəyə və təqdimat formasına diqqət etmək lazımdır”02.03.2026 - 17:53
Ötən ay Elm və Təhsil Nazirliyinə 19 006 vətəndaş müraciəti olub02.03.2026 - 17:50
İranda məktəblər distant təhsilə keçirildi02.03.2026 - 17:50
FHN Humanitar Kollecdə təlim keçirib02.03.2026 - 17:40
Milli Qəhrəmana həsr olunan mahnı: “Hökumə – Səma ulduzu”02.03.2026 - 17:40
Rəsul Rzanın ev-muzeyində 5 mindən çox eksponat mühafizə olunur02.03.2026 - 17:33
“Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqlənib – Nələr gözlənilir?02.03.2026 - 17:30
Azərbaycan Qırğızıstanda keçiriləcək beynəlxalq forumda təmsil olunacaq02.03.2026 - 17:28
Türk Mədəniyyəti və İrsi Fondunun maarifçilik yolunda daha bir uğurlu addımı02.03.2026 - 17:22
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınıb02.03.2026 - 17:20
Misirli jurnalistlər WUF13-ün işıqlandırılmasında yaxından iştiraka dəvət edilib02.03.2026 - 17:15
58 ildən sonra 83 yaşında magistr dərəcəsi aldı 02.03.2026 - 17:13
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb02.03.2026 - 17:10
Ay Yerdən uzaqlaşır və günün uzunluğunu dəyişir02.03.2026 - 17:10
Abşeron yarımadasında mühəndis-geoloji şəraitin seysmikliyə təsiri – elmi seminar02.03.2026 - 17:08
“Məktəbəqədər təhsilin əsas prioritetləri nələr olmalıdır?” – Ekspert açıqladı02.03.2026 - 17:05
Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" tamaşasının nümayişində iştirak edib02.03.2026 - 17:00
RFO-nun yarımfinalı yekunlaşdı: Hansı region daha aktivdir?02.03.2026 - 16:55
Hansı qidalar daha faydalıdır?02.03.2026 - 16:50
Bazarda ən yaxşı batareya ömrü olan smartfon: iPhone 17 Pro Max-ı məhv etdi02.03.2026 - 16:45
Sabah yağış yağacaq - PROQNOZ02.03.2026 - 16:40
Leyla Əliyeva "Neft bumu hamıya gülümsəyir" tamaşasının nümayişində iştirak edib02.03.2026 - 16:35
Bu dəfə də saxta yumurta istehsal edirlər: Orijinaldan ayırd etmək olmur02.03.2026 - 16:30
"Samsung" ötən ay Azərbaycanın mobil cihaz bazarındakı payının 16 %-ni itirib02.03.2026 - 16:25
Bu gün və sabah geomaqnit sahəsi aktiv olacaq02.03.2026 - 16:15