Təhsil 365 - Logo Mobile

Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər - FOTO

8104.03.2026 - 10:28
Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər - FOTO

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Ankarada UNESCO Türkiyə üzrə Milli Komissiyasının sədri, professor Mehmet Öcal Oğuzla görüşüb.

İnstitutdan “Tehsil365"ə bildirilib ki, görüşdə Hikmət Quliyev AMEA Folklor İnstitutunda aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr, institutun strukturu, elmi-metodoloji baxımdan yenilənmə prosesi, folklorun dinamik mədəni sistem kimi dərk olunması və araşdırılması istiqamətində görülən işlər, rəqəmsal transformasiyalar və internet folkloru sahəsində həyata keçirilən araşdırmalar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, müasir mərhələdə folklorun yalnız mətn kimi deyil, kollektiv mədəni yaddaş, milli kimlik və sosial kommunikativ sistemi kimi öyrənilməsi prioritet istiqamət olaraq müəyyənləşdirilib.

UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş çoxmillətli irs nümunələrinin qorunması, sənədləşdirilməsi və nəsildən-nəslə ötürülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə mümkün elmi və institusional əməkdaşlıq perspektivləri müzakirə edilib. Xüsusilə türk xalqlarının ortaq qeyri-maddi mədəni irs elementlərinin birgə tədqiqi və beynəlxalq platformalarda təqdimatı istiqamətində əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində Hikmət Quliyev professor M.Öcal Oğuza türk folklorunun metodoloji əsaslarla araşdırılması, qorunması və beynəlxalq elmi-mədəni mühitdə tanıdılmasına verdiyi töhfələrə görə plaket təqdim edib. Eyni zamanda o, Folklor İnstitutu tərəfindən nəşr olunan “Qərbi Azərbaycan folkloru” seriyasından 5 cild kitabı, müəllifi olduğu müdrik qoca arxetipi və internet folkloru ilə bağlı monoqrafiyalarını türkiyəli professora təqdim edib.

Görüşdə Ankara Hacı Bayram Vəli Universitetinin professoru Konuralp Ercilasun, Folklor İnstitutunun əməkdaşı, dosent Aynur İbrahimova və UNESCO üzrə Türkiyə Milli Komissiyasının baş katib müavini vəzifəsini icra edən Özge Züleyha Ömeroğlu da iştirak ediblər.

Sonda Hikmət Quliyevə UNESCO Türkiyə üzrə Milli Komissiyasının nəşr etdiyi nüfuzlu kitablar toplusu hədiyyə olunub.

Aydan Ələkbərova

Xəbər Lenti

Azərbaycan Mühəndislik Akademiyası – mühəndislik düşüncəsi fəaliyyətdədir04.03.2026 - 15:00
“TəhsilPlus” Müəllimlərə Minnətdarlıq Mesajı Göndərir04.03.2026 - 14:56
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi - FOTO04.03.2026 - 14:46
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR04.03.2026 - 14:39
DİM ictimaiyyətlə açıq görüş keçirib - FOTO04.03.2026 - 14:31
Hər 100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46 fakt təşkil edir – Nazir müavini İsmət Əliyev04.03.2026 - 14:25
Ali təhsildə qızlar humanitar, oğlanlar texniki sahələri üstün tutur – Nazir müavini 04.03.2026 - 14:12
Qarabağ Universitetində yeni fakültə açılacaq04.03.2026 - 14:01
Nazir müavini “Təhsil haqqında” qanuna gender bərabərliyi ilə bağlı dəyişiklik təklif etdi04.03.2026 - 13:52
BMU-nun rektoru əcnəbi tələbələrlə görüşüb - FOTO04.03.2026 - 13:44
Naxçıvanda peşə təhsilində keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb - FOTO04.03.2026 - 13:36
Bu il neçə erkən nikahın qarşısı alınıb... - RƏSMİ CAVAB04.03.2026 - 13:30
Bu universitetdə ixtisas üzrə qəbul balı ENƏCƏK04.03.2026 - 13:19
BMU-nun 85 tələbəsi beynəlxalq İT təhsili proqramına qəbul olunub - FOTO04.03.2026 - 13:08
Qurban Səidin "Əli və Nino" romanı ləzgi dilində çap olunub04.03.2026 - 12:56
“TəhsilPlus” kartları müəllimlərə verilir04.03.2026 - 12:49
İranın Küveytə dron hücumu zamanı 11 yaşlı qız ölüb04.03.2026 - 12:38
Birinci kurs tələbəsinin quruluş verdiyi tamaşanın premyerası olub - FOTOLAR04.03.2026 - 12:27
Akif Marifli: Çanaqqala zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsidir - FOTOLAR04.03.2026 - 12:16
Professor Nadir Məmmədli: Bakı Qurultayı türk xalqlarının mədəni birliyinin tarixi təməlidir - FOTO04.03.2026 - 12:05
Sağlamlıq imkanı məhdud olan bu qədər şagird buraxılış imtahanı verəcək04.03.2026 - 11:51
BDU-nun 10 tələbəsinə “Həmkarlar İttifaqı təqaüdü” verilib - FOTO04.03.2026 - 11:46
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında 89 nəfər müəyyən edilmiş şərtləri ödəyib04.03.2026 - 11:40
Turizmdə düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma yerli dəyərlərin qorunmasına xidmət edə bilər - FOTO04.03.2026 - 11:34
Professor: Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır - FOTO04.03.2026 - 11:27
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik olacaq? 04.03.2026 - 11:20
DİM-də TOEFL iBT imtahanı keçirilib04.03.2026 - 11:10
BMU-nun 8 tələbəsi adlı təqaüdə layiq görülüb - FOTO04.03.2026 - 11:00
Milli yaddaşın qorunması: ADU-da tarixi həqiqətlər və mədəniyyət nümunələri təqdim edilib - FOTOLAR04.03.2026 - 10:50
Həyat elmlərində süni intellekt qərarverici amil kimi: hibrid model mexanizmlərinin qurulması04.03.2026 - 10:42
Nazir: Direktorun əsas fəaliyyəti sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır - FOTO04.03.2026 - 10:35
“Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında” - FOTO04.03.2026 - 10:20
8 Martda müəllimlərə hədiyyə qadağan edilib04.03.2026 - 10:09
“Ayı” adlı tamaşanın premyerası keçirilib - FOTO04.03.2026 - 10:00
"İmtahan dövründə psixoloji dəstək vacibdir" - Validə Tağıyeva04.03.2026 - 09:55
“Dərslərdə öyrəndiklərim mənə gündəlik həyatda kömək edir” - Yusif Quliyev 04.03.2026 - 09:45
Uşaqların psixoloji sağlamlığı məktəbdə düzgün dəstəkdən asılıdır - Arzu Fərəcova04.03.2026 - 09:35
Azərbaycan Universitetləri - ARAŞDIRMA 04.03.2026 - 09:25
"Məktəb fobiyası uşaqların təhsilinə təsir edir" - Psixoloq Fəridə Qulamova04.03.2026 - 09:15
Tarixi hadisələrin dəyişməsi elmi araşdırmalarla bağlıdır — Səbuhi Kamal04.03.2026 - 09:05
Martın 9-da buraxılış imtahanı keçiriləcək - BÖLGƏLƏR04.03.2026 - 09:02
EATDA-da "ZEISS" şirkətinin təmsilçisi ilə görüş keçirilib04.03.2026 - 09:00
Gözə xeyir olan təbii qidalar04.03.2026 - 08:55
Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar nələrdir?04.03.2026 - 08:48
Nazir yeni təyin olunan məktəb direktorları ilə görüşüb04.03.2026 - 08:38
5 dəqiqəlik yuxu sağlamlıq üçün faydalıdır04.03.2026 - 08:30
Bu içkilər yaddaşı möhkəmləndirir04.03.2026 - 08:20