Martın 4-də Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən karateçi İrina İqorevna Zaretskanın doğum günü qeyd olunur.
“Tehsil365” xəbər verir ki, 1996-cı ildə Ukraynanın Odessa şəhərində anadan olan İrina Zaretska sonradan Azərbaycan millisinin heyətində çıxış etməyə başlayıb və qısa müddətdə böyük uğurlara imza atıb.
O, 2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçirilən 2020 Yay Olimpiya Oyunları zamanı karate yarışlarında gümüş medal qazanaraq Azərbaycan idman tarixinə adını yazdırıb.
Bundan əlavə, İrina Zaretska İslam Həmrəyliyi Oyunları çərçivəsində 2017-ci ildə Bakıda, 2021-ci ildə Konyada və 2025-ci ildə Ər-Riyadda keçirilən yarışların qalibi olaraq üçqat çempionluq sevinci yaşayıb.
Güclü texnikası, taktiki düşüncəsi və döyüş əzmi ilə seçilən İrina Zaretska bu gün də Azərbaycan karate məktəbinin aparıcı simalarından biri kimi çıxış edir və yeni qələbələrə doğru irəliləyir.

