Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi fevral ayında ittifaq üzvlərinə sanatoriya-kurort yollayışları təqdim edərək onların Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tabeliyində fəaliyyət göstərən müalicə və istirahət mərkəzlərindən yararlanmasına şərait yaradıb.
Bu barədə “Tehsil365"ə ETİHİ-dən məlumat verilib.
Üzvlər e-AHİK elektron rezervasiya sistemi (www.e-ahik.az) vasitəsilə qeydiyyatdan keçərək bu imkandan faydalanıblar.
Ay ərzində ümumilikdə 980 nəfər yollayışlardan istifadə edib.

