Təhsil 365 - Logo Mobile

Bağırsaq xərçəngi riskini artıran böyük təhlükə

7303.03.2026 - 16:32
Bağırsaq xərçəngi riskini artıran böyük təhlükə

40-48 yaş aralığında olan insanlarda bağırsaq xərçəngi diaqnozu daha tez-tez qoyulmağa başlayıb. Halbuki əvvəllər bu xəstəlik əsasən yaşlılara aid hesab olunurdu.

“Tehsil365“ bildirir ki, bu barədə rusiyalı onkoloq-cərrah Qleb Xrebtov "Lenta.ru" nəşrinə müsahibəsində danışıb.

Həkim xəstəliyin əsas risk faktorunu da açıqlayıb.

Onun sözlərinə görə, bağırsaq xərçənginin artmasının başlıca səbəbi rəqəmsal texnologiyalar dövründə normaya çevrilmiş oturaq həyat tərzidir.

"Ofis işi, məsafədən çalışma, kompüterdən daimi istifadə - bütün bunlar insanların günün böyük hissəsini oturaq vəziyyətdə keçirməsinə səbəb olur. Axşam saatlarında isə vəziyyət çox vaxt dəyişmir: insanlar divanda televizor qarşısında və ya yenidən notbuk arxasında vaxt keçirirlər. Nəticədə günün əksər hissəsi ya oturaq, ya da uzanıqlı vəziyyətdə keçir", - deyə onkoloq izah edib.

Qleb Xrebtov qeyd edib ki, belə həyat tərzi davamlı qəbizlik, bağırsaq hərəkətliliyinin pozulması və xroniki iltihabi proseslərin yaranmasına səbəb ola bilər. Zamanla bu dəyişikliklər xərçəngönü vəziyyətə çevrilə və nəticədə bədxassəli şişlərin inkişafına gətirib çıxara bilər.

Onun sözlərinə görə, az hərəkətli həyat tərzi keçirən şəxslərdə kolorektal xərçəng riski müntəzəm hərəkət edən və idmanla məşğul olan insanlarla müqayisədə bir neçə dəfə yüksək ola bilər.

Mehriban İbadova

Xəbər Lenti

Cəmilə Haşımovanın gözəllik və harmoniya dünyası Milli Xalça Muzeyində03.03.2026 - 19:24
Bağlanan özəl universitetin binası BDU-ya verildi03.03.2026 - 19:18
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib03.03.2026 - 19:14
Direktorlar üçün növbəti təlim-seminarlar keçirilib03.03.2026 - 19:12
“Rəqəmsal təhsil ənənəvi təhsili əvəz edə bilərmi?” – Ekspert rəyi03.03.2026 - 19:06
Bu ay şimal işıqlarını görmək nadir fürsət olacaq03.03.2026 - 19:02
Teyyub Aslanov: Operaların səhnələşdirilməsi gənclərin bu sahəyə marağını artırır03.03.2026 - 19:00
Beynəlxalq imtahanlar təhlükəsizlik səbəbindən təxirə salındı03.03.2026 - 18:51
Çəki niyə artır? - Metabolizmin gizli tərəfləri03.03.2026 - 18:50
Azərbaycan rəssamları Gürcüstanda beynəlxalq sərgidə iştirak edirlər03.03.2026 - 18:45
Ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib03.03.2026 - 18:44
DünyaBu məşğuliyyət yaşlılarda depressiya simptomlarını azaldır03.03.2026 - 18:44
"Cansız Yer" modeli alimləri təəccübləndirdi03.03.2026 - 18:40
Sağlam yuxunun müddəti müəyyən edildi03.03.2026 - 18:38
Bəzi yerlərdə külək güclənəcək03.03.2026 - 18:36
BMU-da Mikayıl Müşfiqin yaradıcılığına həsr olunan TƏDBİR03.03.2026 - 18:30
Həftəlik və günlük iş normalarına yenidən baxılması ilə bağlı təklif03.03.2026 - 18:30
Araz Paşayev: AHİK tabeliyindəki mərkəzlərdə 980 nəfər istirahət edib03.03.2026 - 18:23
Bu ölkədə hamı türkcə danışır03.03.2026 - 18:22
Saatlı məktəbliləri zərərli vərdişlərdən qorunma yolları haqqında məlumatlandırılıblar03.03.2026 - 18:16
Kəlbəcərdə Od çərşənbəsi tonqalı qalanıb03.03.2026 - 18:15
Görmə qabiliyyəti məhdud şəxslər üçün sənədləri "səsli imzalama" mexanizmi təklif edildi03.03.2026 - 18:10
“Zərif Zəfər” – qadınların uğur və həmrəylik platforması03.03.2026 - 18:10
Elçin Muradov: “Məktəblərdə nizam-intizam təmin olunmadan layihələrdən ciddi nəticə gözləmək çətindir”03.03.2026 - 18:05
Bakı “Beynəlxalq Xalça Festivalı 2026”ya hazırlaşır03.03.2026 - 18:04
Magistraturaya qəbul imtahanının ikinci cəhdinin qeydiyyat tarixi açıqlandı03.03.2026 - 18:00
"Nəsimi” operasının ilk dəfə süni zəka ilə hazırlanmış səhnə tərtibatı03.03.2026 - 18:00
Elvin Abbasov: “Kiberdələduzlar insan psixologiyasındakı zəif nöqtələri hədəf alır”03.03.2026 - 17:55
Azərbaycan Kinematoqrafçılar İttifaqı iki filmə maliyyə dəstəyi ayırıb03.03.2026 - 17:55
Tələbələr vikinq cəsədləri tapdı: Ölüm səbəbləri budur - Foto03.03.2026 - 17:52
Rəssamlıqdan ədəbiyyata: Tarixi romanlarımızın ustadı Fərman Kərimzadəni anırıq03.03.2026 - 17:50
Dağlarda yaşayanların qan şəkərinin yüksək olma ehtimalı daha azdır: yeni kəşf03.03.2026 - 17:48
Prezident Kitabxanasında professor Mahirə Hüseynovanın kitabının təqdimatı olub03.03.2026 - 17:46
Sabahın tibbi-meteoroloji PROQNOZU03.03.2026 - 17:43
Uşaqlarla bağlı bu qadağalar qəbul edildi03.03.2026 - 17:40
Azərbaycan rəssamlarının əsərləri Tbilisidə nümayiş etdirilir03.03.2026 - 17:40
Azərbaycanda planşetlərdə "Android"in payı bir ildə 13 % azalıb03.03.2026 - 17:37
BDU komandası respublika üzrə proqramlaşdırma müsabiqəsində III yeri tutub03.03.2026 - 17:33
“AniPay”in fəaliyyəti dayandırılır03.03.2026 - 17:30
Azərbaycanda axtarış sistemləri arasında "Google"un payı fevralda 18 % azalıb03.03.2026 - 17:30
RFO-nun informatika fənni üzrə buraxılış vərəqələri verilir03.03.2026 - 17:26
Mülkiyyət hüququna xitam verilməsinin bəzi cəhətləri - elmi seminar03.03.2026 - 17:21
"Azercell"in "Oflayn qadınlar" layihəsi beynəlxalq mükafata layiq görülüb03.03.2026 - 17:21
Beyləqanda Bədən Tərbiyəsi və İdman Günü qeyd edildi03.03.2026 - 17:20
WUF13 şəhərsalma ilə bağlı aktual məsələləri müzakirə etmək üçün qlobal platformadır03.03.2026 - 17:16
“Müasir linqvistik paradiqmalar” - elmi seminar03.03.2026 - 17:12
Səfəvilərin İranda tikdirdiyi tarixi saraya da zərər dəyib03.03.2026 - 17:10
Tamaşaçıların istəyi ilə "Sən-Kralsan!" müziklı yenidən nümayiş olunacaq03.03.2026 - 17:10