Təhsil 365 - Logo Mobile

Hər 100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46 fakt təşkil edir – Nazir müavini İsmət Əliyev

9004.03.2026 - 14:25
Hər 100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46 fakt təşkil edir – Nazir müavini İsmət Əliyev

"Ümumi cinayətlərin 8,2 faizi qadınlara qarşı zorakılıq faktlarını təşkil edilib. Məişət zorakılığı ilə bağlı qeydə alınmış 1 396 cinayət işi üzrə 1 413 zərərçəkmiş şəxs müəyyən edilib.
Məişət zorakılığı zəminində törədilən cinayətlərdən 1 302-si qəsdən sağlamlığa yüngül zərər vurma, 64-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 53-ü qəsdən adam öldürmə, 30-u qəsdən sağlamlığa ağır zərər vurma, 20-si adam öldürməyə cəhd, 6-sı əzab vermə, hərəsi 1 fakt olmaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və qanunsuz azadlıqdan məhrumetmə, 19-u isə digər növlərdən ibarət olub".

“Tehsil365” xəbər verir ki, bunu “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda ictimai dinləmədə daxili işlər nazirinin müavini İsmət Əliyev bildirib.

O deyib ki, hazırda Azərbaycanda hər 100 min qadına nisbətdə məişət zorakılığı cinayətlərinin sayı 46 fakt təşkil edir. Müqayisə üçün qeyd edək ki, bu göstərici İsveçdə 200, Finlandiyada 150, Fransada 110, Niderlandda 100, Almaniyada 90, İspaniyada isə 60 fakt səviyyəsindədir.

2025-ci ildə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində 90 erkən evlilik faktı müəyyən edilib, 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub, 5 valideyn və 41 aidiyyəti şəxs barəsində inzibati tənbeh tədbiri görülüb, 57 şəxslə profilaktik iş aparılıb.

Nazir müavini bidlirib ki, il ərzində 15 qızqaçırma faktı üzrə Cinayət Məcəlləsinin “adam oğurluğu” maddəsi ilə cinayət işi başlanıb, 32 şəxs barəsində müvafiq məsuliyyət tədbirləri görülüb. 

“Bərabərlik hüququnun pozulması ilə bağlı cinayət qeydə alınmayıb. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərlə bağlı 2, psixi zorakılıqla bağlı isə 4 inzibati xəta müəyyən edilib”.

“Qadınların təqsirləndirilən və ya zərərçəkmiş qismində tanındığı bütün cinayət işlərinin təhlili aparılaraq onları cinayətə təhrik edən amillər öyrənilir, aidiyyəti qurumlara təqdimatlar verilir. Ailə münaqişəsi zəminində daxil olmuş məlumatlar üzrə operativ tədbirlər nəticəsində 8 808 hüquqa zidd əməlin qarşısı alınıb”, – nazir müavini vurğulayıb. (mənbə Modern.az)

Aydan Ələkbərova

Xəbər Lenti

“Aydın Əliyev: Reseptsiz dərman istifadəsi ciddi fəsadlara səbəb ola bilər”04.03.2026 - 16:15
“Şagirdlər daha erkən mərhələdə ixtisaslaşmalıdır” – Elçin Əfəndi04.03.2026 - 16:10
Məzahir Məmmədli: “Xaricdə təhsil almaq istəyənlər seçimdə diqqətli olmalıdır”04.03.2026 - 16:05
“Qiymətləndirmə normativ hüquqi aktlara əsaslanır” – Məzahir Məmmədli məktəblərdə sistemin effektivliyindən danışdı04.03.2026 - 16:00
Bakıda "Kənddən Şəhərə" Novruz yarmarkası təşkil olunacaq04.03.2026 - 15:56
"Bakcell" 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib04.03.2026 - 15:48
AFFA danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya keçirib04.03.2026 - 15:41
Beşyaşlıların məktəbə hazırlığı ilə bağlı müəssisələrin siyahısı genişləndirilib04.03.2026 - 15:36
Azərbaycan və Britaniya süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib04.03.2026 - 15:30
Ekspert: Yeni qanun uşaqların hüquqlarının müdafiəsi sisteminin daha da gücləndirilməsinə mühüm töhfə verəcək04.03.2026 - 15:25
Təşkilat Komitəsinin növbəti iclasında WUF13-ə hazırlıq məsələlərinə dair məruzələr dinlənilib04.03.2026 - 15:19
İKTA: Telekommunikasiya sektorunda qanunazidd fəaliyyət inzibati məsuliyyət yaradır04.03.2026 - 15:12
məkdar artist Kübra Əliyeva evində ziyarət olunub04.03.2026 - 15:06
Azərbaycan Mühəndislik Akademiyası – mühəndislik düşüncəsi fəaliyyətdədir04.03.2026 - 15:00
“TəhsilPlus” Müəllimlərə Minnətdarlıq Mesajı Göndərir04.03.2026 - 14:56
Jalə Bəhramova BMT-nin Change the World Academy-də səfir seçildi - FOTO04.03.2026 - 14:46
Universitetlərdə idarəetmə dərslərinin tədrisi təklif OLUNUR04.03.2026 - 14:39
DİM ictimaiyyətlə açıq görüş keçirib - FOTO04.03.2026 - 14:31
Ali təhsildə qızlar humanitar, oğlanlar texniki sahələri üstün tutur – Nazir müavini 04.03.2026 - 14:12
Qarabağ Universitetində yeni fakültə açılacaq04.03.2026 - 14:01
Nazir müavini “Təhsil haqqında” qanuna gender bərabərliyi ilə bağlı dəyişiklik təklif etdi04.03.2026 - 13:52
BMU-nun rektoru əcnəbi tələbələrlə görüşüb - FOTO04.03.2026 - 13:44
Naxçıvanda peşə təhsilində keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqinə başlanılıb - FOTO04.03.2026 - 13:36
Bu il neçə erkən nikahın qarşısı alınıb... - RƏSMİ CAVAB04.03.2026 - 13:30
Bu universitetdə ixtisas üzrə qəbul balı ENƏCƏK04.03.2026 - 13:19
BMU-nun 85 tələbəsi beynəlxalq İT təhsili proqramına qəbul olunub - FOTO04.03.2026 - 13:08
Qurban Səidin "Əli və Nino" romanı ləzgi dilində çap olunub04.03.2026 - 12:56
“TəhsilPlus” kartları müəllimlərə verilir04.03.2026 - 12:49
İranın Küveytə dron hücumu zamanı 11 yaşlı qız ölüb04.03.2026 - 12:38
Birinci kurs tələbəsinin quruluş verdiyi tamaşanın premyerası olub - FOTOLAR04.03.2026 - 12:27
Akif Marifli: Çanaqqala zəfəri türk xalqlarının birlik və həmrəyliyinin parlaq nümunəsidir - FOTOLAR04.03.2026 - 12:16
Professor Nadir Məmmədli: Bakı Qurultayı türk xalqlarının mədəni birliyinin tarixi təməlidir - FOTO04.03.2026 - 12:05
Sağlamlıq imkanı məhdud olan bu qədər şagird buraxılış imtahanı verəcək04.03.2026 - 11:51
BDU-nun 10 tələbəsinə “Həmkarlar İttifaqı təqaüdü” verilib - FOTO04.03.2026 - 11:46
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında 89 nəfər müəyyən edilmiş şərtləri ödəyib04.03.2026 - 11:40
Turizmdə düzgün planlaşdırma və inteqrasiya olunmuş yanaşma yerli dəyərlərin qorunmasına xidmət edə bilər - FOTO04.03.2026 - 11:34
Professor: Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır - FOTO04.03.2026 - 11:27
Ali məktəbin qabiliyyət imtahanında dəyişiklik olacaq? 04.03.2026 - 11:20
DİM-də TOEFL iBT imtahanı keçirilib04.03.2026 - 11:10
BMU-nun 8 tələbəsi adlı təqaüdə layiq görülüb - FOTO04.03.2026 - 11:00
Milli yaddaşın qorunması: ADU-da tarixi həqiqətlər və mədəniyyət nümunələri təqdim edilib - FOTOLAR04.03.2026 - 10:50
Həyat elmlərində süni intellekt qərarverici amil kimi: hibrid model mexanizmlərinin qurulması04.03.2026 - 10:42
Nazir: Direktorun əsas fəaliyyəti sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır - FOTO04.03.2026 - 10:35
Bakı və Ankara arasında folklor körpüsü: Yeni elmi hədəflər - FOTO04.03.2026 - 10:28
“Elm günü”nə həsr olunmuş seminar: “BDU – Azərbaycanın elmi potensialında” - FOTO04.03.2026 - 10:20
8 Martda müəllimlərə hədiyyə qadağan edilib04.03.2026 - 10:09
“Ayı” adlı tamaşanın premyerası keçirilib - FOTO04.03.2026 - 10:00