Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində rejissor, pedaqoq, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.
“Tehsil365" xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr rejissorluğu fakültəsinin birinci kurs tələbəsi, yazıçı-rejissor Samirə Əşrəf, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Tamaşada ADMİU-nun tələbələri Hüseyn Quluzadə, Türkel Ələsgər və Nərmin Ağayeva iştirak ediblər.
Əsər gənc yaşda dul qalan Popovanın sakit həyatının qəfildən mərhum ərinin borclu qaldığı Smirnov tərəfindən pozulmağından bəhs edir.

