Martın 4-də Azərbaycanın görkəmli karateçisi Rafael Ağayevin doğum günü tamam olur.
“Tehsil365” xəbər verir ki, 1985-ci ildə Sumqayıt şəhərində anadan olan Rafael Ağayev idmana erkən yaşlarından başlayıb və qısa müddətdə istedadı ilə seçilib. O, Azərbaycan karate tarixində ən titullu idmançılardan biri kimi tanınır.
Rafael Ağayev karyerası ərzində 5 dəfə dünya çempionu, 11 dəfə Avropa çempionu adına layiq görülərək ölkəmizin idman salnaməsinə qızıl hərflərlə adını yazdırıb. O, həmçinin beynəlxalq turnirlərdə qazandığı çoxsaylı medallarla Azərbaycan bayrağını yüksəklərə qaldırıb.
Təcrübəsi, texnikası və döyüş ruhu ilə seçilən Rafael Ağayev bu gün də gənc idmançılar üçün nümunə hesab olunur və Azərbaycan karate məktəbinin inkişafında mühüm rol oynayır.

