Təhsil 365 - Logo Mobile

BMU-nun 85 tələbəsi beynəlxalq İT təhsili proqramına qəbul olunub - FOTO

9004.03.2026 - 13:08
BMU-nun 85 tələbəsi beynəlxalq İT təhsili proqramına qəbul olunub - FOTO

Bakı Mühəndislik Universitetində (BMU) “Holberton School Azerbaijan”ın müasir texnologiya istiqamətləri üzrə təhsil proqramında iştirak etmək hüququ qazanan tələbələrlə görüş keçirilib.

“Tehsil365" xəbər verir ki, əsası Silikon Vadisində qoyulmuş Holberton School layihə əsaslı və “Peer Learning”, “Project-based Learning” modelinə  əsaslanan praktiki tədris sistemi ilə seçilir. BMU-nun 85 tələbəsi proqram çərçivəsində Machine Learning, Cyber Security və Computer Science istiqamətlərində təhsil almaq və beynəlxalq səviyyədə tanınan sertifikat əldə etmək imkanı qazanıb.

BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov çıxışında rəqəmsal transformasiya dövründə informasiya texnologiyaları (IT) sahəsində ixtisaslı kadrlara tələbatın artdığını vurğulayıb. Qeyd edib ki, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq tələbələrin praktik bilik və bacarıqlarının gücləndirilməsinə, onların qlobal əmək bazarında rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edir. 

“Holberton School Azerbaijan”ın direktoru Şəmsi Bayramzadə proqramın real layihələr üzərində qurulan intensiv tədris modeli ilə tələbələrin texniki və komanda işi bacarıqlarını inkişaf etdirdiyini bildirib. Qeyd edib ki, proqram 100 faiz təqaüd əsasında həyata keçirilir və seçilmiş iştirakçıların təhsil haqqı tam şəkildə qarşılanır. O, həmçinin beynəlxalq təhsil şəbəkəsi haqqında, həyata keçirilən müvafiq proqramlar haqqında məlumat verib.

Tədbirdə platformanın istifadə qaydaları və qiymətləndirmə mexanizmi barədə təqdimat da keçirilib. Təqdimat zamanı İT mentoru Ruslan Həmidov platformanın funksionallığı, tapşırıqların yerinə yetirilməsi mexanizmi və qiymətləndirmə sistemi haqqında tələbələrə ətraflı məlumat verib, onları proqramda aktiv iştirak etməyə çağırıb.

BMU-nun “Elektrik və elektronika mühəndisliyi” ixtisasının II kurs tələbəsi Ayxan İsgəndərzadə isə çıxışında seçim mərhələsində qazandığı təcrübəni bölüşüb və proqramın onun peşəkar inkişafına mühüm töhfə verəcəyinə əminliyini vurğulayıb. 

Tədbir tələbələrin suallarının cavablandırılması ilə başa çatıb. 


Aydan Ələkbərova

Xəbər Lenti

“Aydın Əliyev: Reseptsiz dərman istifadəsi ciddi fəsadlara səbəb ola bilər”04.03.2026 - 16:15
“Şagirdlər daha erkən mərhələdə ixtisaslaşmalıdır” – Elçin Əfəndi04.03.2026 - 16:10
Məzahir Məmmədli: “Xaricdə təhsil almaq istəyənlər seçimdə diqqətli olmalıdır”04.03.2026 - 16:05
“Qiymətləndirmə normativ hüquqi aktlara əsaslanır” – Məzahir Məmmədli məktəblərdə sistemin effektivliyindən danışdı04.03.2026 - 16:00
Bakıda "Kənddən Şəhərə" Novruz yarmarkası təşkil olunacaq04.03.2026 - 15:56
"Bakcell" 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib04.03.2026 - 15:48
AFFA danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya keçirib04.03.2026 - 15:41
Beşyaşlıların məktəbə hazırlığı ilə bağlı müəssisələrin siyahısı genişləndirilib04.03.2026 - 15:36
Azərbaycan və Britaniya süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib04.03.2026 - 15:30
Ekspert: Yeni qanun uşaqların hüquqlarının müdafiəsi sisteminin daha da gücləndirilməsinə mühüm töhfə verəcək04.03.2026 - 15:25
Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib04.03.2026 - 15:19
İKTA: Telekommunikasiya sektorunda qanunazidd fəaliyyət inzibati məsuliyyət yaradır04.03.2026 - 15:12
məkdar artist Kübra Əliyeva evində ziyarət olunub04.03.2026 - 15:06
Azərbaycan Mühəndislik Akademiyası – mühəndislik düşüncəsi fəaliyyətdədir04.03.2026 - 15:00
“TəhsilPlus” Müəllimlərə Minnətdarlıq Mesajı Göndərir04.03.2026 - 14:56
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi - FOTO04.03.2026 - 14:46
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR04.03.2026 - 14:39
DİM ictimaiyyətlə açıq görüş keçirib - FOTO04.03.2026 - 14:31
Hər 100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46 fakt təşkil edir – Nazir müavini İsmət Əliyev04.03.2026 - 14:25
Ali təhsildə qızlar humanitar, oğlanlar texniki sahələri üstün tutur – Nazir müavini 04.03.2026 - 14:12
Qarabağ Universitetində yeni fakültə açılacaq04.03.2026 - 14:01
Nazir müavini “Təhsil haqqında” qanuna gender bərabərliyi ilə bağlı dəyişiklik təklif etdi04.03.2026 - 13:52
BMU-nun rektoru əcnəbi tələbələrlə görüşüb - FOTO04.03.2026 - 13:44
Naxçıvanda peşə təhsilində keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb - FOTO04.03.2026 - 13:36
Bu il neçə erkən nikahın qarşısı alınıb... - RƏSMİ CAVAB04.03.2026 - 13:30
Bu universitetdə ixtisas üzrə qəbul balı ENƏCƏK04.03.2026 - 13:19
Qurban Səidin "Əli və Nino" romanı ləzgi dilində çap olunub04.03.2026 - 12:56
“TəhsilPlus” kartları müəllimlərə verilir04.03.2026 - 12:49
İranın Küveytə dron hücumu zamanı 11 yaşlı qız ölüb04.03.2026 - 12:38
Birinci kurs tələbəsinin quruluş verdiyi tamaşanın premyerası olub - FOTOLAR04.03.2026 - 12:27
Akif Marifli: Çanaqqala zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsidir - FOTOLAR04.03.2026 - 12:16
Professor Nadir Məmmədli: Bakı Qurultayı türk xalqlarının mədəni birliyinin tarixi təməlidir - FOTO04.03.2026 - 12:05
Sağlamlıq imkanı məhdud olan bu qədər şagird buraxılış imtahanı verəcək04.03.2026 - 11:51
BDU-nun 10 tələbəsinə “Həmkarlar İttifaqı təqaüdü” verilib - FOTO04.03.2026 - 11:46
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında 89 nəfər müəyyən edilmiş şərtləri ödəyib04.03.2026 - 11:40
Turizmdə düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma yerli dəyərlərin qorunmasına xidmət edə bilər - FOTO04.03.2026 - 11:34
Professor: Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır - FOTO04.03.2026 - 11:27
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik olacaq? 04.03.2026 - 11:20
DİM-də TOEFL iBT imtahanı keçirilib04.03.2026 - 11:10
BMU-nun 8 tələbəsi adlı təqaüdə layiq görülüb - FOTO04.03.2026 - 11:00
Milli yaddaşın qorunması: ADU-da tarixi həqiqətlər və mədəniyyət nümunələri təqdim edilib - FOTOLAR04.03.2026 - 10:50
Həyat elmlərində süni intellekt qərarverici amil kimi: hibrid model mexanizmlərinin qurulması04.03.2026 - 10:42
Nazir: Direktorun əsas fəaliyyəti sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır - FOTO04.03.2026 - 10:35
Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər - FOTO04.03.2026 - 10:28
“Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında” - FOTO04.03.2026 - 10:20
8 Martda müəllimlərə hədiyyə qadağan edilib04.03.2026 - 10:09
“Ayı” adlı tamaşanın premyerası keçirilib - FOTO04.03.2026 - 10:00