Təhsil 365 - Logo Mobile

Ağdamda “Ayrılıqdan keçən yol" sənədli filmi təqdim edilib

7103.03.2026 - 17:04
Ağdamda “Ayrılıqdan keçən yol" sənədli filmi təqdim edilib

Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Muğam Mərkəzində "Ayrılıqdan keçən yol" sənədli filminin təqdimatı olub.

“Tehsil365" AZƏRTAC istinadən xəbər verir ki, AZƏRTAC-in bölgə müxbiri məlumat verib, şəhid ailələrinin, qazilərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra sənədli film nümayiş olunub.

"Ayrılıqdan keçən yol" sənədli filmi 44 günlük Vətən müharibəsi və 1 günlük lokal xarakterli antiterror əməliyyatı zamanı şəhadətə ucalan 5 nəfər Azərbaycan hərbçisindən bəhs edir. Ekran əsərində əslən Ağdam rayonunun Bağbanlar, İsmayılbəyli, Saybalı və Pirzadlı kəndlərindən olan bu hərbçilərin həyat yoluna və döyüşlərdə iştirakına doğmalarının dili ilə işıq tutulur.

Filmdə, həmçinin Qarabağ müharibəsinin başladığı illərdə sözügedən yaşayış məntəqələrində baş verən hadisələr, həmin kəndlərdən olan neçə-neçə Vətən oğlunun yaranmaqda olan Azərbaycan Ordusuna qoşulmasından, ərazi bütövlüyünün qorunmasında göstərdiyi xidmətlərə də toxunulur.

Tədbirdə çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, şəhid atası Mehman Göyüşov, şəhid anası Maya Quliyeva və başqaları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən, antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin bərpa olunmasından danışıb, ekran əsərinin çəkilişində zəhməti olan yaradıcı və texniki heyətə təşəkkür edib, belə filmlərin davamlı çəkilməsinin vacibliyini vurğulayıblar.

Filmin ssenari müəllifi və rejissoru Teymur Zahidoğlu filmin çəkilişi ilə bağlı təssüratlarını bölüşüb, qəhrəman Vətən oğullarının cəmiyyətə tanıdılması üçün bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, sənədli film 2025-ci ildə "Vətən Media" Yaradıcılıq Qrupu tərəfindən istehsal edilib və Mədəniyyət Nazirliyi tərəfindən yayım vəsiqəsi ilə təmin olunub.

Nərmin Mustafayeva

Xəbər Lenti

Cəmilə Haşımovanın gözəllik və harmoniya dünyası Milli Xalça Muzeyində03.03.2026 - 19:24
Bağlanan özəl universitetin binası BDU-ya verildi03.03.2026 - 19:18
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib03.03.2026 - 19:14
Direktorlar üçün növbəti təlim-seminarlar keçirilib03.03.2026 - 19:12
“Rəqəmsal təhsil ənənəvi təhsili əvəz edə bilərmi?” – Ekspert rəyi03.03.2026 - 19:06
Bu ay şimal işıqlarını görmək nadir fürsət olacaq03.03.2026 - 19:02
Teyyub Aslanov: Operaların səhnələşdirilməsi gənclərin bu sahəyə marağını artırır03.03.2026 - 19:00
Beynəlxalq imtahanlar təhlükəsizlik səbəbindən təxirə salındı03.03.2026 - 18:51
Çəki niyə artır? - Metabolizmin gizli tərəfləri03.03.2026 - 18:50
Azərbaycan rəssamları Gürcüstanda beynəlxalq sərgidə iştirak edirlər03.03.2026 - 18:45
Ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib03.03.2026 - 18:44
DünyaBu məşğuliyyət yaşlılarda depressiya simptomlarını azaldır03.03.2026 - 18:44
"Cansız Yer" modeli alimləri təəccübləndirdi03.03.2026 - 18:40
Sağlam yuxunun müddəti müəyyən edildi03.03.2026 - 18:38
Bəzi yerlərdə külək güclənəcək03.03.2026 - 18:36
Həftəlik və günlük iş normalarına yenidən baxılması ilə bağlı təklif03.03.2026 - 18:30
BMU-da Mikayıl Müşfiqin yaradıcılığına həsr olunan TƏDBİR03.03.2026 - 18:30
Araz Paşayev: AHİK tabeliyindəki mərkəzlərdə 980 nəfər istirahət edib03.03.2026 - 18:23
Bu ölkədə hamı türkcə danışır03.03.2026 - 18:22
Saatlı məktəbliləri zərərli vərdişlərdən qorunma yolları haqqında məlumatlandırılıblar03.03.2026 - 18:16
Kəlbəcərdə Od çərşənbəsi tonqalı qalanıb03.03.2026 - 18:15
“Zərif Zəfər” – qadınların uğur və həmrəylik platforması03.03.2026 - 18:10
Görmə qabiliyyəti məhdud şəxslər üçün sənədləri "səsli imzalama" mexanizmi təklif edildi03.03.2026 - 18:10
Elçin Muradov: “Məktəblərdə nizam-intizam təmin olunmadan layihələrdən ciddi nəticə gözləmək çətindir”03.03.2026 - 18:05
Bakı “Beynəlxalq Xalça Festivalı 2026”ya hazırlaşır03.03.2026 - 18:04
Magistraturaya qəbul imtahanının ikinci cəhdinin qeydiyyat tarixi açıqlandı03.03.2026 - 18:00
"Nəsimi” operasının ilk dəfə süni zəka ilə hazırlanmış səhnə tərtibatı03.03.2026 - 18:00
Azərbaycan Kinematoqrafçılar İttifaqı iki filmə maliyyə dəstəyi ayırıb03.03.2026 - 17:55
Elvin Abbasov: “Kiberdələduzlar insan psixologiyasındakı zəif nöqtələri hədəf alır”03.03.2026 - 17:55
Tələbələr vikinq cəsədləri tapdı: Ölüm səbəbləri budur - Foto03.03.2026 - 17:52
Rəssamlıqdan ədəbiyyata: Tarixi romanlarımızın ustadı Fərman Kərimzadəni anırıq03.03.2026 - 17:50
Dağlarda yaşayanların qan şəkərinin yüksək olma ehtimalı daha azdır: yeni kəşf03.03.2026 - 17:48
Prezident Kitabxanasında professor Mahirə Hüseynovanın kitabının təqdimatı olub03.03.2026 - 17:46
Sabahın tibbi-meteoroloji PROQNOZU03.03.2026 - 17:43
Azərbaycan rəssamlarının əsərləri Tbilisidə nümayiş etdirilir03.03.2026 - 17:40
Uşaqlarla bağlı bu qadağalar qəbul edildi03.03.2026 - 17:40
Azərbaycanda planşetlərdə "Android"in payı bir ildə 13 % azalıb03.03.2026 - 17:37
BDU komandası respublika üzrə proqramlaşdırma müsabiqəsində III yeri tutub03.03.2026 - 17:33
“AniPay”in fəaliyyəti dayandırılır03.03.2026 - 17:30
Azərbaycanda axtarış sistemləri arasında "Google"un payı fevralda 18 % azalıb03.03.2026 - 17:30
RFO-nun informatika fənni üzrə buraxılış vərəqələri verilir03.03.2026 - 17:26
"Azercell"in "Oflayn qadınlar" layihəsi beynəlxalq mükafata layiq görülüb03.03.2026 - 17:21
Mülkiyyət hüququna xitam verilməsinin bəzi cəhətləri - elmi seminar03.03.2026 - 17:21
Beyləqanda Bədən Tərbiyəsi və İdman Günü qeyd edildi03.03.2026 - 17:20
WUF13 şəhərsalma ilə bağlı aktual məsələləri müzakirə etmək üçün qlobal platformadır03.03.2026 - 17:16
“Müasir linqvistik paradiqmalar” - elmi seminar03.03.2026 - 17:12
Səfəvilərin İranda tikdirdiyi tarixi saraya da zərər dəyib03.03.2026 - 17:10
Tamaşaçıların istəyi ilə "Sən-Kralsan!" müziklı yenidən nümayiş olunacaq03.03.2026 - 17:10