İndoneziyada mağarada tapılan əl izi indiyə qədər məlum olan ən qədim mağara sənəti nümunəsi hesab olunur. Alimlərin hesablamalarına görə, bu əl izi ən azı 67 800 il əvvələ aiddir və əvvəllər eyni bölgədə tapılmış ən qədim rəsmdən 15 min il daha qədimdir.
“Tehsil365" xəbər verir ki, Kəşf Griffith Universiteti, İndoneziya Milli Araşdırma və Yenilik Agentliyi və Southern Cross Universiteti-nin birgə araşdırması nəticəsində reallaşıb. Muna Adasında yerləşən kireçtaşı mağarada tapılan əl izi, müasir insanların bölgədə bədii fəaliyyətlə məşğul olduğuna dair ən erkən sübutdur.
Alimlər əl izinin üzərindəki və altındakı nazik mineral qatları analiz edərək rəsmin yaşı 67 800 il kimi müəyyən ediblər. Eyni mağarada daha sonrakı dövrlərə aid rəsmlər də tapılıb ki, bu da insanların minlərlə il boyunca mağaraya qayıdaraq rəsmlər çəkdiyini göstərir.
Maraqlı detal isə əl izinin barmaqlarının daraldılaraq pəncəyə bənzər hala gətirilməsidir. Alimlər bunun simvolik mənasının hələ bilinmədiyini bildirirlər, lakin erkən Sulavesi rəsmlərində insan və heyvan fiqurlarının bir-birinə daxil şəkildə təsvir edildiyi üçün insan ilə heyvan arasındakı əlaqənin simvolik təmsili ola biləcəyi düşünülür.
Kəşf həmçinin Avstraliyaya insanların ilk gəlməsi tarixi ilə bağlı müzakirələrə töhfə verir. Sulavesidə bu sənəti yaradan insanların, sonradan Avstraliyaya çatmış topluluqların əcdadları ola biləcəyi ehtimal edilir. Alimlər Endoneziya adaları zəncirinin erkən insan miqrasiyaları baxımından arxeoloji baxımdan son dərəcə vacib olduğunu vurğulayırlar.

