Təhsil 365 - Logo Mobile

Naxçıvanda peşə təhsilində keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb - FOTO

9004.03.2026 - 13:36
Naxçıvanda peşə təhsilində keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb - FOTO

Naxçıvanda peşə təhsilində keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb.

Bu barədə “Tehsil365"ə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında fəaliyyət göstərən Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları “Təhsilin inkişafı” işçi qrupunun “Peşə təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizmlərinin formalaşdırılması və tətbiqi” bəndinin Naxçıvanın Peşə Təhsili müəssisələrində icası ilə bağlı muxtar respublikaya ezam olunublar. 

Şərur Peşə Liseyində olan əməkdaşlar  liseydə tələbə və  müəllimlərin işə qəbulu, ştat cədvəlləri, tarifikasiyanın hazırlanması, dərs bölgüsü, dərs cədvəllərinin tərtibi, nəzəri və istehsalat təlimi jurnallarının yazılması, tələbə təqaüdlərinin verilməsi qaydalarına və sənədləşmə işlərinə nəzarət həyata keçiriblər. Həmçinin tələbələrin dərsə davamiyyəti və tədrisin keyfiyyəti ilə bağlı monitorinqlər də aparılıb.

Müəssisədə aşkar olunan çatışmazlıqların aradan qaldırılması istiqamətində lisey əməkdaşları üçün  təlim təşkil edilib, onları maraqlandıran suallar cavablandırılıb və  keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı tövsiyələr çatdırılıb.

Qeyd edək ki, bu tədbirlərin muxtar respublikanın digər peşə təhsili müəssisələrində də davam etdirilməsi planlaşdırılır.



Aydan Ələkbərova

Xəbər Lenti

Hal-hazırda lentdə bir xəbər yoxdur...