Martın 2-də Bakı Slavyan Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə universitetdə polyak dilinin tədrisinin əsasının qoyulmasının 30 illiyinə həsr olunmuş “Dil – dialoq məkanı kimi: Azərbaycan–Polşa münasibətləri” mövzusunda keçirilən konfrans çərçivəsində BSU ilə Adam Mitskeviç Universiteti və Sileziya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə "Tehsil365"ə BSU-dan məlumat verilib. Bildirilib ki, memorandum birgə tədbirlərin, konfrans və layihələrin həyata keçirilməsini, eləcə də müəllim və tələbə mübadiləsinin təşkili və inkişafını nəzərdə tutur. Sənəd tərəflər arasında elmi-tədqiqat və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək

