Təhsil 365 - Logo Mobile

Akif Marifli: Çanaqqala zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsidir - FOTOLAR

7004.03.2026 - 12:16
Akif Marifli: Çanaqqala zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsidir - FOTOLAR

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Daşkənddə fəaliyyət göstərən Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Çanaqqala zəfərinin 111-ci və İstiqlal marşının qəbulunun 105-ci ildönümü münasibətilə tədbir keçirilib.

Bu barədə “Tehsil365"ə Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan, Türkiyə və Özbəkistanın dövlət himnləri səsləndirilib.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli çıxışında Çanaqqala zəfərinin Türk dünyasının tarixində mühüm yer tutduğunu vurğulayıb. “Biz Çanaqqala zəfərinin şanlı tarixini qeyd edərkən, yalnız bir hərbi qələbəni deyil, bütün Türk dünyasının birlik və həmrəylik ruhunu xatırlayırıq. Ona görə də, bu zəfər təkcə Osmanlı dövlətinin deyil, bütün türk xalqlarının qəhrəmanlıq salnaməsi kimi tarixə düşüb. Təsadüfi deyil ki, Çanaqqala döyüşlərində Anadolu türkləri ilə yanaşı, Azərbaycan türkləri də iştirak edib və qardaş Türkiyənin müdafiəsi uğrunda mübarizə aparıblar. Azərbaycan, Türkiyə və Özbəkistan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri ortaq tarix, mədəniyyət və mənəvi dəyərlərə əsaslanır. Azərbaycan, Türkiyə və Özbəkistanın dövlət başçılarının həyata keçirdikləri siyasət nəticəsində qardaş və dost ölkələr arasında münasibətlər bütün sahələrdə uğurla inkişaf edir və mədəni-humanitar əməkdaşlıq daha da genişlənir. Çanaqqala zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsi olaraq gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır”,- deyə o əlavə edib.

Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin koordinatoru Ahmet Özkan və İstanbul Mədəniyyət Universitetinin təmsilçisi, professor Alim Yılmaz Çanaqqala döyüşlərinin tarixi əhəmiyyəti barədə geniş məlumat veriblər.

Natiqlər, həmçinin İstiqlal marşının qəbulunun türk xalqının milli kimliyinin formalaşmasında mühüm rol oynadığını deyib, Məhməd Akif Ərsoyun bu əsərinin bu gün də Türk dünyasında vətənpərvərlik və azadlıq ideallarının simvolu kimi böyük ehtiramla qarşılandığını bildiriblər.

Görüş çərçivəsində tələbələr görkəmli türk şairi Məhməd Akif Ərsoyun “Çanaqqala” şeirini səsləndiriblər.

Tədbir sual-cavab formasında davam edib.

Aydan Ələkbərova

Xəbər Lenti

“Aydın Əliyev: Reseptsiz dərman istifadəsi ciddi fəsadlara səbəb ola bilər”04.03.2026 - 16:15
“Şagirdlər daha erkən mərhələdə ixtisaslaşmalıdır” – Elçin Əfəndi04.03.2026 - 16:10
Məzahir Məmmədli: “Xaricdə təhsil almaq istəyənlər seçimdə diqqətli olmalıdır”04.03.2026 - 16:05
“Qiymətləndirmə normativ hüquqi aktlara əsaslanır” – Məzahir Məmmədli məktəblərdə sistemin effektivliyindən danışdı04.03.2026 - 16:00
Bakıda "Kənddən Şəhərə" Novruz yarmarkası təşkil olunacaq04.03.2026 - 15:56
"Bakcell" 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib04.03.2026 - 15:48
AFFA danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya keçirib04.03.2026 - 15:41
Beşyaşlıların məktəbə hazırlığı ilə bağlı müəssisələrin siyahısı genişləndirilib04.03.2026 - 15:36
Azərbaycan və Britaniya süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib04.03.2026 - 15:30
Ekspert: Yeni qanun uşaqların hüquqlarının müdafiəsi sisteminin daha da gücləndirilməsinə mühüm töhfə verəcək04.03.2026 - 15:25
Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib04.03.2026 - 15:19
İKTA: Telekommunikasiya sektorunda qanunazidd fəaliyyət inzibati məsuliyyət yaradır04.03.2026 - 15:12
məkdar artist Kübra Əliyeva evində ziyarət olunub04.03.2026 - 15:06
Azərbaycan Mühəndislik Akademiyası – mühəndislik düşüncəsi fəaliyyətdədir04.03.2026 - 15:00
“TəhsilPlus” Müəllimlərə Minnətdarlıq Mesajı Göndərir04.03.2026 - 14:56
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi - FOTO04.03.2026 - 14:46
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR04.03.2026 - 14:39
DİM ictimaiyyətlə açıq görüş keçirib - FOTO04.03.2026 - 14:31
Hər 100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46 fakt təşkil edir – Nazir müavini İsmət Əliyev04.03.2026 - 14:25
Ali təhsildə qızlar humanitar, oğlanlar texniki sahələri üstün tutur – Nazir müavini 04.03.2026 - 14:12
Qarabağ Universitetində yeni fakültə açılacaq04.03.2026 - 14:01
Nazir müavini “Təhsil haqqında” qanuna gender bərabərliyi ilə bağlı dəyişiklik təklif etdi04.03.2026 - 13:52
BMU-nun rektoru əcnəbi tələbələrlə görüşüb - FOTO04.03.2026 - 13:44
Naxçıvanda peşə təhsilində keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb - FOTO04.03.2026 - 13:36
Bu il neçə erkən nikahın qarşısı alınıb... - RƏSMİ CAVAB04.03.2026 - 13:30
Bu universitetdə ixtisas üzrə qəbul balı ENƏCƏK04.03.2026 - 13:19
BMU-nun 85 tələbəsi beynəlxalq İT təhsili proqramına qəbul olunub - FOTO04.03.2026 - 13:08
Qurban Səidin "Əli və Nino" romanı ləzgi dilində çap olunub04.03.2026 - 12:56
“TəhsilPlus” kartları müəllimlərə verilir04.03.2026 - 12:49
İranın Küveytə dron hücumu zamanı 11 yaşlı qız ölüb04.03.2026 - 12:38
Birinci kurs tələbəsinin quruluş verdiyi tamaşanın premyerası olub - FOTOLAR04.03.2026 - 12:27
Professor Nadir Məmmədli: Bakı Qurultayı türk xalqlarının mədəni birliyinin tarixi təməlidir - FOTO04.03.2026 - 12:05
Sağlamlıq imkanı məhdud olan bu qədər şagird buraxılış imtahanı verəcək04.03.2026 - 11:51
BDU-nun 10 tələbəsinə “Həmkarlar İttifaqı təqaüdü” verilib - FOTO04.03.2026 - 11:46
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında 89 nəfər müəyyən edilmiş şərtləri ödəyib04.03.2026 - 11:40
Turizmdə düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma yerli dəyərlərin qorunmasına xidmət edə bilər - FOTO04.03.2026 - 11:34
Professor: Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır - FOTO04.03.2026 - 11:27
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik olacaq? 04.03.2026 - 11:20
DİM-də TOEFL iBT imtahanı keçirilib04.03.2026 - 11:10
BMU-nun 8 tələbəsi adlı təqaüdə layiq görülüb - FOTO04.03.2026 - 11:00
Milli yaddaşın qorunması: ADU-da tarixi həqiqətlər və mədəniyyət nümunələri təqdim edilib - FOTOLAR04.03.2026 - 10:50
Həyat elmlərində süni intellekt qərarverici amil kimi: hibrid model mexanizmlərinin qurulması04.03.2026 - 10:42
Nazir: Direktorun əsas fəaliyyəti sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır - FOTO04.03.2026 - 10:35
Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər - FOTO04.03.2026 - 10:28
“Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında” - FOTO04.03.2026 - 10:20
8 Martda müəllimlərə hədiyyə qadağan edilib04.03.2026 - 10:09
“Ayı” adlı tamaşanın premyerası keçirilib - FOTO04.03.2026 - 10:00