Təhsil 365 - Logo Mobile

Əməkdar jurnalist Rəhim Hüseynzadənin 75 illik yubileyi qeyd olunub

9403.03.2026 - 15:06
Əməkdar jurnalist Rəhim Hüseynzadənin 75 illik yubileyi qeyd olunub

Azərbaycan Mətbuat Şurasında Əməkdar jurnalist Rəhim Hüseynzadənin 75 illik yubileyi münasibəti ilə toplantı keçirilib.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin məzunu olmuş yubilyar hər zaman peşəsinə yüksək sədaqətlə xidmət edib. Rəhim Hüseynzadənin BDU-nun Jurnalisttika fakültəsindən sonra Bakı Ali Partiya Məktəbini (Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) də bitirdiyini deyən Mətbuat Şurasının sədri bildirib ki, əmək fəalliyyətinə 1973-cü ildə yeni yaradılmış Neftçala rayonundakı “Oktyabr bayrağı” qəzetinin (sonralar “Gündoğar” qəzeti) məktublar şöbəsinin müdiri kimi başlamış qələm sahibi bu mətbu orqanın ilk sayının işıq üzü görməsində iştirak edib. Rəşad Məcid, eyni zamanda, vurğulayıb ki, Rəhim Hüseynzadə Salyan rayonunun “Qələbə” qəzetinin məktublar şöbəsinin müdiri vəzifəsində 15 il fəaliyyət göstərib. 1992-1995-ci illərdə həmin rayonun icra hakimiyyəti başçısının köməkçisi vəzifəsində çalışıb. 1995-ci ildə yenidən “Qələbə” qəzetinə eyni vəzifəyə qayıdıb. 1997-2004-cü illərdə isə “Vaxt” qəzetinin şöbə müdiri, “Hürriyyət” qəzetinin bölgə müxbiri, regional “Qırxçıraq” qəzetinin baş redaktoru olub.

O qeyd edib ki, Rəhim Hüseynzadə 2004-cü ilin mayından Azərbaycan Mətbuat Şurasında çalışmağa başlayıb. Həmin il iyun ayından 2017-ci ilədək Şuranın icraçı katibi vəzifəsini tutub. 2008-ci ildə Zərdabi Mətbuat Mərkəzinin sədri seçilib, qurumun media peşəkarlığının artırılmasına yönələn layihələrində yüksək təşəbbüskarlıq göstərib. Yubilyar yaradıcılıq sahəsindəki xidmətlərinə görə “Qızıl qələm” mükafatına, 20-dən artıq diplom və fəxri fərmana, Azərbaycan Prezidentinin Sərəncamı ilə Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb. O, həmçinin Azərbaycan Prezidentinin Sərəncamı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Rəşad Məcid çıxışının sonunda yubiley medalını və Mətbuat Şurasının diplomunu Rəhim Hüseynzadəyə təqdim edib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov diqqəti özünün Şura sədri, Rəhim Hüseynzadənin qurumun icraçı katibi olduğu dövrə çəkib. O bildirib ki, yubilyar daha əvvəl müasir müstəqillik illərində ilk dəfə 2003-cü il martın 15-də keçirilmiş Azərbaycan jurnalistlərinin I qurultayına hazırlıq işlərində fəallıq göstərib, 2004-cü ildə Mətbuat Şurasına işə dəvət edilib. Əflatun Amaşov bildirib ki, 13 il Şuranın icraçı katibi vəzifəsində fəaliyyət göstərmiş Rəhim Hüseynzadə qurumun formalaşmasına, o cümlədən ayrı-ayrı təşkilati sənədlərin hazırlanmasına, ümumən, cəmiyyətdə medianın özünütənzimləməsini həyata keçirən vahid struktur olaraq tanınmasına böyük əmək sərf edib.

Əflatun Amaşov Rəhim Hüseynzadəni məsuliyyətli, tutduğu yola sadiq dost və həmkar kimi xarakterizə edən cəhətlərdən, habelə onun həssas insani keyfiyyətlərindən söz açıb, xatirələrini bölüşüb.

Tədbirdə çıxış edənlərdən veteran jurnalistlər və tələbə yoldaşları - Akif Cabbarov, Əli Şamil və İsrafil Qurbanov, “İki sahil” qəzetinin baş redaktorunun birinci müavini İsmayıl Hacıyev, həmçinin “Bizimyol.info” saytının baş redaktoru Bahəddin Həzi, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Sarvan İbrahimov, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev və başqaları yubilyar qələm sahibinin Mətbuat Şurasının formalaşmasına və cəmiyyətdə yer tutmasına yönələn xidmətlərini yüksək qiymətləndiriblər. Onlar, eyni zamanda, Rəhim Hüseynzadəni səmimi insan kimi səciyyələndirən müxtəlif məqamlardan söz açıb, arzu və diləklərini çatdırıblar.

Övladı, Tarix İnstitutunun əməkdaşı Nurənə Huşiməndi toplantı iştirakçılarının təbriklərinə qoşularaq, veteren jurnalistin qayğıkeş ata obrazını canlandırıb.

Sonda çıxış edən Rəhim Hüseynzadə əməyinə, keçdiyi ömür yoluna verilən yüksək dəyərə, qədirbilənliklə söylənilən xoş sözlərə görə toplantı iştirakçılarına təşəkürünü bildirib.

Mehriban İbadova

Xəbər Lenti

Qurban Səidin "Əli və Nino" romanı ləzgi dilində çap olunub04.03.2026 - 12:56
“TəhsilPlus” kartları müəllimlərə verilir04.03.2026 - 12:49
İranın Küveytə dron hücumu zamanı 11 yaşlı qız ölüb04.03.2026 - 12:38
Birinci kurs tələbəsinin quruluş verdiyi tamaşanın premyerası olub - FOTOLAR04.03.2026 - 12:27
Akif Marifli: Çanaqqala zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsidir - FOTOLAR04.03.2026 - 12:16
Professor Nadir Məmmədli: Bakı Qurultayı türk xalqlarının mədəni birliyinin tarixi təməlidir - FOTO04.03.2026 - 12:05
Sağlamlıq imkanı məhdud olan bu qədər şagird buraxılış imtahanı verəcək04.03.2026 - 11:51
BDU-nun 10 tələbəsinə “Həmkarlar İttifaqı təqaüdü” verilib - FOTO04.03.2026 - 11:46
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında 89 nəfər müəyyən edilmiş şərtləri ödəyib04.03.2026 - 11:40
Turizmdə düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma yerli dəyərlərin qorunmasına xidmət edə bilər - FOTO04.03.2026 - 11:34
Professor: Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır - FOTO04.03.2026 - 11:27
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik olacaq? 04.03.2026 - 11:20
DİM-də TOEFL iBT imtahanı keçirilib04.03.2026 - 11:10
BMU-nun 8 tələbəsi adlı təqaüdə layiq görülüb - FOTO04.03.2026 - 11:00
Milli yaddaşın qorunması: ADU-da tarixi həqiqətlər və mədəniyyət nümunələri təqdim edilib - FOTOLAR04.03.2026 - 10:50
Həyat elmlərində süni intellekt qərarverici amil kimi: hibrid model mexanizmlərinin qurulması04.03.2026 - 10:42
Nazir: Direktorun əsas fəaliyyəti sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır - FOTO04.03.2026 - 10:35
Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər - FOTO04.03.2026 - 10:28
“Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında” - FOTO04.03.2026 - 10:20
8 Martda müəllimlərə hədiyyə qadağan edilib04.03.2026 - 10:09
“Ayı” adlı tamaşanın premyerası keçirilib - FOTO04.03.2026 - 10:00
"İmtahan dövründə psixoloji dəstək vacibdir" - Validə Tağıyeva04.03.2026 - 09:55
“Dərslərdə öyrəndiklərim mənə gündəlik həyatda kömək edir” - Yusif Quliyev 04.03.2026 - 09:45
Uşaqların psixoloji sağlamlığı məktəbdə düzgün dəstəkdən asılıdır - Arzu Fərəcova04.03.2026 - 09:35
Azərbaycan Universitetləri - ARAŞDIRMA 04.03.2026 - 09:25
"Məktəb fobiyası uşaqların təhsilinə təsir edir" - Psixoloq Fəridə Qulamova04.03.2026 - 09:15
Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal04.03.2026 - 09:05
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR04.03.2026 - 09:02
EATDA-da "ZEISS" şirkətinin təmsilçisi ilə görüş keçirilib04.03.2026 - 09:00
Gözə xeyir olan təbii qidalar04.03.2026 - 08:55
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?04.03.2026 - 08:48
Nazir yeni təyin olunan məktəb direktorları ilə görüşüb04.03.2026 - 08:38
5 dəqiqəlik yuxu sağlamlıq üçün faydalıdır04.03.2026 - 08:30
Bu içkilər yaddaşı möhkəmləndirir04.03.2026 - 08:20
24 saata qripdən sağalmağın qızıl qaydası04.03.2026 - 08:14
"ChatGPT" silinir, istifadəçilər "Claude"a keçirlər04.03.2026 - 08:05
ARTİ-nin üç əməkdaşına fəlsəfə doktoru elmi dərəcəsi verilib04.03.2026 - 07:56
“Peşə seçimi” testlərində iştirak etmək üçün qeydiyyat04.03.2026 - 07:48
Bağırsaq sağlamlığı üçün ən pis qidalar hansılardır?04.03.2026 - 07:40
Sağlamlıq İdmançılar ramazanda necə qidalanmalıdır?04.03.2026 - 07:33
Alimlər ağciyər xərçənginin zəif tərəfini tapıb04.03.2026 - 07:25
Günəşdə nəhəng plazma atılması qeydə alınıb04.03.2026 - 07:16
Bu günün hava proqnozu 04.03.2026 - 07:08
Valideyn Şikayətləri Üçün Yeni Rəqəmsal Platforma Təklif Edilir04.03.2026 - 07:00
Hökumət Geridə Qalan Bölgələrdə Təhsil Nəticələrini Yaxşılaşdırmaq Üçün Yeni Proqramlar Başladır04.03.2026 - 06:36
Məktəblərin Maaş Artımı Məhdud Qalacaq: Təhsil Nazirliyi Hesablamalarını Açıqladı04.03.2026 - 06:18
2008-ci il Ağdərə toqquşması04.03.2026 - 06:00
Elçin Həmidov — Sevilən sənətkarın xatirəsi anılır04.03.2026 - 05:42