İranda məktəblər 21 mart tarixinə qədər distant təhsil formasına keçirilib.
“Tehsil365”in "Tasnim" agentliyinə istinadən xəbərinə görə, bu barədə İran Təhsil Nazirliyinin nümayəndəsi məlumat verib.
Bildirilib ki, məktəblərdə bütün əyani dərslər bu ilin sonuna qədər (İrandakı qaydalara görə il 20 martda başa çatır - red.) dayandırılıb.
Xatırladaq ki, daha əvvəl İranda qızlar məktəbinə hücum barədə məlumat verilmişdi. İran öz ərazisinə endirilən zərbələrə görə məsuliyyəti ABŞ-nin üzərinə qoyub.

