Təhsil 365 - Logo Mobile

Mülkiyyət hüququna xitam verilməsinin bəzi cəhətləri - elmi seminar

8103.03.2026 - 17:21
Mülkiyyət hüququna xitam verilməsinin bəzi cəhətləri - elmi seminar

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə 27 mart - Azərbaycanda Elm Gününə həsr olunmuş “Mülkiyyətçinin iradəsi ilə və iradəsinə zidd mülkiyyət hüququna xitam verilməsinin bəzi cəhətləri” mövzusunda elmi seminar təşkil edilib.

Bu barədə “Tehsil365"ə BDU-dan məlumat verilib.

Tədbiri açan Mülki hüquq kafedrasının müdiri Şükür Yusifov seminarın mövzusunun müasir mülki hüquq baxımından aktual olduğunu vurğulayaraq, mülkiyyət hüququnun xitamı ilə bağlı məsələlərin həm nəzəri, həm də praktiki əhəmiyyət daşıdığını bildirib.

BDU-nun Mülki hüquq kafedrasının doktorantı Nərmin Eminli məruzə ilə çıxış edib. O, mülki hüquqda mülkiyyət hüququ institutunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, bu hüququn cəmiyyətin iqtisadi əsaslarının formalaşmasında və mülki dövriyyənin sabitliyinin təmin olunmasında xüsusi rol oynadığını bildirib.

Məruzəçi mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə diqqət çəkib, bu prinsipin Azərbaycan Respublikasının Konstitusiyasında birbaşa təsbit olunduğunu qeyd edib. Bildirib ki, ölkənin iqtisadi rifahı və hüquqi dövlət quruculuğu birbaşa mülkiyyət hüquqlarının etibarlı müdafiəsindən asılıdır. Bu baxımdan mülkiyyət hüququna xitam verilməsinin əsasları və qaydalarının qanunvericilikdə dəqiq tənzimlənməsi mühüm əhəmiyyət daşıyır.

Məruzədə mülkiyyət hüququna xitam verilməsinin mülkiyyətçinin iradəsi ilə baş verən halları, o cümlədən özgəninkiləşdirmə, imtina və könüllü sərəncam vermə, eləcə də mülkiyyətçinin iradəsinə zidd olaraq baş verən hallar, xüsusilə rekvizisiya, mülkiyyət obyektinin məhvi, subyektin ölümü və hüquq qabiliyyətinin xitamı Mülki Məcəllənin müvafiq normaları əsasında geniş şəkildə təhlil olunub.

Nərmin Mustafayeva

Xəbər Lenti

NDU tələbələri təcrübədə iştirak etdilər 23.10.2026 - 19:39
NDU Çinlə əməkdaşlıq qurdu23.10.2026 - 19:35
Kitabxana sərgisi davam edir23.10.2026 - 19:30
ADNSU tələbələri qalib oldular23.10.2026 - 19:15
ADNSU-da görüş keçirildi23.10.2026 - 19:09
ADNSU-da təlim keçirildi23.10.2026 - 19:03
ADNSU-da festival keçirildi23.10.2026 - 19:00
ADNSU Daşkənd Kimyo Universiteti ilə görüşü baş tutdu23.10.2026 - 18:53
ADNSU Özbəkistanda görüş keçirdi23.10.2026 - 18:47
ADU-da tədbir keçirildi23.10.2026 - 18:41
ADU Elmi Şurası iclas keçirdi23.10.2026 - 18:37
Azərbaycan Universitetində “29 imza…” sənədli filmi nümayiş olunub23.10.2026 - 18:32
ADU-da sinif seminarı keçirildi23.10.2026 - 18:28
LDU tələbələrinin yetişdirdiyi meyvələr uşaq evlərinə paylanıb23.10.2026 - 18:24
ADU-da Türk Dünyası layihəsi hazırlanıb23.10.2026 - 18:23
Bakı məktəblərində təhsilin keyfiyyətinin artırılması müzakirə edilib23.10.2026 - 18:11
Universitetlər tələbəyə nə qədər təqaüd verir?23.10.2026 - 18:01
Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara CAVAB23.10.2026 - 17:57
MDU-da su təhlükəsizliyi və bəndlərdə qəza riskləri müzakirə edilib23.10.2026 - 17:56
VIII Avrasiya Konfransı: MDU-da su təhlükəsizliyi müzakirə olunub23.10.2026 - 17:53
Əlyazmalar İnstitutunun nəşrləri Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur23.10.2026 - 17:49
Azərbaycanın coğrafi məlumatları vahid kataloqda toplanır23.10.2026 - 17:46
Həsrəddin Quliyev “Dünyanın ən nüfuzlu 2% alimi” siyahısına daxil edilib.23.10.2026 - 17:44
Qarabağ Universitetinin 50 tələbəsi IT proqramını yekunlaşdırıb23.10.2026 - 17:41
Darren Simpson: Bakı Beynəlxalq Kitab Sərgisi gənc nəslin mütaliəyə marağını artırır23.10.2026 - 17:40
“ Bu, müstəqillik dövrümüzün ən vacib filmidir" - Rəşad Əzizov23.10.2026 - 17:37
Somali səfiri Bakı Ali Neft Məktəbində olub23.10.2026 - 17:32
Dövlət İmtahan Mərkəzində elmi-metodik seminarlar keçirilib23.10.2026 - 17:24
Şəkinin daxili turizm imkanları əldə edilib │FOTOLAR23.10.2026 - 17:24
QHT sədri: "SOCGOV 2026" sosial xidmətlərin gələcəyinə yeni baxış formalaşdırır23.10.2026 - 17:19
Zeytun Festivalı başlayıb23.10.2026 - 17:19
Dövlət qulluqçuları üçün təlimlər keçirilib23.10.2026 - 17:16
Nazir müavini Səmərqənddə keçirilən Qlobal Sammitində iştirak edib23.10.2026 - 17:14
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb23.10.2026 - 17:12
Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda bunu alacağımı heç fikirləşməzdim23.10.2026 - 17:09
UFAZ məzununun elmi məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc olunub23.10.2026 - 17:07
“Ünsiyyət bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib23.10.2026 - 17:01
“Kadrların seçilməsi” mövzusunda təlim təşkil olunub23.10.2026 - 17:00
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllim23.10.2026 - 16:54
NDU ilə Şanxay Mühəndislik Elmləri Universiteti arasında ikili diplom və digər əməkdaşlıq imkanları müzakirə olunub23.10.2026 - 16:35
Azərbaycanda doktorantların sayı açıqlanıb23.10.2026 - 16:18
“İlin gənc müəllimi-2026” - Ən yaxşı 50 müəllimin SİYAHISI23.10.2026 - 11:26
Müəllimin əlavə işinin maaşa təsiri aydın olmalıdır - AÇIQLAMA23.10.2026 - 11:18
Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb23.10.2026 - 11:14
Emin Əmrullayev: 20 ildən sonra rəhbər vəzifələrdə qadınların sayı daha çox olacaq23.10.2026 - 11:11
Təhsilin İnkişafı Fondunun direktoru: Qızların təhsili cəmiyyətin gələcəyinə qoyulan sərmayədir23.10.2026 - 11:09
MATE ilə Azərbaycan universitetləri arasında əməkdaşlıq müzakirə olunub23.10.2026 - 11:07
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib23.10.2026 - 11:03