Təhsil 365 - Logo Mobile

BSU-da “Dil-dialoq məkanı kimi: Azərbaycan - Polşa münasibətləri” mövzusunda konfrans keçirilib

8103.03.2026 - 07:10
BSU-da “Dil-dialoq məkanı kimi: Azərbaycan - Polşa münasibətləri” mövzusunda konfrans keçirilib

BSU-da “Dil-dialoq məkanı kimi: Azərbaycan - Polşa münasibətləri” mövzusunda konfrans keçirilib

“Tehsil365" xəbər verir ki, martın 2-də Bakı Slavyan Universitetində (BSU)Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə BSU-da polyak dilinin tədrisinin əsasının qoyulmasının 30 illiyinə həsr olunan "Dil-dialoq məkanı kimi: Azərbaycan-Polşa münasibətləri" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Polşa Respublikasının Adam Mitskeviç Universitetinin rektoru Boqumila Anna Kanievska, Sileziya Universitetinin Polyak Dili və Mədəniyyəti Məktəbinin direktoru, rektorun səlahiyyətli nümayəndəsi Yolanta Tambor, Adam Mitskeviç Universitetinin Slubce Collegium Polonicumun rəhbəri Yustina Krauze-Pierj, Adam Mitskeviç Universitetinin Polyak və Klassik Filologiya fakültəsinin dekanı Krşiştov Skibski, Sileziya Universitetinin Polyak dili,ədəbiyyatı və mədəniyyəti üzrə Yay Məktəbinin akademik rəhbəri Aqneşka Tambor, Sileziya Universitetinin müəllimi Maqdalena Knapik, Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri Gülər Abdullabəyova, Qərbi Slavyan filologiyası kafedrasının xarici əvəzçi müəllimi Barbara Piontek, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra iştirakçılar BSU-da təşkil edilən "Azərbaycan-Polşa memarlıq əlaqələri: XIX-XX əsrlər" adlı sərgi ilə tanış olublar.

BSU-nun rektoru Anar Nağıyev çıxışında bildirib ki, 1996-cı ildən tədrisinə başlanan polyak dili Ulu Öndər Heydər Əliyevin 2000-ci ildə BSU-nun yaradılması ilə bağlı imzaladığı Sərəncamı ilə sürətli inkişaf yoluna qədəm qoyub. O qeyd edib ki, 30 il əvvəl əsası qoyulan polonistika ənənəsi bu gün artıq möhkəm akademik əməkdaşlığa çevrilib və bu uğurlar həmkarların uzunmüddətli və məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Rektor vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkənin beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsi, müxtəlif Avropa dillərini bilən diplomat və beynəlxalq münasibətlər mütəxəssislərinin hazırlanması strateji əhəmiyyət kəsb edirdi. Xüsusilə işğal dövründə Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, ölkənin tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması üçün xarici dilləri və müxtəlif mədəniyyətləri dərindən bilən kadrlara böyük ehtiyac var idi.

A.Nağıyev qeyd edib ki, bu gün BSU Poznan, Lödz, Varşava, Silezya, Krakov, Qdansk və Polşanın digər universitetləri ilə polyakşünaslıq, turkologiya, inklüziv təhsil kimi sahələrdə yaxından əməkdaşlıq edir. O, bildirib ki, 2026-cı ilin mart ayı ərzində polyak dili proqramlarında təhsil alan 25 nəfər (bu ixtisaslarda təhsil alan ümumi tələbə sayının 25%-ə yaxını) Polşanın müxtəlif universitetlərində mübadilə proqramlarında iştirak edəcəklər.

Çıxışda rektor Azərbaycan və Polşa arasında regional, Avropa və qlobal səviyyədə siyasi və mədəni maraqlar bir çox hallarda üst-üstə düşdüyünü diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin universitetə göstərdiyi diqqət və qayğı xüsusi qeyd olunub.

Rektor bildirib ki, qarşıya qoyulan əsas hədəflərdən biri 30 illik inkişaf mərhələsi çərçivəsində universitetin region üzrə polyak dili üzrə ilk və yeganə sertifikasiya mərkəzi kimi fəaliyyət göstərməsinə nail olmaqdır. Universitetin 80 illik yubileyi və polyak dili tədrisinin 30 illik inkişaf yolu münasibətilə keçirilən tədbir təkcə BSU-nun deyil, əməkdaşlıq edilən Polşa universitetlərinin də ortaq bayramıdır.

Sonda vurğulanıb ki, əldə olunan nəticələr uzun illər ərzində aparılan sistemli və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir və bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.

Adam Mitskeviç Universitetinin rektoru Boqumila Anna Kanievska, Sileziya Universitetinin Polyak Dili və Mədəniyyəti Məktəbinin direktoru, rektorun səlahiyyətli nümayəndəsi Yolanta Tambor, Adam Mitskeviç Universitetinin Slubice Collegium Polonicumun rəhbəri Yustina Krauze, Adam Mitskeviç Universitetinin Polyak və Klassik Filologiya fakültəsinin dekanı Krşiştov Skibski , Sileziya Universitetinin Polyak dili,ədəbiyyatı və mədəniyyəti üzrə Yay Məktəbinin akademik rəhbəri Aqneşka Tambor, Sileziya Universitetinin müəllimi Maqdalena Knapik, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri Gülər Abdullabəyova, BSU-nun Xarici dillər və tərcümə kafedrasının professoru Rafiq Novruzov, Qərbi Slavyan filologiyası kafedrasının xarici əvəzçi müəllimi Barbara Piontek iki ölkə arasında əməkdaşlığın əhəmiyyətindən, tarixindən danışıblar. Çıxış edənlər vurğulayıblar ki, bu yubiley təkcə Azərbaycan üçün deyil, həm də Polşa üçün əlamətdar bir tarixdir və hər iki xalqın dostluğunu əks etdirən bir bayram kimi qiymətləndirilir. Qonaqlar 30 il əvvəl Azərbaycanın tarixi vəziyyətindən danışaraq, bu gün ölkənin keçdiyi inkişaf yolunu xüsusi qeyd ediblər. Onlar BSU-da slavyan dillərinin yüksək səviyyədə tədris olunduğunu, universitet məzunlarının müxtəlif ölkələrdə Azərbaycanı uğurla təmsil etdiyini bildiriblər. Sonda çıxışçılar yaradılan şəraitə və polyak dilinin 30 illik yubileyinin belə təntənəli şəkildə qeyd olunmasına görə universitet rəhbərliyinə təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Daha sonra BSU ilə Adam Mitskeviç Universiteti arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənəd iki ali təhsil müəssisəsi arasında elmi-akademik əlaqələrin genişləndirilməsini, tələbə və müəllim mübadiləsinin inkişafını, birgə tədqiqat və layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Tədbir Polşadan dəvət olunmuş mütəxəssislərin tələbələr üçün mühazirələri ilə davam edib.


Nərmin Mustafayeva

Xəbər Lenti

Azərbaycan Dillər Universitetində ərzaq təhlükəsizliyi mövzusunda dəyirmi masa keçirilib - FOTO03.03.2026 - 12:50
Milli Kitabxanada “Xalq şairi Hökümə Billuri -100” adlı kitab sərgisi açılıb03.03.2026 - 12:39
BDU komandası respublika üzrə proqramlaşdırma müsabiqəsində III yeri tutub03.03.2026 - 12:28
Türkoloji Araşdırmalar İnstitutunun müəllimi: Türk dünyasının birliyi elmi və siyasi əsaslara söykənir03.03.2026 - 12:19
WUF13 şəhərsalma ilə bağlı aktual məsələləri müzakirə etmək üçün qlobal platformadır - FOTO03.03.2026 - 12:09
Direktorlar üçün növbəti təlim-seminarlar keçirilib03.03.2026 - 11:51
Rəqəmsal bacarıqlar üzrə diaqnostik qiymətləndirilmə keçirilib 03.03.2026 - 11:40
BSU Polşa Respublikasının iki universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb - FOTOLAR03.03.2026 - 11:29
NDU-da “Nanomateriallar və nanotexnologiyalar energetikada” monoqrafiyasının təqdimatı keçirilib - FOTO03.03.2026 - 11:18
“Sabahın alimləri” müsabiqəsinin milli final mərhələsi başlayıb - FOTOLAR03.03.2026 - 11:07
“Sabahın alimləri” müsabiqəsində mina təhlükəsinə qarşı yeni layihə təqdim olundu03.03.2026 - 10:55
Nazir şagirdlərin layihələrini izlədi - FOTO03.03.2026 - 10:44
Sabah hava necə olacaq? 03.03.2026 - 10:37
Bəşarət Məmmədovun anası dünyasını dəyişdi 03.03.2026 - 10:31
“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb03.03.2026 - 10:23
“Məktəbli avtobusları”nın genişləndirilməsi və tariflərin tənzimlənməsi təklif olunur03.03.2026 - 10:11
100-dən çox ölkə arasında Azərbaycan layihələri uğurla təmsil olunur03.03.2026 - 10:03
Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal03.03.2026 - 09:55
Magistraturaya qəbulun ikinci cəhdin tarixi açıqlandı03.03.2026 - 09:51
Bu dərs vəsaitləri də dövlət hesabına verilə bilər03.03.2026 - 09:40
“Kompozisiyanın əsasları” adlı təlim proqramı elan edilib03.03.2026 - 09:30
İlin ilk Ay tutulması başlayıb03.03.2026 - 09:20
BDU-da “Danışır təcrübə” layihəsinin ilk görüşü - FOTO03.03.2026 - 09:09
“Sabahın alimləri” müsabiqəsi 760 layihə ilə davam edir03.03.2026 - 08:59
Firudin Qurbanov: "Bu gün məzun iş axtarmamalıdır" 03.03.2026 - 08:47
İranda 168 şagirdin dəfn mərasimi keçirilir03.03.2026 - 08:35
Vokal sənəti ixtisasına qəbul şərtləri yeniləndi03.03.2026 - 08:29
Həmkarlar İttifaqı üzvləri həftəsonu istirahətə qatılıblar03.03.2026 - 08:21
“Dəyərlərimizi qoruyaq!” layihəsinə start verilib03.03.2026 - 08:11
Bu qədər şagird buraxılış imtahanı üçün qeydiyyatdan keçib03.03.2026 - 08:00
Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət etdi - VİDEO03.03.2026 - 07:49
DİM bu şəxslərə müraciət etdi03.03.2026 - 07:38
Bu gün hava necə olacaq? 03.03.2026 - 07:30
Bu gün Od çərşənbəsidir03.03.2026 - 07:21
1992-ci il: Qarabağ müharibəsində Mi-26 helikopteri vuruldu03.03.2026 - 07:00
2010-cu il: Şəmkirdə Su-25 təyyarə qəzası03.03.2026 - 06:36
Əliheydər Ələkbərov haqqında xəbər03.03.2026 - 06:18
Əşrəf bəy Tağıyev haqqında xəbər03.03.2026 - 06:00
İlham Zəkiyev haqqında xəbər03.03.2026 - 05:42
Novruz Əliyev haqqında xəbər03.03.2026 - 05:18
Fərman Kərimzadə haqqında xəbər03.03.2026 - 05:06
Fəzilə Səmədova haqqında xəbər03.03.2026 - 04:54
Həkimə Billuri haqqında xəbər03.03.2026 - 04:36
Manaf Süleymanov haqqında xəbər03.03.2026 - 04:18
Abbas Rzayev haqqında xəbər03.03.2026 - 04:00
Naxçıvanda 17 yeni STEAM otağı yaradılıb rn 02.03.2026 - 19:56
Dünyanın ən qədim mağara rəsmləri tapıldı: 67.000 il yaşı var02.03.2026 - 19:50