Təhsil 365 - Logo Mobile

“TəhsilPlus” kartları müəllimlərə verilir

8104.03.2026 - 12:49
“TəhsilPlus” kartları müəllimlərə verilir

Təhsilin İnkişafı Fondu, "Kapital Bank" və “Mastercard” şirkətinin birgə əməkdaşlığı ilə hazırlanmış “TəhsilPlus” kartının tətbiqində növbəti mərhələyə start verilib. 



“Tehsil365" xəbər verir ki, martın 4-də keçirilən “TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar” adlı tədbirdə üç dövlət qurumu ilə kartın təhsilin bütün pillələrində çalışan təhsil işçilərinə təqdim olunmasını nəzərdə tutan əməkdaşlıq sənədləri imzalanıb. Tədbir dövlət qurumlarının rəhbər şəxsləri, tərəfdaş təşkilatların nümayəndələri və media təmsilçilərinin iştirakı ilə keçirilib.
 
Açılış nitqi ilə çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli bildirib ki, Fond fəaliyyətini dövlət-özəl tərəfdaşlığının genişləndirilməsi, innovativ layihələrin təşviqi və təhsil müəssisələrinin davamlı dəstəklənməsi prinsipləri əsasında qurur. Onun sözlərinə görə, “TələbəPlus” kartından sonra “TəhsilPlus” kartının istifadəyə verilməsi bu strategiyanın davamıdır və təhsil işçiləri üçün vahid, çoxfunksional həll təqdim edir. 
 
Tədbirdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təhsil sistemində aparılan islahatların əsas hədəfinin müəllimlərin sosial rifahının və peşəkar motivasiyasının gücləndirilməsi olduğunu ifadə edib. O bildirib ki, “TəhsilPlus” layihəsi ölkə üzrə yüz minlərlə təhsil işçisini vahid çoxfunksiyalı platforma ətrafında birləşdirərək onların sosial təminat imkanlarını genişləndirəcək, əlavə güzəşt və üstünlüklər təqdim edəcək. Nazir müavini vurğulayıb ki, bu təşəbbüs təhsil siyasətində insan amilinə verilən önəmin real ifadəsidir.
 
“Kapital Bank”ın İdarə Heyətinin üzvü, Baş Korporativ satış inzibatçısı Fərid Hidayətzadə çıxışında layihənin önəmindən danışıb. O qeyd edib ki, “TəhsilPlus” kartı ilə minlərlə təhsil işçisi üçün vahid, çoxfunksiyalı və uzunmüddətli həll yaradılıb. Təqdim edilən güzəştlər, bonus imkanları və tərəfdaş şəbəkəsi onların gündəlik həyatına real töhfə verəcək. Bu layihənin önəmli tərəflərindən biri də onun dövlət-özəl tərəfdaşlığı modeli əsasında qurulmasıdır. Biz inanırıq ki, dayanıqlı inkişaf yalnız birgə əməkdaşlıq nəticəsində mümkündür.

“Mastercard” şirkətinin Biznesin inkişafı üzrə vitse-prezidenti Engin Yaşar innovasiyanın inklüzivliklə paralel şəkildə inkişaf etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, “TəhsilPlus” kartı rəqəmsal texnologiyaların təhsil işçilərini təhlükəsiz, çoxfunksiyalı və gələcəyə yönəlik həllərləgücləndirərək real və davamlı təsir yaratmasının bariz nümunəsidir. Engin Yaşar Azərbaycandakı güclü tərəfdaşlıqlar vasitəsilə maliyyə inklüzivliyini dəstəkləməyə və müasir ödəniş ekosistemlərinə çıxışıgenişləndirməyə davam etdiklərini qeyd edib.
 
Rəsmi çıxışların ardınca, “TəhsilPlus” kartının tanıtım çarxı nümayiş olunub. Çarxda kartın dizaynı, funksionallığı, tərəfdaş şəbəkəsi üzrə təqdim ediləngüzəşt və bonus imkanları, həmçinin “Mastercard Priceless Specials” proqramı çərçivəsində tətbiq olunan endirimlər əks etdirilib.

Daha sonra Fondun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov “TəhsilPlus” kartının tətbiq mexanizmi və funksional imkanları barədə geniş təqdimatla çıxış edib. Tədbirdə iştirak edən korporativ tərəfdaşlara layihəyə qoşulmaqla bağlı çağırış olunub və onların dəstəyinin təhsil işçiləri üçün yaradılan imkanların daha da genişlənməsinə töhfə verəcəyi qeyd edilib. 

Tədbir çərçivəsində Təhsilin İnkişafı Fondu ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq sənədləri imzalanıb. İmzalanmış sənədlər “TəhsilPlus” kartının təhsilin bütün pillələrində tətbiqinin təmin olunmasına xidmət edir.

Sonda 2022-2025-ci illərdə keçirilmiş sertifikatlaşdırma imtahanlarında maksimum nəticə(60/60 bal) göstərmiş 10 müəllimə “TəhsilPlus” kartları təqdim olunub.

Qeyd edək ki, təhsilin bütün pillələri üzrə çalışan ümumilikdə 450 minə yaxın pedaqoji və inzibati heyət “TəhsilPlus” kartından istifadə imkanı əldə edəcək.

Aydan Ələkbərova

Xəbər Lenti

“Aydın Əliyev: Reseptsiz dərman istifadəsi ciddi fəsadlara səbəb ola bilər”04.03.2026 - 16:15
“Şagirdlər daha erkən mərhələdə ixtisaslaşmalıdır” – Elçin Əfəndi04.03.2026 - 16:10
Məzahir Məmmədli: “Xaricdə təhsil almaq istəyənlər seçimdə diqqətli olmalıdır”04.03.2026 - 16:05
“Qiymətləndirmə normativ hüquqi aktlara əsaslanır” – Məzahir Məmmədli məktəblərdə sistemin effektivliyindən danışdı04.03.2026 - 16:00
Bakıda "Kənddən Şəhərə" Novruz yarmarkası təşkil olunacaq04.03.2026 - 15:56
"Bakcell" 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib04.03.2026 - 15:48
AFFA danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya keçirib04.03.2026 - 15:41
Beşyaşlıların məktəbə hazırlığı ilə bağlı müəssisələrin siyahısı genişləndirilib04.03.2026 - 15:36
Azərbaycan və Britaniya süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib04.03.2026 - 15:30
Ekspert: Yeni qanun uşaqların hüquqlarının müdafiəsi sisteminin daha da gücləndirilməsinə mühüm töhfə verəcək04.03.2026 - 15:25
Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib04.03.2026 - 15:19
İKTA: Telekommunikasiya sektorunda qanunazidd fəaliyyət inzibati məsuliyyət yaradır04.03.2026 - 15:12
məkdar artist Kübra Əliyeva evində ziyarət olunub04.03.2026 - 15:06
Azərbaycan Mühəndislik Akademiyası – mühəndislik düşüncəsi fəaliyyətdədir04.03.2026 - 15:00
“TəhsilPlus” Müəllimlərə Minnətdarlıq Mesajı Göndərir04.03.2026 - 14:56
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi - FOTO04.03.2026 - 14:46
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR04.03.2026 - 14:39
DİM ictimaiyyətlə açıq görüş keçirib - FOTO04.03.2026 - 14:31
Hər 100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46 fakt təşkil edir – Nazir müavini İsmət Əliyev04.03.2026 - 14:25
Ali təhsildə qızlar humanitar, oğlanlar texniki sahələri üstün tutur – Nazir müavini 04.03.2026 - 14:12
Qarabağ Universitetində yeni fakültə açılacaq04.03.2026 - 14:01
Nazir müavini “Təhsil haqqında” qanuna gender bərabərliyi ilə bağlı dəyişiklik təklif etdi04.03.2026 - 13:52
BMU-nun rektoru əcnəbi tələbələrlə görüşüb - FOTO04.03.2026 - 13:44
Naxçıvanda peşə təhsilində keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb - FOTO04.03.2026 - 13:36
Bu il neçə erkən nikahın qarşısı alınıb... - RƏSMİ CAVAB04.03.2026 - 13:30
Bu universitetdə ixtisas üzrə qəbul balı ENƏCƏK04.03.2026 - 13:19
BMU-nun 85 tələbəsi beynəlxalq İT təhsili proqramına qəbul olunub - FOTO04.03.2026 - 13:08
Qurban Səidin "Əli və Nino" romanı ləzgi dilində çap olunub04.03.2026 - 12:56
İranın Küveytə dron hücumu zamanı 11 yaşlı qız ölüb04.03.2026 - 12:38
Birinci kurs tələbəsinin quruluş verdiyi tamaşanın premyerası olub - FOTOLAR04.03.2026 - 12:27
Akif Marifli: Çanaqqala zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsidir - FOTOLAR04.03.2026 - 12:16
Professor Nadir Məmmədli: Bakı Qurultayı türk xalqlarının mədəni birliyinin tarixi təməlidir - FOTO04.03.2026 - 12:05
Sağlamlıq imkanı məhdud olan bu qədər şagird buraxılış imtahanı verəcək04.03.2026 - 11:51
BDU-nun 10 tələbəsinə “Həmkarlar İttifaqı təqaüdü” verilib - FOTO04.03.2026 - 11:46
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında 89 nəfər müəyyən edilmiş şərtləri ödəyib04.03.2026 - 11:40
Turizmdə düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma yerli dəyərlərin qorunmasına xidmət edə bilər - FOTO04.03.2026 - 11:34
Professor: Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır - FOTO04.03.2026 - 11:27
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik olacaq? 04.03.2026 - 11:20
DİM-də TOEFL iBT imtahanı keçirilib04.03.2026 - 11:10
BMU-nun 8 tələbəsi adlı təqaüdə layiq görülüb - FOTO04.03.2026 - 11:00
Milli yaddaşın qorunması: ADU-da tarixi həqiqətlər və mədəniyyət nümunələri təqdim edilib - FOTOLAR04.03.2026 - 10:50
Həyat elmlərində süni intellekt qərarverici amil kimi: hibrid model mexanizmlərinin qurulması04.03.2026 - 10:42
Nazir: Direktorun əsas fəaliyyəti sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır - FOTO04.03.2026 - 10:35
Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər - FOTO04.03.2026 - 10:28
“Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında” - FOTO04.03.2026 - 10:20
8 Martda müəllimlərə hədiyyə qadağan edilib04.03.2026 - 10:09
“Ayı” adlı tamaşanın premyerası keçirilib - FOTO04.03.2026 - 10:00