Kosovada türk dilinin gündəlik həyatda və rəsmi münasibətlərdə rolu xeyli artıb.
“Tehsil365” xarici mediaya istinadla xəbər verir ki, Kosovada türk dilinə olan maraq son dövrlərdə xüsusilə artıb və bir çox bölgələrdə əsas ünsiyyət dili kimi istifadə olunur.
Osmanlı dövründən miras qalmış mədəni və tarixi əlaqələr, dilin yerli əhali arasında dərin köklər salmasına səbəb olub.
Prizrendən Priştinaya qədər böyük bir coğrafiyada türk dilinin tədris edildiyi məktəblər və yerli media vasitələri bu sahədə daha münbit şəraitin yaranmasına səbəb olub. Həmçinin Türkiyədən gələn turistlərin sayının artması da türkcənin yayılmasına müsbət təsir göstərir. Kosovanın bir çox bölgəsində rəsmi və sosial həyatda türk dilinin rolu bu ölkənin mədəni müxtəlifliyinin mühüm simvoluna çevrilib. Bu inkişaf Türkiyə və Kosova arasında tarixi və sosial əlaqələrin daha da güclənməsinə təkan verir.
Qeyd edək ki, bəzi bələdiyyələr türk dilinin rəsmi status daşıması ilə bağlı qərar qəbul edib

