Təhsil 365 - Logo Mobile

Tamaşaçıların istəyi ilə "Sən-Kralsan!" müziklı yenidən nümayiş olunacaq

9403.03.2026 - 17:10
Tamaşaçıların istəyi ilə "Sən-Kralsan!" müziklı yenidən nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı çoxsaylı tamaşaçı istəklərini nəzərə alaraq, əfsanəvi müğənni Elvis Preslinin yaradıcılığına həsr olunmuş "Sən - Kralsan!" müziklının martın 28-də təkrar nümayişini həyata keçirəcək.

“Tehsil365“ Report-a istinadən xəbər verir ki, tamaşa üçün bütün hitlərin unikal orkestr versiyaları yaradılıb, bunun sayəsində əsl "rok-n-roll" musiqi direktoru və dirijor Cavad Tağızadənin rəhbərliyi altında simfonik orkestr tərəfindən ifa edilir.

Tamaşanın qəhrəmanları arasındakı mürəkkəb münasibətlər, intriqalar və etiraflar vokal partiyalarda və canlı rəqs nömrələrində davam edir. İnanılmaz səslər və baletmeyster Kamilə Əliyevanın möhtəşəm xoreoqrafiyası unudulmaz bayram ab-havası yaradır. Aktyorların enerjisi və xormeyster Vaqif Məstanovun rəhbərliyi altında xorun peşəkar işi tamaşanı ən yaxşı Brodvey şouları ilə müqayisə edilə bilən böyük miqyaslı musiqi bayramına çevirir. Aktyorlar və musiqiçilər sadəcə oynamırlar – onlar bu tamaşada yaşayır, tamaşaçı ilə emosiya və hisslərini bölüşürlər.

Qeyd edək ki, XX əsrin kommersiya baxımından ən uğurlu populyar musiqiçilərindən hesab edilən Presli kantri və blüzu birləşdirərək yeni musiqi üslubu olan rokabilli yaradıb.

1950-ci illərin ortalarında ilk səs yazılarından başlayaraq bu üsluba müraciət edən dünya şöhrətli musiqiçi "That's All Right", "Blue Suede Shoes", "Tutti Frutti", "Hound Dog" kimi mahnıları xüsusi tərzdə yenidən ifa edib.

"Rok-n-roll Kralı" ümumilikdə 150-dən çox albomu qızıl, platin və multi-platin statusu alıb, onlarla albomu isə dünya hit-paradlarında lider mövqe tutub.

Yazdığı 786 mahnıdan altısı "Rok-n-rollu formalaşdıran mahnılar" siyahısına daxil edilib.

"Rolling Stone" jurnalı onu bütün zamanların ən böyük müğənnilərinin sırasında üçüncü hesab edib.

31 bədii filmdə də rol alan əfsanəvi sənətçi "Bütün dövrlərin 50 ən böyük sənətçisi" siyahısında da 3-cü yerə layiq görülüb.

"Sən - Kralsan!" tamaşasında əfsanəvi müğənninin 18 hiti istifadə olunub.

Biletləri bu link vasitəsilə əldə etmək mümkündür.

Mehriban İbadova

Xəbər Lenti

Cəmilə Haşımovanın gözəllik və harmoniya dünyası Milli Xalça Muzeyində03.03.2026 - 19:24
Bağlanan özəl universitetin binası BDU-ya verildi03.03.2026 - 19:18
Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib03.03.2026 - 19:14
Direktorlar üçün növbəti təlim-seminarlar keçirilib03.03.2026 - 19:12
“Rəqəmsal təhsil ənənəvi təhsili əvəz edə bilərmi?” – Ekspert rəyi03.03.2026 - 19:06
Bu ay şimal işıqlarını görmək nadir fürsət olacaq03.03.2026 - 19:02
Teyyub Aslanov: Operaların səhnələşdirilməsi gənclərin bu sahəyə marağını artırır03.03.2026 - 19:00
Beynəlxalq imtahanlar təhlükəsizlik səbəbindən təxirə salındı03.03.2026 - 18:51
Çəki niyə artır? - Metabolizmin gizli tərəfləri03.03.2026 - 18:50
Azərbaycan rəssamları Gürcüstanda beynəlxalq sərgidə iştirak edirlər03.03.2026 - 18:45
DünyaBu məşğuliyyət yaşlılarda depressiya simptomlarını azaldır03.03.2026 - 18:44
Ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib03.03.2026 - 18:44
"Cansız Yer" modeli alimləri təəccübləndirdi03.03.2026 - 18:40
Sağlam yuxunun müddəti müəyyən edildi03.03.2026 - 18:38
Bəzi yerlərdə külək güclənəcək03.03.2026 - 18:36
BMU-da Mikayıl Müşfiqin yaradıcılığına həsr olunan TƏDBİR03.03.2026 - 18:30
Həftəlik və günlük iş normalarına yenidən baxılması ilə bağlı təklif03.03.2026 - 18:30
Araz Paşayev: AHİK tabeliyindəki mərkəzlərdə 980 nəfər istirahət edib03.03.2026 - 18:23
Bu ölkədə hamı türkcə danışır03.03.2026 - 18:22
Saatlı məktəbliləri zərərli vərdişlərdən qorunma yolları haqqında məlumatlandırılıblar03.03.2026 - 18:16
Kəlbəcərdə Od çərşənbəsi tonqalı qalanıb03.03.2026 - 18:15
“Zərif Zəfər” – qadınların uğur və həmrəylik platforması03.03.2026 - 18:10
Görmə qabiliyyəti məhdud şəxslər üçün sənədləri "səsli imzalama" mexanizmi təklif edildi03.03.2026 - 18:10
Elçin Muradov: “Məktəblərdə nizam-intizam təmin olunmadan layihələrdən ciddi nəticə gözləmək çətindir”03.03.2026 - 18:05
Bakı “Beynəlxalq Xalça Festivalı 2026”ya hazırlaşır03.03.2026 - 18:04
Magistraturaya qəbul imtahanının ikinci cəhdinin qeydiyyat tarixi açıqlandı03.03.2026 - 18:00
"Nəsimi” operasının ilk dəfə süni zəka ilə hazırlanmış səhnə tərtibatı03.03.2026 - 18:00
Elvin Abbasov: “Kiberdələduzlar insan psixologiyasındakı zəif nöqtələri hədəf alır”03.03.2026 - 17:55
Azərbaycan Kinematoqrafçılar İttifaqı iki filmə maliyyə dəstəyi ayırıb03.03.2026 - 17:55
Tələbələr vikinq cəsədləri tapdı: Ölüm səbəbləri budur - Foto03.03.2026 - 17:52
Rəssamlıqdan ədəbiyyata: Tarixi romanlarımızın ustadı Fərman Kərimzadəni anırıq03.03.2026 - 17:50
Dağlarda yaşayanların qan şəkərinin yüksək olma ehtimalı daha azdır: yeni kəşf03.03.2026 - 17:48
Prezident Kitabxanasında professor Mahirə Hüseynovanın kitabının təqdimatı olub03.03.2026 - 17:46
Sabahın tibbi-meteoroloji PROQNOZU03.03.2026 - 17:43
Uşaqlarla bağlı bu qadağalar qəbul edildi03.03.2026 - 17:40
Azərbaycan rəssamlarının əsərləri Tbilisidə nümayiş etdirilir03.03.2026 - 17:40
Azərbaycanda planşetlərdə "Android"in payı bir ildə 13 % azalıb03.03.2026 - 17:37
BDU komandası respublika üzrə proqramlaşdırma müsabiqəsində III yeri tutub03.03.2026 - 17:33
“AniPay”in fəaliyyəti dayandırılır03.03.2026 - 17:30
Azərbaycanda axtarış sistemləri arasında "Google"un payı fevralda 18 % azalıb03.03.2026 - 17:30
RFO-nun informatika fənni üzrə buraxılış vərəqələri verilir03.03.2026 - 17:26
Mülkiyyət hüququna xitam verilməsinin bəzi cəhətləri - elmi seminar03.03.2026 - 17:21
"Azercell"in "Oflayn qadınlar" layihəsi beynəlxalq mükafata layiq görülüb03.03.2026 - 17:21
Beyləqanda Bədən Tərbiyəsi və İdman Günü qeyd edildi03.03.2026 - 17:20
WUF13 şəhərsalma ilə bağlı aktual məsələləri müzakirə etmək üçün qlobal platformadır03.03.2026 - 17:16
“Müasir linqvistik paradiqmalar” - elmi seminar03.03.2026 - 17:12
Səfəvilərin İranda tikdirdiyi tarixi saraya da zərər dəyib03.03.2026 - 17:10